Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmakasında 25 ölkə təmsil olunur
    “Azərbaycan son bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunub və kitablarımız birinci, ikinci, üçüncü mükafatla yanaşı, “Qran-pri”yə də layiq görülüb”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçiriləcəyini bildirən nazirin sözlərinə görə, 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunur:

    “Bugünkü sərgi-yarmarkada ən nüfuzlu nümunələr təqdim olunur. Hər iki ildən bir keçirilən bu sərgi Azərbaycan nəşriyyatının, poliqrafiyasının yüksək inkişafına gətirib çıxardır”. Bu cür tədbirlərin regionlarda da təşkilinin planlaşdırıldığını qeyd edən nazir beynəlxalq sərgi-yarmarkanın ölkə başçısının qayğısı nəticəsində baş tutduğunu vurğulayıb. Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də Türkiyə, Moldova, Özbəkistan, ABŞ, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Rusiya, İran, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş olunur. Qeyd edək ki, sərgi çərçivəsində “Heydər Əliyev Sarayı”, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan Dövlət Rus Dram Teatrı” kitablarının, 150 cildlik “Dünya ədəbiyyatı” seriyasından nəşri başa çatmış kitabların, Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” kitabının təqdimat mərasimləri keçirilib. Bundan başqa, sərgi-yarmarka çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda simpozium, “20 ilin ədəbi mənzərəsi” – Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa, Taras Şevçenko və Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə, “Qızıl Kəlmə” Ədəbi Mükafatı laureatları və Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlər keçiriləcək. Eləcə də müxtəlif nəşriyyatların təşkilatçılığı ilə kitab təqdimatları və müəllif görüşləri nəzərdə tutulub. Xatırladaq ki, sentyabrın 30-a kimi davam edəcək sərgidə Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 444
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30