Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şahin Növrəsli: “Azərbaycan auditoriyası peşəkar musiqini sevir”
    Sentyabrın 21-də Heydər Əliyev Sarayında ilk dəfə solo konsert proqramı ilə çıxış edən gənc və tanınmış cazmen Şahin Növrəsli növbəti konsert proqramına hazırlaşır. Musiqiçinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, oktyabrın 15-dən 19-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində o, yenidən solo konsert proqramı ilə cazsevərlər qarşısına çıxacaq və daha sonra Avropa ölkələrinə qastrol səfərinə yollanacaq:

    “ Beynəlxalq Caz Festivalında mənim çıxışım oktyabrın 19-da olacaq. Amerikadan gələn musiqiçilərlə bərabər çıxış edəcəyəm və bununla bərabər, mənim öz proqramımda da yeni əsərlər var, onları da dinləyicilərə çatdıracağam. 4-5 ildir Azərbaycanda keçirilən Caz Festivalında çıxış etmirdim. Ona görə də daha məsuliyyətli və sevincliyəm. Bundan sonra bir neçə Avropa ölkəsi və ABŞ-da konsert proqramlarım gözlənilir. Yeni ilə qədər xaricdə konsertlərim yekunlaşacaq. Avropada elə konsertlərim var ki, orada keçirilən festival çərçivəsində olacaq, eləsi də var ki, mənim solo konsertimdir”. Şahin Növrəsli Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində bu dəfə Beynəlxalq Muğam Mərkəzində səhnəyə çıxacağını da açıqladı. Konsert proqramları və qastrol səfərlərindən sonra cazmen yeni albomunu da musiqisevərlərə təqdim edəcək. Bu zamana qədər heç bir caz kompozisiyasını ekranlaşdırmayan musiqiçi artıq bu barədə düşünəcəyini də bildirdi: “Son 2 ildir albomum çıxmır. Bu yaxınlarda həm CD, həm də DVD albom hazırlamaq fikrim var. DVD-nin hansısa bir solo konsertimdən olmasını istəyirəm, bu da yəqin ki, Amerikada təşkil edilən konsertimdən olacaq. İnşallah, albomları gələn il təqdim edəcəyəm. Əslində, hansısa caz kompozisiyasına klip çəkdirmək yaxşı fikirdir, etmək istəyərdim. Amma klipi çəkiləndən sonra onun televiziya kanallarında göstərilməsi məsələsi bir az çətindir. Hansısa kanaldan təklif gəlsə, qəbul edərəm. Amma özüm çəksəm, özüm üçün çəkəcəyəm, evdə arxivdə saxlayacağam. Ancaq düşünürəm ki, bunu da etmək lazımdır”. Növbəti konsert proqramlarında qardaşları Nurlan və Tərlanla səhnəni bölüşəcəyini istisna etməyən Şahin Növrəsli Heydər Əliyev Sarayında keçirilən konsert proqramından gözləmədiyi təəssüratla ayrıldığını da etiraf etdi. O, tamaşaçılardan bu qədər enerji alacağını gözləmirmiş: “Neçə illərdir Bakıda çıxış etmirdim. Heydər Əliyev Sarayı kimi möhtəşəm bir zalda çıxış etmək mənim üçün böyük fəxr idi və həm də Azərbaycan dinləyicilərinin qarşısında çıxış etmək də məsuliyyətlidir. Onların məni gözləməsi çox sevindirici idi. Məncə, yaxşı oldu. Azərbaycanın tamaşaçı auditoriyası həmişə yüksək səviyyəli olub, peşəkar musiqini sevir, bütün improvizasiyaları anlaya və alqışlaya bilir. İlk dəfə olaraq Heydər Əliyev Sarayına çıxmağıma baxmayaraq, çox dinləyici var idi, zalın 90 faizi dolmuşdu. Mənim arzum var idi və çalışdım ki, daha çox tələbələrə dəvətnamələr verim. Çünki yadımdadır, özüm tələbə olanda belə konsertlərə düşməyə çətinlik çəkirdik. Və mən həmişə arzulayırdım ki, Konservatoriyanın tələbələrinə dəvətnamələr verim və onlar konsertimdə iştirak etsinlər. Bilirəm ki, onlar bunu istəyirdilər və gəldilər”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 315
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30