Azad Rəhimov sosial ipoteka məbləğinin artırılmasını təklif etdi
“Sosial ipoteka üçün ayrılan 35 min manat olduqca azdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Bu gün sosial ipotekaya illik 4 faiz olmaqla 15 illiyinə 35 min manat ayrıldığını xatırladan nazir qeyd edib ki, bu, mənzil almaq üçün yetərli vəsait deyil: “2007-ci ildən başlayan sosial ipotekaya axın var və biz istəyirik ki, bu məbləğ bir az artırılsın və təqribən 2-3 otaqlı mənzilin orta qiymətinə uyğun olsun”.