Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ariflərin sultani…
    Böyük ruhani alim, ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi kimi ad çıxarmış Nizaməddin Əmirə Şahsəvar Gilani Kəsgəri Şeyx Zahid Gilaninin müridlərindən biri, nüfuzlu tayfa ağsaqqalı, alijənab, müdrik şiə təriqətli tarixi şəxsiyyət olub. Xalq arasında Babagil-Gilanlı baba adlandırılan bu böyük şəxsiyyət orta əsrlərə aid fars dilində yazılmış fərman və sənədlərdə “Seyid (başçı) Babagil” deyə qeyd edilir. Babagil xələflərinin bu malikanəyə nəslən sahib olmaları Səfəvi şahları, Şeyx Səfiəddinin məqbərəsi mütəvəlliyi və digər hökümdarların fərman və hökmləri ilə təsdiqlənib.

    Babagil kəndinin keçmiş adı Asnaqaran-dəmirçilər olub. Bu adda kənd hazırda Astarada da mövjuddur. Qədim zamanlarda Talış hökümdarlarının süvariləri üçün Babagil kəndində silah, yaraq və s. hazırlanıb. Bu kənd 1508-ji ildə Babagil məqbərəsinə vəqf edilib.
    Şeyx Səfiəddin məqbərəsi mütəvəlliyinin Mirşahhüseyn haqqında 1573-jü ilin iyun ayında verdiyi hökümdə göstərilir: “Qaliblərin ən seçilmişi olan asnaqaranlı Babagilin övladı» Mirşahhüseyn itaət və sədaqətlə məleykələrin dövr etdiyi astananın qarşısına gələrək, təvaf və ziyarət qaydalarını həyata keçirdi. Pərvanə kimi şəmin ətrafını dövr etdi və bir çox arzularına çatdı.”
    Babagilin övladları haqqında Jəngəmiran hakimi Nəjəfqulu xanın 1788-ji ilin sentyabrında verdiyi hökümdə deyilir: “Qərar verildi ki, Jəngəmiran mahalının kəndxudaları, ağsaqqalları və vergi toplayan məmurları bilsinlər ki, Allahın rəhməti və səlavatı şamil olan Seyid Babagilin Ahəngəran kəndində yaşayan övladları – Seyid Ruhullanın oğlanları Şeyxliyin pənahları Seyid Şahhüseynin oğlu Seyid Həsən və Şeyx Seyid Nemətin oğlu Seyid Fərzi keçmiş sultanların yazılı əmrlərinə və bizdən əvvəlki hakimlərin yazılı hökümlərinə görə, qədim zamanlardan indiyədək tövqih, təqsim, sursat, bigar, şikar və səvaderdən, habelə mübaşerlərin və divan məmurlarının sair təkliflərindən azad edilmiş və bağışlanmışlar.”
    Talışlı Bayandur xanın 1551-ji ilin oktyabr ayında verdiyi Fərmanda deyilir ki, bu xoş vaxtda dövlətin pənahına sığınan, səadət nəsibli, ətəyi pak və ali keyfiyyətli, yüksək mərtəbəli Nizaməddin Əmirə Şahsevər Gilani Kəsgəri (Babagil) İmam Rzanın müqəddəs və pak şəhidgahını ziyarət etməyə gedir. Ona kömək göstərsinlər, keşiyini çəkib qorusunlar və qorxulu yerlərdən salamat keçirsinlər. Qeyd olunan yüksək əmirin əziz tutulmasını və hörmətini lazım bilsinlər.
    Dövrünün görkəmli şəxsiyyətlərindən sayılan Babagil haqqında bilmədiklərimiz çoxdur. Babagil türbəsinə səjdəyə gəlib qurban kəsənlər, nəzir verənlər, tövbə edənlər heç vaxt oradan naümid qayıtmayıblar. Həmişəyaşıl ağajların əhatəsində yerləşən müqəddəs ziyarətgahı–bu yüksək türbəti öpənlər güzəşt olunmuş və bağışlanmışlar.
    AMEA-nın Tarix İnstitutunun elmi arxivində və Əlyazmalar İnstitutunda bir sıra mühüm sənədlər qorunur. Lerik rayonundakı Babagil məqbərəsi haqqında orta əsrlərə aid fars dilində yazılmış fərman və sənədlər də bu baxımdan çox qiymətlidir. 1965-ji ildə Akademiyanın Tarix İnstitutunun nəşr etdiyi T.M.Musəvinin “Orta əsr Azərbayjan tarixinə dair fars dilində yazılmış sənədlər” kitabında həmin sənədlər verilir. İsgəndər bəy Münşinin (“Tarixe-Aləmarayi-Abbasi”. Tehran, hijri, 1314), Əbdülfəttah Fuməninin (“Tarixe-Gilan”, Peterburq, 1858), K.S.Ləmbtonun (“İranda mülkədar və əkinçi”, Mənuçehr Əmirinin farsjaya tərjüməsi, Tehran, hijri, 1339), Rzaquluxan Hidayətin (“Tarixe-Rövzətül-Səfaye-Nasiri”, VIII jild, Qum, hijri, 1339), İ.P.Petruşevskinin (“Vakfnıe imeniya Ardabilskoqo mazara v XVII veke”, “Trudı instituta istorii im. A.Bakıxanova, Baku, 1947”), M.S.Nemətovanın (“Azərbayjanın jənub rayonları ərazisindəki  epiqrafik abidələr haqqında”, Azərbayjan SSR EA Xəbərləri, 1962), Zəbihulla Səfanın (“İranda ədəbiyyat tarixi”, 3-jü jild, Tehran, hijri, 1341), Məhəmməd Tahir Nəsrabadinin (“Təzkireyi Nəsrabadi”, Tehran, 1317), Zeyle-Tarixe-Aləmaraye-Abbasinin (Leninqrad, Saltıkov-Şedrin adına kitabxana, Dornun fondu, N303, səh 109), Məhəmməd Kaziminin (“Nameyi-Alemaraye-Nadiri”, Moskva, 1960) və başqa mənbələrə istinadən yazılmış həmin kitabda Babagil barədə altı sənədə rast gəlirik.
    Çox qədim dövrlərdə Astaranın ərazisi dağlıq və meşəlik olub, üç mahala bölünüb: Pornəm, Zuvand və Deriğ. Deriğ mahalında təxminən 25 kənd vardı. Qojaların dediyinə görə, Əmirə Şahsəvar Gilani Kəsgəri Gilandan Astara Talışına gəlib və Asnaqaran (Babagil, el arasında bura Şeyxlər kəndi adlanır) kəndində yaşamışdır. İsgəndər bəy Münşinin (“Tarixe-Aləmarayi-Abbasi”. Tehran, hijri, 1314, səh 156) yazdığına görə, Astara Talışı hakimi Bayandır xan bu adam barədə hijri 958-ji ilin zilqədə (miladi 1551-ji ilin oktyabr ayında) verdiyi fərman bizə gəlib çatıb. Əmirə Şahsəvar Gilani Kəsgəri Kəsgərdən köçüb gəlib. O, 1-ji Təhmasibin dövründə yaşayıb. Əbdülfəttah Fuməninin “Tarixe-Gilan” əsərində Əmirə Şahsəvarın (Babagilin) 1578-ji ildə Biyəpiş orduları əleyhinə döyüşdə şəhid edildiyi göstərilir. Həmin sənədlərdə Babagil-Gilanlı baba Əmirə Şahsəvar Gilani Kəsgəri belə təqdim olunur – «Ariflərin sultanı, türbəti müqəddəs Sultan Babagil.”
    Bu sənədlərdə təkjə pir deyil, onu əhatə edən ərazi, qədim kəndlər, vergilərin növü, təşkili, tarixi şərait, tanımadığımız böyük tarixi şəxsiyyətlər barədə zəngin məlumatlar verilir. Babagil məqbərəsi barədə (1509-1788) toplanan sənədlər bizi təxminən 300 illik bir dövrlə tanış edir.     
    Göründüyü kimi, Babagil türbəsi barədə tarixi qaynaqlarda kifayət qədər maraqlı məlumatlar verilmişdir. Babagil ziyarətgahı xalqımızın inanj və inam yeridir. Türbə Sovet recimi dövründə, ateizmin tüğyan etdiyi vaxtlarda baxımsız qalmış, məqbərədəki çox qiymətli sənədlər, əşyalar yoxa çıxmış, buradakı baş daşı və sənduqələrin bəzisi sındırılmışdır. Azərbayjan müstəqillik qazandıqdan sonra ümummilli liderimiz, islami dəyərlərə, milli mədəniyyətimizə böyük önəm verən Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə ojaq, pir və ziyarətgahlara məsjidlərin tikintisinə və təmirinə başlanıldı.
    1999-ju ildə İslam Hajı Sadıq oğlu Kərimovun maliyyə dəstəyi, Babagil kənd jamaatının yaxından köməyi və Hajı Ağamirzə Mirzəyevin ustalığı ilə şəkildə görünən köhnə türbənin yerində yeni məğbərə ujaldıldı. Bu abidə-kompleksi xariji görünüşü, forma və üslubuna görə oricinaldır və Şərqdə tikilən abidələrlə müqayisə edilə bilər.
    Müqəddəs Babagil türbəsində məqbərə-abidənin açılışı mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hajı Allahşükür Paşazadə, Qazi Hajı Mirəziz Seyidzadə, axundlar, ziyalılar, Babagil kəndinin sakinləri iştirak etdilər. Məqbərənin açılışı mərasimində hamı Babagil məqbərəsini ziyarət etdi, dualar oxundu, dindarlara Bütün Qafqazın Şeyxi tərəfindən Qurani-Kərim hədiyyə verildi.
    Yeri gəlmişkən, bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Anadan olduğum Babagil kəndinin sakinləri müqəddəs sufi şeyxləri, Babagilin övladları ilə sıx təmasda olmuşlar. Ulu babalarımız Nizaməddin Əmirə Şahsəvar Gilani Kəsgərinin törəmələri, davamçıları hesab olunurlar. Babam Xudaş 108 yaşında dünyasını dəyişib. Anamın dayısı Axund Bəzzaq iyirminji illərdə İrana köçəndə babama deyib ki, bu hökumət dindarlara düşmən gözü ilə baxır, ondan xeyir gözləməyin. Mən gedirəm, yolumu heç kəs gözləməsin. O, Xorasana köçüb, övladları barədə isə məlumatımız yoxdur. Rəhmətlik Şeyx Qələm Axund İranda təhsil alarkən nəslimizin şəjərəsini ona veriblər ki, babam Xudaşa çatdırsınlar. Hazırda həmin nəsil şəjərəsi əlimizdədir. Nəslimiz müqəddəs şəxsiyyətlərlə bağlıdır. Babamın qoruyub bizə əmanət saxladığı Qurani-Kərim qədimliyinə, görkəminə, yazı üslubuna görə fərqlənir, nadir nüsxədir. Jildi dəridəndir, ayələrin sərlövhələri və abzasları göstərən iri nöqtələr qızılı rəngdə işlənmişdir. Hər səhifədə mətnə uyğun olaraq işarələr nəqş edilmişdir. Bu işarələr yəqin ki, mətnlərin oxunuşunu asanlaşdırmaq, mənanı dərk etmək üçün qoyulub.
    Evimizdəki xənjər və qılınj da uzaq keçmişlərdən xəbər verir. Şübhə yoxdur ki, kəndimizdə  hazırlanan bu silahlarla Şeyx Zahid Gilanının müridləri, igid döyüşçülər yadellilərə qarşı, İslam dini, haqq-ədalət uğrunda vuruşmuşlar.
    Sonda onu da qeyd edim ki, Babagilin şəxsiyyəti, türbənin fəziləti və hikməti, ojağa inanjlar, türbəyə dair tarixi sənədlər barədə ayrıja kitab nəşr etdirmək Allah adamlarına gözəl və  maraqlı bir hədiyyə olardı.

    Mirəşrəf Vəliyev,
    Bakı İslam Universitetinin məzunu

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1246
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30