Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Yanacaqdoldurma məntəqələrinin vergiyə cəlb olunmasına nəzarət imkanları xeyli artacaq”
    İlham Əmirəliyev: “Yeni nəzarət-kassa aparatlarının quraşdırılması gələn il yanvarın 1-dək başa çatdırılacaq”

    Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlham Əmirəliyevin müsahibəsi

    - Nazirlər Kabineti yanacaqdoldurma məntəqələrində xüsusi konstruksiyalı və texniki göstəricilərə malik yeni növ nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qərar qəbul edib. Bu nəzarət-kassa aparatlarının tətbiqi nə ilə bağlıdır və onların hansı texniki nəzarət imkanları olacaq?

    - Bilirsiniz ki, hökumət daim vergi inzibatçılığının, o cümlədən vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində müxtəlif addımlar atır. Bununla bağlı müxtəlif dövlət proqramları, konsepsiyalar icra olunur, mövcud metod və vasitələr modernləşdirilir, müasir texnologiyaların tətbiqi genişləndirilir. Başlıca məqsəd dövlət büdcəsinə vergi daxilolmalarının səfərbər edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir. Nazirlər Kabinetinin 11 iyul 2011-ci il tarixli qərarı da məhz bu istiqamətdə atılmış növbəti addımlardan biridir. Qərara görə, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını istisna edən nəzarət-kassa aparatlarının dövlət reyestrinə daxil edilməsi tapşırılıb. Qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək dövlət reyestrinə daxil edilmiş yeni aparatlarla əvəz olunmalıdır. Tətbiq ediləcək yeni kassa aparatlarının başlıca üstünlüyü çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasının mümkünsüzlüyü olacaq. Yəni bu yeniliyin tətbiqi yanacaqdoldurma məntəqələrinin vergiyə cəlb olunması mexanizmlərini daha da təkmilləşdirməklə yanaşı, nəzarət imkanlarını da xeyli artıracaq.



    - Vergilər Nazirliyi sözügedən qərarın icrası ilə bağlı hansı hazırlıq işləri aparır?

    - Nazirlik yeniliyin tətbiqinə hərtərəfli hazırlaşıb. Məsələ ilə əlaqədar vergilər naziri Fazil Məmmədovun 9 avqust 2011-ci il tarixli müvafiq əmri imzalanıb və görüləcək işlərin qrafiki təsdiq olunub, aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib. Hazırlıq işlərinə artıq başlanılıb və ölkə ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin siyahısı dəqiqləşdirilib. Proses həm mövcud proqram təminatları vasitəsilə, həm də vergi orqanı əməkdaşları tərəfindən aparılmış müşahidələr əsasında həyata keçirilib. Bundan başqa, vergi orqanlarında nəzarət-kassa aparatlarını qeydiyyata alan struktur bölmənin əməkdaşlarının, eyni zamanda, vergi ödəyicilərinə xidmət strukturları tərəfindən vergi ödəyicilərinin məlumatlandırılmasının təmin edilməsi istiqamətində genişmiqyaslı işlər görülür.  Yanacaqdoldurma məntəqələrində istifadə olunan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən yeniləri ilə əvəz olunması istiqamətində həyata keçirilən tədbirlər zamanı yerli vergi orqanlarına müvafiq köməyin göstərilməsi istiqamətində zəruri tədbirlərin görülməsi, o cümlədən struktur bölmələr arasında qarşılıqlı əlaqənin qurulması da görüləcək işlərin tərkib hissəsi sayılır.
    Göründüyü kimi, Vergilər Nazirliyində işlərə start verilib və 2012-ci il yanvarın 1-dək yeni nəzarət-kassa aparatlarının quraşdırılmasının başa çatdırılması nəzərdə tutulub. 

    - Hazırda Azərbaycanda yanacaqdoldurma məntəqələrində neçə nəzarət-kassa aparatı qeydiyyata alınıb?

    - Avqustun 15-nə olan məlumata görə, ölkədə 1013 yanacaqdoldurma məntəqəsi var ki, bu obyektlərdə ümumilikdə 1439 nəzarət-kassa aparatı quraşdırılıb. Bu YDM-lərdən 865-i fəaliyyət göstərir və onlarda tətbiq olunmuş aparatların sayı 1348-dir.

    - Qanunvericiliyə əsasən, vergi ödəyiciləri tərəfindən alıcılara təqdim edilən nəzarət-kassa aparatlarının çeklərində malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləği göstərilməlidir. Lakin əksər hallarda bu məlumatlar nəzarət-kassa aparatlarına daxil edilmir və təqdim olunan çeklərdə müvafiq məlumatlar olmur. Vergilər nazirinin müvafiq əmri ilə bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər nədən ibarət olacaq?

    - Bəli, Vergi Məcəlləsinin 50.8.5-ci maddəsində və nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının protokolu ilə təsdiq edilmiş “Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına Texniki tələblər”in 3.2.1-ci bəndində kassa çeklərində bir sıra digər məlumatlarla yanaşı, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğinin əks etdirilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa  aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamədə isə NKA-nın istismara servis texniki xidmət mərkəzləri tərəfindən hazırlanması nəzərdə tutulub. Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək, bu sənədlərdə qanunvericiliklə müəyyənləşdirilmiş məlumatların əks olunmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aiddir. Lakin aparılmış müşahidələr və vergi ödəyicilərindən daxil olmuş şikayətlərə baxılması zamanı bir sıra problemlər aşkarlanıb. Məsələn, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ nəzarət tədbirlərinin nəticələri barədə tərtib edilmiş aktlar araşdırılarkən həmin məlumatların kassa çeklərində əks etdirilmədiyi məlum olub.
    Bu səbəbdən mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə vergilər naziri Fazil Məmmədov 21 iyul 2011-ci il tarixdə müvafiq əmr imzalayıb. Əmrə əsasən, vergi ödəyicilərinin qəbulu, onlarla keçirilən görüşlər və tədbirlər zamanı NKA istifadəçiləri olan vergi ödəyiciləri tərəfindən onlara məxsus obyektlərdə quraşdırılmış nəzarət-kassa aparatlarının yaddaşına zəruri məlumatların daxil edilməsi məqsədilə tədbirlərin görülməsi Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə, Bakı şəhəri Vergilər Departamentinə, Vergilər Nazirliyi yanında Vergi Auditi və Xüsusi Rejimli Vergi Xidməti Departamentlərinə, eləcə də ərazi vergilər idarələrinə tapşırılıb. Tədbirlərə aidiyyəti servis texniki xidmət mərkəzlərinin (STXM) də cəlb edilməsi planlaşdırılır. Bununla bağlı avqustun 16-da Vergilər Nazirliyində STXM-lərin nümayəndələri ilə müvafiq görüş keçirilib, zəruri izahat və məlumatlandırma işləri aparılıb.
    Eyni zamanda, vergilər nazirinin əmri ilə nazirliyin müvafiq strukturlarına tapşırılıb ki, kassa aparatlarının qeydiyyata alınması zamanı vergi ödəyicilərinə bu qurğuların yaddaşına müvafiq məlumatların daxil edilməsi, eləcə də təqdim olunan çeklərdə qanunvericiliklə müəyyən edilmiş göstəricilərin əks etdirilməsi barədə informasiyaların verilməsini təmin etsinlər. Onu da qeyd edim ki, hazırda istifadədə olan nəzarət-kassa aparatlarında belə bir funksiya var. Vacib bir məqam həm də ondan ibarətdir ki, qərar bu aparatların tətbiqi nəzərdə tutulan bütün ticarət, xidmət və ictimai iaşə obyektlərinə şamil ediləcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 767
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30