Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Parlamentdə iqtidar və müxalifət deputatları eyni mövqe nümayiş etdirib
    Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən deputat Musa Quliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 mln. dollar vəsait ayırması məsələsinin parlamentdə müzakirə olunmasını təklif etdi. Deputat bildirdi ki, ABŞ Minsk Qrupunun həmsədri kimi separatçı rejimə maliyyə vəsaiti ayırmaqla bitərəfliyini itirib. O, ABŞ-ın atdığı bu addımın başadüşülən olmadığını və Minsk Qrupunun həmsədri kimi onun nüfuzuna xələl gətirdiyini vurğuladı. M.Quliyev məsələnin Milli Məclisin gündəliyinə salınmasını və ABŞ prezidenti Barak Obamaya, Konqresə etiraz edilməsini təklif etdi. M.Quliyev qeyd etdi ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Birləşmiş Ştatlar separatçı rejimə maliyyə vəsaiti ayırmaqla beynəlxalq hüququn normalarını pozur.

    Millət vəkili Əli Hüseynov da həmkarının qaldırdığı məsələ ilə həmrəy olduğunu söylədi. Onun sözlərinə görə, Azərbaycanla razılaşdırmadan belə addımın atılması ikiüzlülük və siyasi riyakarlıqdır. Millət vəkili Rövşən Rzayev isə Azərbaycanın Dağlıq Qarabağ icmasının bu qərardan sonra ABŞ Konqresinə və hökumətinə etiraz etdiyini bildirdi. “Biz soruşmaq istəyirik: Azərbaycan icması öz torpaqlarına qayıda bilmir, bizə yardım ayrılmır və bizim öz torpaqlarımızda yaşamaq hüququmuz var”,-deyən R.Rzayev dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkilərinin üçüncü dəfə Qarabağda təşkil oluna bilməyəcəyini söylədi. Millət vəkili Pənah Hüseyn “Müsavat” Deputat Qrupunun da qeyd olunan fikirlərlə razılaşdığını söylədi. Deputat Zahid Oruc isə iqtidar və müxalifətin bu məsələdə vahid mövqe nümayiş etdirməsinin çox yaxşı hal olduğunu bildirdi. Deputat ABŞ tərəfindən Dağlıq Qarabağa vəsait ayrılmasının yanlış addım olduğunu və 17 il ərzində ayrılan vəsaitlərin 200 mln. dollardan çox olduğunu nəzərə çatdırdı. ”Baxaq görək bu vəsaitlər təyinatı üzrə xərclənibmi? ABŞ-ın bu addımı mahiyyət etibarı ilə Rusiyanın Ermənistana etdiklərinin təkrarıdır. Mən təklif edirəm ki, deputat qrupu yaradılsın və ABŞ-a etiraz məktubu hazırlansın”,-deyə Z.Oruc əlavə etdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 512
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30