Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sərhədlər açilamaz...
    Azərbaycanda səfərdə olan (12-13 may) Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi görüşlərə başlayıb. Qonağın əvvəlcə prezident İlham Əliyevlə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırkı vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Bundan sonra prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
    Geniş tərkibdə görüşdən sonra prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev və Baş nazir R.T.Ərdoğan əvvəlcə bəyanatlarla çıxış ediblər.


    Əlaqələr yüksək səviyyədədir
    Azərbaycan prezidenti Türkiyənin Baş naziri ilə geniş fikir mübadiləsi aparıldığını bildirib. "Həm təkbətək görüşdə, həm də ki, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələri nəzərdən keçirildi, təhlil edildi. Əldə edilmiş nailiyyətlər, uğurlar haqqında danışdıq və şübhəsiz ki, gələcək əməkdaşlıq haqqında da geniş fikir mübadiləsi aparıldı". Prezident bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr həmişə olduğu kimi çox yüksək səviyyədədir: "Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Biz bu gün həm ikitərəfli məsələləri geniş müzakirə etdik, həm də bölgədə mövcud olan vəziyyət nəzərdən keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında baş nazirə öz fikirlərimi bildirdim. Regional vəziyyət, regionda baş verən hadisələr şübhəsiz ki, diqqətimizdən kənarda qalmadı. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, eneryi sektorunda əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da çox səmimi söhbətimiz oldu". Prezident bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi var. Bütün dövrlərdə Azərbaycan və türk xalqları bir yerdə yaşayıb-yaradıb: "Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk. Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox halda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin. Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı".
    Qapılar açıla bilməz
    Türkiyənin baş naziri R.T.Ərdoğan da Azərbaycanla münasibətlərdən məmnunluq duyduğunu ifadə edib: "Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə "bir millət-iki dövlət" anlayışı davam edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir. Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Sery Sarkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik".
    Şübhəyə yer qalmadı
    Sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri hər iki ölkə yurnalistlərinin suallarını cavablandırıblar.
    Türkiyəli media mənsubu İlham Əliyevdən "Brüsseldə verdiyiniz açıqlamada Türkiyə-Ermənistan "yol xəritəsi"ndə Dağlıq Qarabağ məsələsinin yer alıb-almadığına dair bəsit suala bəsit bir cavab istədiyinizi demişdiniz. Sualınıza cavab ala bildinizmi",-deyə soruşub. Azərbaycan prezidentinin cavabı belə olub: "Qardaşımın, hörmətli Baş nazirin sözləri bu suala ən yaxşı cavabdır. Bundan açıq cavab ola bilməz. Suala görə də, cavaba görə də minnətdaram. Sirr deyil ki, son zamanlar Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı narahatlıq var idi. Amma ən önəmlisi odur ki, bu gün heç bir şübhəyə, spekulyasiyaya yer qalmadı. Türkiyənin baş naziri, prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirdilər".
    Başqa bir türkiyəli yurnalist Azərbaycanda Türkiyə ilə bağlı şübhəyə əsas verən amilin nə olduğunu öyrənmək istəyib, eyni zamanda, Azərbaycan-Rusiya yaxınlaşması və Azərbaycanın siyasətində dəyişiklik olub-olmadığı barədə sual ünvanlayıb. Prezident İlham Əliyev bu il fevralın əvvəllərindən etibarən Ermənistan mətbuatında Türkiyə ilə sərhədlərin açılacağına dair xəbərlərin yayılmağa başladığını, bu iddiaların bir müddət cavabsız qaldığını söyləyib: "Yəqin Azərbaycandakı şübhələrin birinci səbəbi bu idi. Sonra müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə artıq real fakt kimi yanaşdılar və bu da təbii ki, Azərbaycanda müəyyən şübhələrin ortaya çıxmasına səbəb oldu. Ancaq aprelin ortalarında Türkiyə baş nazirinin, prezidentinin birmənalı sözlərindən sonra bu şübhələrə son qoyuldu. Artıq bu bir tarixdir".
    Prezident İlham Əliyev Rusiya ilə bağlı suala cavabında isə Azərbaycanın bütün ölkələrlə normal dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: "Rusiya ilə əlaqələrin böyük tarixi var və bu əlaqələr hər iki ölkə üçün önəmlidir. Rusiya prezidenti cənab Medvedyev ilk xarici səfərlərindən birini məhz Azərbaycana edib və bu səfər zamanı dostluq və strateyi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu, böyük siyasi məna daşıyır. Bizim Rusiya ilə münasibətlərimiz onsuz da yaxındır və hansısa əlavə addımlara ehtiyac yoxdur". Dövlət başçısı Azərbaycanın bütün ölkələrlə münasibətlərinin yaxın olmasını istədiyini bildirib.
    Ədalətli rəqəm ortaya çıxacaq
    Mətbuat konfransında Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinə yenidən baxılması məsələsinə də toxunulub. Azərbaycan prezidentinə Türkiyəyə verilən təbii qazın qiymətinin artırılıb-artırılmayacağına dair sual verilib. Prezident İlham Əliyev deyib ki, bu məsələni bölgədəki proseslər, yaranan və ya yaranmaqda olan yeni vəziyyətlə əlaqələndirmək doğru deyil: "Qaz məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının uzun tarixi var. Müqavilələrə uyğun olaraq qiymətlərə vaxtaşırı yenidən baxılır. Qiymətin dəyişməsi dünyada neftin qiymətindən asılıdır".
    Azərbaycan jurnalistlərindən biri isə Türkiyənin başqa ölkələrdən təbii qazı yüksək qiymətlərlə aldığını xatırladaraq, Azərbaycan qazının hər min kubmetrinin 120 dollara alınmasının nə dərəcədə ədalətli olduğunu R.T.Ərdoğandan soruşub. Türkiyənin baş naziri bu qiymətin müqavilə imzalanarkən müəyyənləşdirdiyini və indiki şəraitdə ədalətli olmadığını söyləyib: "Tərəflərin bu məsələ ilə bağlı aparacağı danışıqlarda ədalətli rəqəm ortaya çıxacaq".
    İlham Əliyev isə Azərbaycanın ən azı 2 trilyon kubmetr qaz potensialına malik olduğunu, yeni quyuların qazılması ilə bu ehtiyatların iki dəfə arta biləcəyini söyləyib: "Biz qaz ixracı məsələsində diversifikasiya siyasəti aparırıq və bu, dost və qardaş ölkələrin də maraqlarına cavab verir".
    Qeyd edək ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra tərəflər mətbuat üçün birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə tarixən dərin dostluq əlaqələri və strateyi tərəfdaşlıq münasibətlərinin mövcud olduğu iki qardaş ölkədir. Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və dar günlərdə davam edən daimi xarakter daşıyır: "Türkiyə və Azərbaycan əlaqələri regionun inkişafı və əməkdaşlığa nail olunması baxımından böyük məna və əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan regional və qlobal sülh və sabitliyə əhəmiyyətli töhfə verməkdədir. İki ölkə regional sülh və sabitliyi möhkəmləndirmək məqsədilə çoxşaxəli və uzunmüddətli strateyi əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bir tərəfdən ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, digər tərəfdən regionun sabitliyi, təhlükəsizliyi və rifahına töhfə vermək imkanlarının inkişafı üçün təməl təşkil edəcək". Məlumatda o da bildirilir ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan tənzimlənməsi zəruridir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. "Azərbaycan və Türkiyənin regionla bağlı birgə yanaşması çərçivəsində Cənubi Qafqazda bütün regionu əhatə edən etimad, hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əlaqələrin qurulması və beləliklə, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsi Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan əraziləri işğaldan azad edilmədən və yurd-yuvalarından qovulmuş insanlar həmin ərazilərə geriyə qayıtmadan mümkün olmayacaq. Bütün regiona təsir edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Azərbaycan və Türkiyə məsləhətləşmələr apararaq fəaliyyət göstərməkdə səylərini artıracaqlar və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində siyasi yolla nizamlanması üçün səy göstərməyə davam edəcəklər" - deyə məlumatda bildirilir. Daha sonra vurğulanır ki, Azərbaycan və Türkiyənin strateyi tərəfdaşlığı regional sülh və sabitliyin bərqərar edilməsi, region xalqlarının rifahı üçün ikitərəfli və çoxtərəfli səviyyədə iqtisadi əməkdaşlığa töhfə verəcək.
    Ərdoğan Milli Məclisdə söz verdi
    Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə də çıxış etdi. Qonağı salamlayan Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan və Türkiyənin dostluq əlaqələrindən danışdı. Qeyd etdi ki, iki dövlətin qardaşlıq və dostluq münasibətləri millətlərimizin eyni kökdən olmasına əsaslanır. Spikerin sözlərinə görə, bu gün bölgədə də, dünyada da elə qüvvələr var ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrə qısqanclıqla yanaşırlar. Həmin qüvvələr iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə çalışırlar. "Lakin biz əminik ki, Azərbaycanın Türkiyə ilə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır. Azərbaycan və Türkiyə bir-birinə həmişə güvəniblər, güvənirlər və güvənəcəklər",-deyə spiker çıxışını tamamladı.
    Bir-birimizə güvənirik
    R.T.Ərdoğan da parlamentdəki çıxışına Azərbaycan və Türkiyənin dostluğundan bəhs etməklə başladı. O qeyd etdi ki, burada özünü öz evində, öz parlamentində çıxış edən kimi hiss edir: "Burada əcnəbi bir ölkədə deyil, qardaşlarımın arasında olduğumu bilirəm. Bakıya ayaq basdığımız andan etibarən mənə və nümayəndə heyətimə göstərdiyiniz qayğıkeşlik və qonaqpərvərlik də bunun bir isbatıdır". Baş nazir dedi ki, türk və Azərbaycan xalqları arasındakı qardaşlıq əsl qardaşlıqdır. İki xalq arasındakı qardaşlıq ruhu həm yaxşı, həm də çətin günlərdə, həm sülh, həm də hərb şəraitində davam edib. İki xalq birlikdə sevinib, birlikdə üzülüb və lazım gəldikdə birlikdə savaşıb. Azərbaycanın müstəqilliyi, rifahı, sabitliyi Türkiyənin uğuru kimi qəbul olunub: "Bizim aramızda sarsılmaz bağlar var. Dinimiz, inanclarımız, adətlərimiz, mədəni təsəvvürümüz birdir. Biz tarix boyu eyni nağılları dinlədik, eyni musiqilər, eyni ritmlərlə böyüdük, eyni oyunları oynayıb, eyni cür əyləndik".
    R.T.Ərdoğan çıxışında son vaxtlar Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək məlumatların yayılmasına da münasibət bildirdi. O qeyd etdi ki, bəzi qüvvələr yalan xəbərlərə əsaslanaraq iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar: "Sanki stəkanda fırtına qoparırlar. Buna səbəb olan hadisə isə bir internet saytının erməni bölümündə yayımlanan uydurma bir xəbər oldu. Guya biz Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağın işğaldan azad olunması şərtindən imtina etmişik. Əziz qardaşlar, Türkiyənin Qarabağın işğaldan azad olunması şərtindən imtina etməsini ifadə etmək belə bizim üçün böyük bir böhtandır. Bu iftiranı hüzurlarınızda bir daha rədd edirəm". Baş nazir əlavə etdi ki, bu xəbər yayılandan sonra Türkiyə hökumətinin rəsmiləri bir sıra açıqlamalar veriblər. Amma buna baxmayaraq, yalan məlumata əsaslanan xəbərlər davam edir. Bu məsələ hətta Türkiyə əleyhinə bir kampaniyaya çevrilib.
    Baş nazir Türkiyənin Ermənistanla apardığı danışıqların detallarının açıqlanmamasını diplomatik normalarla əlaqələndirdi. Onun sözlərinə görə, diplomatiyada belə bir qayda var ki, son nəticə əldə olunmayana qədər danışıqların mövzusu ictimaiyyətə tam olaraq açıqlanmır. Türkiyə-Ermənistan danışıqlarında da bu əsas götürülüb. "Bundan heç kim ictimaiyyətdən nələrinsə gizlədilməsi nəticəsini çıxarmamalıdır. Bir məsələ ilə bağlı ölkənin baş nazirinin söylədiklərinəmi inanılmalıdır, yoxsa hansısa bir internet saytının məlumatınamı",-deyə R.T.Ərdoğan sual etdi. Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasına toxunan baş nazir dedi ki, burada bir səbəb-nəticə əlaqəsi var. Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağ işğal olunandan sonra bağlayıb. Sərhədlərin açılması üçün də işğal faktının aradan qaldırılması lazımdır. R.T.Ərdoğan dedi ki, rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldiyi gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqeyi tutubsa, bu gün də o fikirdə qalır.
    Dağlıq Qarabağ ABŞ-ın yaxın müddətli xarici siyasətində
    R.T.Ərdoğan bildirdi ki, Türkiyənin Qafqaza və regiondakı münaqişələrə baxışı Azərbaycanın baxışından fərqlənmir. Ankara regionda qarşılıqlı hörmətə və yaxşı qonşuluq münasibətlərinə əsaslanan normal əlaqələrin təsis edilməsini istəyir. Amma "dondurulmuş münaqişələr"in səbəb olduğu etimadsızlıq hissi bölgə ölkələri arasında yaxşı münasibətlərin qurulmasına əngəl yaradır. Bu münaqişələrdən ən böyüyü və önəmlisi isə Dağlıq Qarabağ münaqişəsidir. Baş nazir dedi ki, Türkiyənin bu münaqişə ilə bağlı mövqeyi açıq və qətidir. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını istəyir və bu mövqeyini davam edəcək" - deyə R.T.Ərdoğan vurğuladı. O qeyd etdi ki, münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri də təsdiq edir. Baş nazirin sözlərinə görə, münaqişənin həll edilməməsi heç kimə xeyir gətirmir. Problemlərin həlli isə iş tələb edir. Türkiyə də Ermənistanla danışıqlara bu məqsədlə başlayıb. Danışıqlar sadəcə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını deyil, Azərbaycanla birlikdə bütün bölgənin sülh və sabitliyinə xidmət edir. R.T.Ərdoğan dedi ki, aprelin əvvəlində Türkiyəyə səfər edən ABŞ prezidenti Barak Obama ilə Ankarada aparılan danışıqlarda öncə Türkiyə-Amerika münasibətləri deyil, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Həm özü, həm də prezident Abdulla Gül bu məsələ ilə bağlı mövqeyi ABŞ prezidentinə çatdırıb və bu məsələdə Vaşinqtondan dəstək gözlədiklərini bildiriblər. Bununla da Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın yaxın müddətli xarici siyasət gündəminə daxil olub. Artıq məsələ beynəlxalq ictimaiyyətin də gündəmindədir. "Biz bu danışıqlarda heç vaxt Azərbaycanın milli mənfəətlərinə zidd addım atmadıq və bundan sonra da atmayacağıq" - deyə baş nazir vurğuladı. O qeyd etdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca bölgədə normal münasibətlərin qurulmayacağını bütün region ölkələri bilir. R.T.Ərdoğanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan, Türkiyə və Ermənistanın deyil, bütün Avrasiya bölgəsinin xeyrinə olacaq. Bunun nəticəsində Bakıdan Naxçıvana və Türkiyəyə qədər uzanan nəqliyyat infrastrukturundan hamı istifadə edəcək. Regional iqtisadi inkişaf isə bütün xalqların rifah halını yaxşılaşdıracaq. "Amma bütün bunların reallaşması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmasının vacibliyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirəm" - deyə R.T.Ərdoğan vurğuladı.
    O qeyd etdi ki, sülh və sabitliyin əldə olunmasına sözlə və istəməklə nail olmaq mümkün deyil. Bunun üçün can-başla çalışmaq lazımdır. Türkiyənin baş naziri bu çağırışla Qarabağ münaqişəsinin həllinə müsbət istiqamətdə kömək etmək gücündə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransaya müraciət etdi. Onun fikrincə, beynəlxalq hüquqa etimadın bərqərar edilməsi üçün aparılan danışıqlarda tezliklə nəticə əldə olunmalıdır.

    KəlamİNFO

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 813
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30