Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Yeni Dağlıq Qarabağ müharibəsi münaqişəni davamlı şəkildə həll edə bilməz”
    Herbert Kvelle: “Danışıqlar prosesinin əvəzinə digər uğurlu nativ yol görmürəm”

    Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle “KƏLAMİNFO“ya müsahibə verib.

    - Cənab səfir, Siz Almaniya-Azərbaycan əməkdaşlığının səviyyəsini qənaətbəxş hesab edirsinizmi?

    - Almaniya-Azərbaycan əməkdaşlığı sıx və səmimidir. Mədəniyyət sahəsində müntəzəm mübadilə mövcuddur. Azərbaycan musiqiçiləri və rəssamları Almaniyaya səfər edirlər və alman sənətkarlarının iştirakı ilə Azərbaycanda konsertlər keçirilir. Məsələn, 2011-ci ildə Bakıda məşhur caz-orqançalan Barbara Dennerlaynın və “New Generation” kvartetinin konsertləri təşkil olunub. Almanlar həm də “Qız Qalası Rəssamlıq Festivalında” da iştirak ediblər. İqtisadi münasibətlərin inkişafı fərəhləndiricidir. Biz ümid edirik ki, Bakıda yaxın zamanda ikitərəfli Ticarət Palatası açılacaq. Layihələrə dəstək və məsləhət sahəsində Kreditanştalt für Videraufbau bankı (KfV) və Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) təhsil, iqtisadi inkişaf, kənd təsərrüfatı və ekologiya nazirlikləri, Ali Məhkəmə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və bir sıra universitetlər ilə əməkdaşlıq edir. Siyasi sahədə mən Azərbaycan hökuməti, parlament və bütün ictimai nümayəndələrlə intensiv dialoq aparıram.
    Düşünürəm ki,  hər səy çox yaxşı səslənir. Bunlar məni qane edirmı? Bəli, əldə olunan nailiyyətlər məni qane edir. Amma mən işsiz qalmaq istəmirəm. Buna görə yeni fəaliyyət sahələri axtarıram və mövcud sahələri genişləndirməyə çalışıram.



    - İki ölkə arasında bugünkü ticarət dövriyyəsi nə qədərdir?

    - 2010-cu ildə ticarət dövriyyəsinin həcmi 2 milyard avro təşkil edib. Biz 700 milyon avro həcmində mallar, o cümlədən çoxsaylı nəqliyyat vasitələri və maşınlar ixrac etmişik. Azərbaycan isə Almaniyanın ən vacib neft təchizatçılarının sırasında yeddinci yeri tutur.


    - Almaniya hansı sahələrdə Azərbaycanla əməkdaşlıq edir və hansı istiqamətlərdə yeni əlaqələr yaratmaq niyyətindədir?

    - Əməkdaşlığımızın ən mühüm sahələrini mən artıq sadaladım. Mən gözləyirəm ki, Alman-Azərbaycan Ticarət Palatasının açılmasından sonra daha da çox alman sahibkarı bu ölkəyə sərmayə qoymağa maraq göstərəcək. Bununla biz Azərbaycan siyasətinin məqsədi olan iqtisadiyyatın diversifikasiyasını dəstəkləyə bilərik. Alman tərəfdaşlarını axtaran Azərbaycan sahibkarları Almaniya səfirliyinə və ya Alman-Azərbaycan İqtisadi Yardım Birliyinə (DAWF) müraciət edə bilərlər.


    - Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair öz üzərinə götürdüyü öhdəlikləri Almaniya necə yerinə yetirir?

    - Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyata malik olan ölkəsidir və Aİ-nin büdcəsinə ən yüksək üzvlük haqqını ödəyən ölkələr qrupuna aiddir. Bundan ortaya çıxan öhdəlikləri Almaniya dərk edir və Aİ-nin bütün öhdəliklərini yerinə yetirir. Avropa İttifaqının Azərbaycanla əlaqələri ”Şərq Tərəfdaşlığı” siyasəti əsasında inkişaf edir. Almaniya sözügedən siyasətin dəstəklənməsində intensiv və fəal iştirak edib.


    - Almaniya hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini nədə görür?

    - Azərbaycan Ermənistanla və Dağlıq Qarabağın qiyamçıları ilə 1994-cü ilə qədər aparılan uzunmüddətli müharibənin nəticəsində Dağlıq Qarabağa və yeddi qonşu rayona dövlət tərəfindən nəzarət edə bilmir. Lakin bütün bu ərazilər beynəlxalq hüquq tərəfindən tanınılan dövlət ərazisinin tərkib hissəsidir və bu ərazi ilə Azərbaycan 02.03.1992-ci ildə Beynəlxalq Millətlər Təşkilatına üzv olub. 1994-cü ildə atəşkəsin elan olunmasından sonra Azərbaycan öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Ərazi bütövlüyünün bərpa olunması haqqında aparılan danışıqların uğursuz olması Azərbaycanda qəzəb hissi doğurur. Mən bu məyusluq hissini başa düşürəm. Eyni zamanda mən danışıqlar prosesinin əvəzinə digər uğurlu nativ yol görmürəm. Bu mənada da Federal Hökumət münaqişə tərəflərinə müraciət edir. Yeni Dağlıq Qarabağ müharibəsi münaqişəni davamlı şəkildə həll edə bilməz. Hər silahlı münaqişə əvvəlcədən nəzərə alına bilinməyən risklərlə bağlıdır və bütün Cənubi Qafqazın inkişafına güclü şəkildə zərər vuracaq. Sülh yolu ilə əldə olunan Almaniyanın birləşməsi (biz 40 il gözləmişik!) göstərir ki, təmkin və innovasiyalı siyasi yanaşmalarla (Helsinki prosesi və ATƏT) uzunmüddətli uğura nail olmaq olar.


    - Cənab səfir, Avropa İttifaqı münaqişənin tənzimlənməsi üçün hər hansı töhfə verə bilərmi?

    - ATƏT-in Minsk Qrupu çərçivəsində Aİ-nin Azərbaycan, Ermənistan və Rusiya ilə apardığı danışıqlar prosesini, habelə konkret məsləhətvermə və münaqişə tərəfləri arasında həyata keçirilən layihələri kənardan müşayiət etməklə həqiqətən də bu imkanı görürəm. Avropa İttifaqı hazırda istiqamətlərin axtarışı mərhələsindədir. Buna görə bu suala belə ümumi cavab vermək istəyirəm.


    - Növbəti sual Şengen dövlətlərinə səfər edən Azərbaycan vətəndaşların qarşılaşdığı problemlə əlaqədardır. Azərbaycan vətəndaşları üçün viza rəsmiləşdirilməsi nə zaman asanlaşdırılacaq?

    - Almaniya səfirliyi 2010-cu ildə təxminən 12.000 viza rəsmiləşdirib. Bu prosesin asanlaşdırılması bizim iş yükümüzü azaldacaq. Mən bunu arzu edirəm. Digər tərəfdən, biz bütün Avropa İttifaqı üçün yeni qaydaların qəbul olunmasını istəyirik. Buna görə Avropa İttifaqının Azərbaycanla viza rəsmiləşdirilməsinin asanlaşdırılması haqqında payızda danışıqların başlanması gözlənilir. Eyni zamanda mən Azərbaycan viza siyasətini qeyd etmək istərdim. Niyə Azərbaycan Gürcüstan kimi Aİ vətəndaşları üçün viza rejimini ləğv etmir? Bu, ölkənizdə turizmin inkişafına təkan verərdi. Azərbaycana Almaniyadan hər il az turist gəlir nəinki Azərbaycandan Almaniyaya.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 750
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30