Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Rumıniyada Azərbaycana dair simpozium keçirilib
    Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar səfirliyin tədbirlər planına uyğun olaraq, Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyi ilə birgə Konstansa şəhərində “Azərbaycan: tarix, coğrafiya, iqtisadiyyat və mədəniyyət” mövzusunda simpozium keçirilib. Bu barədə məlumatıı “KƏLAMİNFO”ya Rumıniyadakı səfirliyimizdən veriblər.

    Tədbirdə çıxış edən Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyinin sədri Amet Varol Azərbaycanın Rumıniya və burada yaşayan türk və tatar azlığı üçün dost və qardaş ölkə olduğunu qeyd edib, Azərbaycan dövlətinin və səfirliyin indiyə qədər Rumıniyadakı türk və tatar icmalarının dil və mədəniyyətlərini inkişaf etdirmək üçün yardımlarını əsirgəmədiyini iştirakçıların nəzərinə çatdırıb. Buna misal olaraq o, Azərbaycan dövlətinin Krım tatar mənşəli böyük türkoloq, dilçi professor Bəkir Çobanzadənin xatirəsinin Rumıniyada əbədiləşdirilməsi üçün gördüyü işləri, Rumıniya türk və tatar icmalarının həyatında əlamətdar hadisə olan və hər il keçirilən ənənəvi Türk-Tatar Xalq Geyim, Rəqs və Mahnı Festivalının davam etməsinə verdiyi maddi və mənəvi dəstəyi qeyd edib. Daha sonra Rumıniya parlamentinin tatar milli azlığından seçilmiş deputatı Ələddin Əhməd, Türkiyənin Konstansa Baş Konsulluğunun vitse-konsulu Şəbnəm Atasoy, Mustafa Kamal Atatürk adına Məcidiyyə Kollecinin müəllimləri və başqaları çıxış edərək Azərbaycanın zəngin tarixi irsi və mədəniyyəti haqqında danışıblar. Simpoziumun işində iştirak edən məruzəçilər Azərbaycanın coğrafiyası, tarixi və Azərbaycan Respublikasının ictimai-siyasi həyatı, Ermənistanın Azərbaycana təcavüzü, eləcə də ölkəmizin əldə etdiyi uğurlar, Rumıniya-Azərbaycan strateji münasibətləri, Azərbaycan iqtisadiyyatının strukturu və onun xarici iqtisadi əlaqələri, o cümlədən Rumıniya və Azərbaycan arasında ortaq layihələr, Azərbaycan-Gürcüstan-Rumıniya Mayeləşdirilmiş Qaz Əlaqələndiricisi layihəsi (AGRİ), Azərbaycan mədəniyyəti və onun keçdiyi yol haqqında məruzə ilə çıxış ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 286
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30