Payızın ilk günündə havalar dəyişkən buludlu keçəcək
Payız fəslinin gəlişi ilə havada dəyişkənlik müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “KƏLAMİNFO”ya verilən məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılıb. Havanın temperaturunun gecə 15-19, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Rayonların hava durumuna gəldikdə isə, sentyabrın 21-də və 22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin 21-də gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.