Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sabah II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verilir
    Sabah Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri başa çatıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edəcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan sərgi-yarmarkada son 3 ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdiriləcək.

    Bildirilir ki, sərgi çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid “Heydər Əliyev Sarayı”, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan Dövlət Rus Dram Teatrı” kitablarının, digər bir Sərəncama əsasən işıq üzü görən 150 cildlik “Dünya ədəbiyyatı” seriyasından nəşri başa çatmış kitabların, Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” kitabının təqdimat mərasimləri, “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda simpozium, “20 ilin ədəbi mənzərəsi” – Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş Dəyirmi masa, Taras Şevçenko və Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə, “Qızıl Kəlmə” Ədəbi Mükafatı laureatları və Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlər keçiriləcək. Bundan əlavə müxtəlif nəşriyyatların təşkilatçılığı ilə kitab təqdimatları və müəllif görüşləri nəzərdə tutulub. Tədbir boyu müvafiq stendlərin qarşısında aşıqlar, simli kvartet və milli musiqi alətlərinin ifaçıları çıxış edəcəklər. Qeyd edək ki, 3 gün davam edəcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi 28 sentyabr 2011-ci il tarixdə, saat 11:00-da olacaq. 30 sentyabr 2011-ci il tarixdə başa çatacaq sərgi-yarmarkada ən yaxşı nəşriyyat və ən yaxşı kitab Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq. Xatırladaq ki, sentyabrın 28-də II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının rəsmi açılış mərasimindən öncə saat 09:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 434
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30