ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 8-də Azərbaycanın Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.