Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məhbuslar internetdən də istifadə edə biləcək
    Əgər qanunvericilikdə belə bir müddəa öz əksini tapsa...

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıxovun müsahibəsi. 

    - Mehman müəllim, cəzaçəkmə müəssisələrində internetdən, telefondan sərbəst istifadə nə zaman tam reallaşacaq?

    - Qanunvericiliyə edilən müəyyən dəyişiklikdən sonra artıq 3-4 ildir  dustaqlar sərbəst şəkildə telefondan istifadə edir. Hər bir cəzaçəkən saxlandığı müəssisənin rejimindən  asılı olmayaraq telefon vasitəsilə öz yaxınları ilə əlaqə saxlaya bilir. Hər telefon danışığı isə 15 dəqiqədir.  İnternetlə bağlı dəyişiklik isə qanunvericiliyə edilən yeniliklə bağlıdır. Əgər qanunvericilikdə belə bir müddəa öz əksini tapsa, biz bunu qısa müddət ərzində təmin edəcəyik. Cəzaçəkmə müəssisələrinin əksəriyyətində kompüter kursları təşkil olunub. Məhkumlar burada kompüterdən istifadəni, müxtəlif proqramları öyrənirlər, onlara təcrübəli müəllimlər dərs keçir. Tədris kursu başa çatandan sonra isə, məhkumlar imtahan verir və buna uyğun olaraq onlar sertifikatla təmin olunur. Bu da öz növbəsində məhkumların azadlığa çıxandan sonra işlə təmin olunmasına kömək edir.

    - Məhkumların sərbəst internetdən istifadəsi kibercinayətə, ümumiyyətlə hər hansı neqativ hallara gətirib çıxara bilər?

    - Əlbəttdə, bu çox geniş yayılmış bir şeydir ki, müxtəlif hakerlər saytların təhlükəsizlik kodlarını sındırır, virus proqramları daxil edir, şəxsi hesablardan, təşkilatların büdcələrindən pul çəkirlər və s. Bu kimi məsələlər kompleks şəkildə araşdırılıb, təhlil olunmalıdır.

    Buna uyğun da qanunvericiliyə konkret dəyişikliklər edilməlidir. Hər halda qanunvericilikdə məhkumların internetdən istifadəsi, müəyyən saytlara ziyarəti çərçivə daxilində olacaq.

    - Məhkumları məhkəmələrə daşıyan maşınların yenilənməsi və onlarda GPRS sisteminin qurulması işi nə vaxt başa çatacaq?

    - Maşınların dəyişdirilməsi, GPRS sisteminin quraşdırılması məsələsi gündəmdədir, lakin məlum məsələdir ki, bunlar hamısı bahalı avadanlıqlardır, böyük məbləğ tələb edir. Müvafiq maliyyə vəsaiti ayrılandan sonra bu məsələ də öz həllini tapmış olacaq. Yeni, hər şəraitli maşınlar GPRS sistemi ilə təchiz olunacaq. Məhkumlar maşına minəndən sona qədər bütün proseslər, nəzarətçilərin, məhkumların  özlərini necə aparması kameraların yaddaşına yazılacaq.

    - Ara-sıra məhkumların ümumi yaşayış sisteminin ləğvi məsələsi gündəmə gəlir. Bu barədə nə deyə bilərsiniz?

    - Təbii ki, bunun üçün də qanunvericilikdə dəyişiklik olunmalıdır. Dəyişiklikdən sonra iş bitmir. Hər məhkum üçün, yaxud, iki məhkumu bir kamera sisteminə köçürməyə külli miqdarda vəsait lazımdır. Hazırda ölkənin bir neçə regionunda beynəlxalq standartlara uyğun qarışıq tipli cəzaçəkmə müəssisələri inşa olunur. Orada bütün sadaladığımız məsələlər öz əksini tapacaq. Yəni, məhkumların saxlanma şəraiti Avropa penitensiar qaydalarına uyğun olacaq, kamera şəraiti qurulacaq və s.

    - Müxtəlif xəstəliklərə yoluxmuş məhkumlar hələ də sağlam dustaqlarla ümumi şəraitdə saxlanılır. Məsələn, vərəmli dustaqlar üçün ayrıca otaqlar ayrılıb. Bəs, hepatit, QİÇS-ə yoluxanlar üçün də belə bir şəraitin yaradılması gözlənilirmi?

    - Əvvəla onu deyim ki, QİÇS-ə, hepatitə yoluxan məhkumları ancaq onların öz həkimləri tanıyır, yəni bu məsələ qanunvericiliyə uyğun olaraq məxfi saxlanılır. Təbii ki, bu məhkumlardan xəstəliklərinin inkişaf etdirməməsi üçün, digər şəxsləri buna yoluxdurmamaq üçün onlardan iltizam alınır.  Buna görə onlar həm də cinayət məsuliyyəti daşıyırlar. Ancaq sağlam məhkumlardan onları təcrid etmək barədə tədbir görmürük, çünki məlum məsələdir ki, azadlıqda da bu xəstəliyə yoluxan onlarca insan var və onlar da ətraf aləmdən təcrid olunmayıb, yaxınları ilə yaşayırlar. Vərəm xəstələrinə gəlincə isə, bu havadan da yoluxduğuna görə, həmin məhkumlar üçün ən müasir müalicə mərkəzində saxlanılır, onların qidalanmasına, həyat tərzinə ciddi nəzarət edilir. Hətta onu da deyim ki, bizdə bu sahədə böyük irəliləyişlər var. Belə ki, keçmiş MDB ölkələrinin penitensiar xidmətinin nümayəndələri bu təcrübəyə yiyələnmək üçün Azərbaycana üz tuturlar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 658
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30