Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Monteneqro prezidenti: “Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir”
    Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı bir daha monteneqrolu həmkarını ölkəmizdə salamlayıb və deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir. Çünki bu, münasibətlərimizin tarixində ilk rəsmi səfərdir. “Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə aramızda heç bir problem yoxdur, əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək var”- deyən prezident İlham Əliyev bildirib ki, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olmalıdır. İkitərəfli əlaqələrin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlət başçısı energetika və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğulayıb.

    Regional məsələlərdə Azərbaycan ilə Monteneqro arasında fikir ayrılığının olmadığını vurğulayan prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Monteneqro Prezidentinə məlumat verdiyini deyib və ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə bu məsələ öz ədalətli həllini tapacaq. Görüşdə Avratlantik strukturlara inteqrasiya ilə bağlı fikir mübadiləsinin də aparıldığını deyən dövlət başçısı bu səfərin ikitərəfli əlaqələr üçün vacib olduğunu vurğulayıb. Monteneqro prezidenti Filip Vuyanoviç Azərbaycan dövlət başçısına xoş sözlərinə görə təşəkkür edib. “Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və bu sürətli inkişafın bundan sonra da davam edəcəyinə əminəm”- deyən Monteneqro Prezidenti son illərdə ölkələrimiz arasında sıx əlaqələrin qurulması istiqamətində addımların atıldığını bildirb. Filip Vuyanoviç qarşılıqlı sərmayələrin qoyulması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. “Bizim münasibətlərimiz mövcuddur və bu, məni çox sevindirir”- deyən Monteneqro Prezidenti indi mədəniyyət sahəsində ölkələrimiz arasında güclü əlaqələrin formalaşdığını bildirib. Filip Vuyanoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və Avropa təşkilatlarının mövqeyini dəstəklədiyini vurğulayıb. “Azərbaycana bu səfərim əlaqələrimizin yeni mərhələyə daxil olması deməkdir”- deyən Monteneqro Prezidenti bu münasibətlərin xalqlarımızın mənafeyi naminə inkişaf edəcəyini diqqətə çatdırıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 332
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30