Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının rəhbər şəxslərini qəbul edib
    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Msfallsı və BƏT-in İşdə fundamental prinsiplər və hüquqlar üzrə proqram direktoru Kamran Fənnizadəni qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, hər iki qonaq “Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr” mövzusunda sentyabrın 29-da Bakıda keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdədirlər. Fizuli Ələkbərov qonaqlara müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər barədə məlumat verib. Vətəndaşların iş yerləri ilə təminatının dövlət siyasətinin prioritetlərindən biri olduğunu və son 7 ildə ölkədə 900 mindən artıq iş yerinin yaradıldığını qeyd edən nazir bildirib ki, hazırda modern inkişaf mərhələsində olan Azərbaycan üçün yeni hədəf - mövcud əmək potensialının iqtisadi tərəqqiyə uyğun olaraq keyfiyyətcə yüksəldilməsi və eyni zamanda layiqli əməyin təminatıdır.

    Nazir Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin bir qismində hələ də həmkarlar təşkilatlarının yaradılmaması, sosial tərəfdaşlıq prinsiplərinin formalaşdırılmaması, bəzən illərlə onlarda çalışan yerli işçilərin peşə və ixtisas artımının təmin olunması üçün tədbirlərin görülməməsi, ayrı-ayrı peşə və ixtisaslar üzrə yerli mütəxəssis potensialı artıq yetişdiyi halda həmin işlərin görülməsi üçün məhz xaricdən işçi qüvvəsinin gətirilməsi, eyni işləri yerinə yetirən yerli işçilərə əmək haqqının xaricdən gələn işçilərlə müqayisədə xeyli aşağı məbləğdə ödənilməsi, bu və ya digər müqavilənin başa çatması səbəbindən xeyli sayda yerli işçinin eyni vaxtda işdən kənarlaşdırılması və s. kimi hallar mövcuddur. Belə halların aradan qaldırılması üçün həmin şirkətlərlə sosial tərəfdaşlıq şəraitində dialoqun sistemli şəkildə formalaşdırılması və həyata keçirilməsi vacib məsələlərdən biridir. Xanım Rikarda Msfalls ölkəmizdə layiqli əməyin təminatı istiqamətində görülən işləri və bu işlərdə BƏT-lə əməkdaşlığa xüsusi önəm verilməsini yüksək qiymətləndirib. R.Msfalls keçiriləcək konfransın milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin daha fəal iştirakı, həmin şirkətlərlə sistemli şəkildə sosial dialoqun inkişafı üçün effektli üsulların müəyyən edilməsi istiqamətində ilk və həmçinin uğurlu bir addım olacağını, bu sahədə BƏT-in bütün lazımi dəstəyi göstərəcəyini bildirib. Kamran Fənnizadə Azərbaycanı hazırda BƏT-in önəmli üzvlərindən biri, həmçinin bu təşkilatın konvensiyalarının ratifikasiyası üzrə ən yaxşı göstəricilərə malik proqressiv bir ölkə kimi dəyərləndirərək, iş yerlərində layiqli əmək şəraitinin təmin olunması məqsədilə respublikamızda görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 464
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30