Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlkin Əhmədov “Qarabağ şikəstəsi”nə klip çəkdirəcək
    “Mənim planlarımın əvvəlində muğam dəsgahlarımızı yazmaq durur”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində Birinci Respublika Muğam Müsabiqəsinin laureatı, Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov deyib. Yay mövsümü və istirahət vaxtının olmasına baxmayaraq, yaradıcılıq işlərini davam etdirən gənc xanəndə cari ilin oktyabr ayında 2-ci diskini də buraxacağını bildirib: “Bilirsiniz ki, bir diskim artıq işıq üzü görüb, hal-hazırda isə ikinci diskimin üzərində işləyirəm. Allah qismət edərsə, oktyabr ayında buraxılacaq bu diskimdə xalq və bəstəkar mahnıları yer alacaq”. 2008-ci ildən Opera və Balet Teatrının solisti olan, gənc Məcnun kimi fəaliyyət göstərən İlkin Əhmədov 30 illik fasilədən sonra “Əsli və Kərəm” operasında Kərəm rolunu canlandırmağın məhz onun qismətinə düşdüyünü qeyd edib. Yayın isti günlərində elə öz yaradıcılığından da hərarətlə danışan İlkin Əhmədov “Aşıq Qərib” operasında da rol alacağını, qastrol səfərlərinin olacağını söyləməklə bərabər, Opera və Balet Teatrında yeniliklərin gözlənildiyini də vurğuladı: “Bilirsiniz, yaradıcılıqla məşğul olan şəxs elə bir sahənin işçisidir ki, orada onun üçün hər zaman iş olur. Mənim planlarım çoxdur.

    “Aşıq Qərib” operasında rol almışam. Opera və Balet Teatrında “Leyli və Məcnun” operasının yeni dekorasiyada, yeni görüntüdə, yeni səhnə geyimlərində məşqləri üzərində işləyirik. Bu yeniliyi tamaşaçılar yeni mövsümdə görmək imkanı əldə edəcəklər. Bundan başqa bu il qastrol səfərlərimiz də var. Fransaya, Amerikaya və başqa ölkələrə də səfərlər planlaşdırmışıq ki, onların bir çoxu tam dəqiqləşmədiyinə görə, mən bu haqda yanlış məlumat vermək istəmirəm. Yəni şəxsən mən bu dəqiqənin özündə də gərgin iş rejimindəyəm”. Klip çəkdirmək niyyətində olub-olmadığını öyrəndikdə isə, xanəndə çoxdankı bir arzusunun reallaşmasının astanasında olduğunu bildirdi: “Klip çəkdirmək mənim çoxdankı arzumdur. Mən “Qarabağ şikəstəsi”nə klip çəkdirmək niyyətindəyəm. Və bu istəyim İctimai Televiziya kanalının rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirildi. Və bu klipin çəkilişləri baş tutmaq ərəfəsindədir. Sadəcə mənim digər işlərimin də olması bunun bir az vaxtını uzadır”. Yaradıcılıq işlərinin bol olduğu bir dövrdə İ.Əhmədov pedaqoji fəaliyyətlə də məşğul olacağını dedi: “Mən hal-hazırda Azərbaycan Milli Konservatoriyasında magistr təhsili alıram və növbəti ildə həmin təhsil ocağında müəllim kimi fəaliyyətə başlamaq fikrindəyəm”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 630
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30