Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    «Bizim məktəbimizin əsas məqsədi şagirdlərimizi hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaqdır»
    Budaqova Sevinc Budaq qızı: «Biz məktəbimizdə təhsil alan şagirdlərlə yanaşı, bu və ya digər səbəbdən cəzaçəkmə müəssisələrində olan uşaqların gələcək taleləri ilə yaxından maraqlanmalıyıq»

    Şəxsiyyətin formalaşmasında təhsil ocaqlarının rolu böyükdür. Məhz, orta məktəbdə oxuyarkən, insan gələcək təhsilinin, fəaliyyətinin və ümumiyyətlə bütün həyatının əsas istiqamətlərini müəyyənləşdirir. Buna görə də, dövlət məktəblərə xüsusi diqqət və qayğı ilə yanaşır. Danılmaz faktdır ki, bir neçə il bundan öncəki dövrlə müqayisədə, bu gün orta təhsilin səviyyəsi daha yüksəklərə qalxmışdır. Təhsil sisteminin uşaqlara verdiyi imkanlar sayəsində, şagirdlərimizin hansı nailiyyətlərə nail olduğunu «Azadİnform» İnformasiya Agentliyinin əməkdaşı ilə müsahibəsində 46 saylı orta məktəbin direktoru, Valideynlər-Müəllimlər Assosiasiyasının üzvü, Ədliyyə Nazirliyinin Himayəçilik Şurasının üzvü, tarix elmləri namizədi Budaqova Sevinc Budaq qızı məlumat vermişdir.


    - Bildiyimizə görə, direktoru olduğunuz məktəb 2008-ci ilin ən yaxşı məktəbi seçilmiş, eyni zamanda Siz özünüz 2004-cü ildə «İlin ən yaxşı direktoru» müsabiqəsinin qalibi olmusuz. Sizin məktəbiniz bu qədər nailiyyətləri necə əldə edib?

    - 2003-cü ilin aprel ayında mən 46 saylı məktəbin direktoru vəzifəsinə təyin olundum. Həmin gündən etibarən, mənim fəaliyyətimin əsas istiqamətləri müəyyən olundu. İlk növbədə, sözügedən təhsil müəssisənin maddi-texniki bazasını mükəmməlləşdirməyi qarşımıza məqsəd qoymuşduq.

    Məktəbin kabinet sisteminin yaxşılaşdırılması, yeni informasiya vasitələri ilə təchizi, təhsilin keyfiyyətinin artırılması, habelə istedadlı uşaqların üzə çıxarılması və şagirdlərlə yaradıcılıq işlərinin aparılması qarşıya qoyduğumuz mühüm məsələlərdən idi. Bununla yanaşı, məktəbin təmirə ehtiyacı olduğu üçün, biz, ilk olaraq, bu işi öz öhdəmizə götürdük. Daha sonra metodistlərin iş səviyyəsi yoxlanıldı və hər bir fənn üzrə lazımi yoxlama işləri həyata keçirildi. Bunların sırasına yoxlama işləri, şagirdlər içərisində narkomaniya əleyhinə tədbirlərin keçirilməsi də daxildir. Bundan əlavə, tərbiyə və təhsil prosesinə valideynlərin cəlb olunmasını qarşımıza məqsəd qoymuşduq. Qeyd etmək lazımdır ki, fəaliyyətimizin bu istiqamətlərinin nailiyyətləri uğurlu oldu. Nəticədə, biz aztəminatlı ailələrdən və ya öz valideynlərinin qəyyumluğunda olmayan (baba və ya nənəsinin himayəsində olan), natamam ailələrdən  şagirdləri himayə etməyə başladıq. Xüsusilə biz çalışdıq ki, həmin uşaqlar qarşılaşdıqları çətinliklərə və maneələrə baxmayaraq, məcburi şəkildə dərslərdə iştirak etsinlər. Bununla yanaşı, biz uşaqların diqqətini problemlərə deyil, təhsilə yönəltmək üçün əlimizdən gələni əsirgəmirik.
    Mən bu məktəbin direktoru təyin olunandan bəri, məktəbimizin şagirdləri bir sıra müsabiqələrdə, idman yarışmalarında iştirak edib. Lakin Valideynlər-Müəllimlər Assosiasiyasının yaradılmasını bizim məktəbimizin ən böyük uğuru hesab etmək olar. Bu təşkilat sayəsində, valideynlər bu gün tədris prosesində fəal iştirak edir, açıq dərslərə gəlir, öz övladlarının təhsili ilə lazımi dərəcədə maraqlanırlar. Bu, o deməkdir ki, onlar orta ümumtəhsil məktəblərində həyata keçirilən bütün yeniliklərdən xəbərdardırlar. Həmçinin qeyd etmək lazımdır ki, məktəbimizdə təhsil alan şagirdlər arasında çox istedadlı uşaqlar var. Məsələn, 2003-cü ildən bəri 20-dən artıq məzunumuz ali təhsil müəssisələrinə 600-dən yuxarı balla daxil olublar. Onların içərisində prezident təqaüdünə layiq görülənlər olub. Biz idman sahəsində də böyük nailiyyətlər əldə etmişik. Şagirdlərimiz arasında hətta Respublika çempionları da var. Hal-hazırda məktəbimizdə yüngül atletika üzrə dünya çempionatında iştirak edən şagirdlər təhsil alır.
    Təbii ki, məktəbimizin əsas məqsədi şagirdlərimizi hərətərfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaqdır.

    - Sizin məktəbin şagirdləri ökə paytaxtı və respublika üzrə keçirilən olimpiadalarda iştirak edirlərmi? Ümumiyyətlə şagirdlərin əldə etdikləri nailiyyətlər barədə bir qədər ətraflı məlumat vermənizi xahiş edərdik.

    - Bir çox şagirdlərimiz müxtəlif müsabiqələrdə fəxri yerlərə layiq görülüblər. Keçən il 11-ci sinif şagirdlərimizdən biri fizika üzrə respublika olimpiadasında  IV yerə layiq görülmüşdü. Qeyd etmək lazımdır ki, həmin qız qəbul imtahanlarında  600-dən artıq bal toplayaraq, ən nüfuzlu ali təhsil müəssisəsinə daxil olumuşdur. Bundan əlavə, keçən il xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş «Ümumrespublika imla müsabiqəsi»ndə bizim şagirdlərimizdən biri respublika üzrə üçüncü yeri tutmuşdur. Bu istedadlı gənc qız hal-hazırda 11-ci sinif şagirdidir. Habelə keçən il baş tutmuş rəssamlıq müsabiqəsində hal-hazırda 9-cu sinifdə təhsil alan daha bir şagirdimiz ikinci yerə layiq görülmüşdür. Digər bir şagirdimiz isə respublika üzrə keçirilən musiqi müsabiqəsində ikinci yeri tutmuşdu. Mən bir daha vurğulamaq istərdim ki, biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bundan əlavə, 2003-cü ildən bəri məktəbdə şaxmat dərnəyi fəaliyyət göstərir. Həm şagirdlər, həm də onların valideynləri bu dərnəyin üzvləri ola bilərlər. Bu arada, Valideynlər-Müəllimlər Assosiasiyasının fəaliyyəti çərçivəsində bəzi şagirdlərimizin valideynləri təmənnasız olaraq dərnəklər təşkil etmişlər. Misal üçün, toxuculuq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklərdə ibtidai sinif şagirdləri üçün dərslər keçirilir ki, bunun da nəticəsində, uşaqlarımız müsabiqələrdə fəxri yerlər tuturlar. Əgər məktəbdə yaradıcılıq işləri ilə məşğul olunmursa, bu məktəb barədə danışmağa dəyməz. Yaradıcılıq fəaliyyəti birinci yerdə olmalıdır. Biz çalışırıq ki, müəllimlər daha çox şagirdi yaradıcılıq işlərinə cəlb etsinlər. Daha bir mühüm məqam – etiketdir. Biz şagirdlərimizə etiket, davranış, böyüklər və məllimlərlə rəftar qaydalarını da öyrədirik. Məlumdur ki, hər bir şagirdə fərdi yanaşma gərəkdir ki, biz də bu prinsipə əməl edirik. Bütün bunlar məcburi şəkildə təhsil prosesində yer almalıdır.
     


    - Siz, bugünkü orta təhsilin səviyyəsindən razısınızmı və sizin məktəbdə təhsil prosesinin yaxşılaşdırılması məqsədilə hansı tədbirlər həyata keçirilir?

    - Bildiyiniz kimi, dövlət başçısının sərəncamı ilə son bir neçə il ərzində uşaqlar üçün keyfiyyətli dərsliklər, bədii ədəbiyyat, uşaq ədəbiyyatı çapdan çıxıb. Qeyd etmək lazımdır ki, şagirdlərə bütün dərsliklər pulsuz paylanılır. Mənə elə gəlir ki, bu cür tədbirlər dünyanın heç bir ölkəsində həyata keçirilmir. Yeni məktəblər tikilir, köhnə məktəb binalarında isə bərpa işləri aparılır. Yenə də buna baxmayaraq, bizdə bir çatışmazlıq var: hal-hazırda uşaqların, eləcə də böyüklərin çox az hissəsinin mütaliə məşğul olmasıdır. Müxtəlif şair və yazıçıların əsərlərindən ibarət zəngin bədii ədəbiyyatın olmasına baxmayaraq, insanlar onlardan istifadə etmirlər. Bədii ədəbiyyat həm insanın inkişafında, həm də dünya görüşünün foralaşmasında son dərəcə mühüm və həlledici rol oynayır desəm yanılmaram. Bununla yanaşı, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, kitablarla təmin olunması məqsədilə, bir sıra mühüm tədbirlər həyata keçirilib. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bizim məktəbimizdə Təhsil Nazirliyinin keçirdiyi yoxlama nəticəsində ən yaxşı məktəb kitabxanalarından biri kimi tanınan kitabxana fəaliyyət göstərir. Biz də həmçinin oxu zalı da vardır. Yenə də buna baxmayaraq, kitabxana və oxu zalına çox şagird gəlir. Qiraət insanın ümumi təhsili, bir şəxsiyyət kimi formalaşması üçün çox vacibdir. Çox təəssüf ki, bu neqativ tendensiya nəinki şagird və tələbələr, habelə orta nəslin nümayəndələri içərisində də müşahidə olunur.
    Ümumilikdə təhsil sahəsinə gəldikdə isə, burada bugünkü gün çoxlu faydalı işlər görülüb, təhsil prosesinə yararlı layihələr tətbiq edilib. Misal üçün, yeni fənnlər üzrə imtahanlar, birinci sinif şagirdləri arasında kollokviumlar keçirilir, yeni-yeni dərsliklər çap olunur, müəllimlərin məvacibi artırılır, məktəblər kompüterlərlə təmin olunur. Ümumiyyətlə, təhsil sahəsinə dövlətin xüsusi qayğısı hiss olunur. Bir neçə il öncə təhsil sahəsində bu cür inkişafı təsəvvürə belə gətirmək çətin idi.

    - Yaxın zamanlarda orta məktəblərin builki məzunları attestatlar alacaqlar. Bu proseslə bağlı müəyyən problemlər meydana çıxırmı?

    - Məlumdur ki, şagirdlər müəyyən fənnlər üzrə gərgin çalışmağa üstünlük verirlər, yəni yalnız hazırlaşdıqları ali təhsil müəssisəsinin aid olduğu qrupa daxil fənləri öyrənirlər. Bəzi abituriyentlər hesab edirlər ki, əgər onlar məsələn, birinci qrupa hazırlaşırlarsa, onlara Azərbaycanın tarixi və ya çoğrafiyasını bilmək vacib deyil. Bu tamamilə səhv bir fikirdir. Mən isə hesab edirəm ki, şagirdlər bütün fənləri eyni səviyyədə diqqət yetirməlidirlər. Məsələn həkim təkcə texniki fənləri deyil, həmçinin öz vətəninin tarixini və dilini də bilməlidi. Əlamətdar haldır ki, artıq iki ildir, təkcə azərbaycan bölməsinin deyil, həmçinin rus bölməsinin şagirdləri azərbaycan dilindən imtahan verirlər. Həyata keçirilən bu yenilik sayəsində, nəinki azərbaycan bölməsinin, habelə rus bölməsində təhsil alan şagirdlər də əvvəlkinə nisbətən azərbaycan dilində daha gözəl və səlis danışmağa başladılar.
    Bununla yanaşı, Təhsil Nazirliyi uşaqlara attestat almaq məsələsində böyük güzəştlərə getdi. Məsələn, əgər buraxılış imtahanında 11-ci sinif şagirdi hər-hansı fənn üzrə sualların 20 faizini cavablandırıbsa, bu o deməkdir ki, o artıq üçü alıb, yəni attestat ala biləcək. Əvvəlki illər hökm sürən vəziyyətdən fərqli olaraq, bütün məzunlar attestat ala bilmirlər. Attestat yalnız imtahanları normal səviyyədə verən, başqa sözlərlə desək, orta bilik səviyyəsinə malik istənilən şagird attestat ala bilər. Bu isə şagirdlər və valideynlərdə müəyyən məsuliyyət hissinin oyanmasına və onların buraxılış imtahanlarına daha ciddi yanaşmasına gətirib çıxaracaq.

    - Siz Valideynlər-Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvüsüz. Bu struktur tərəfindən hansı layihələr həyata keçirilir?

    - Adıçəkilən Assosiasiyanın yarandığı gündən bəri biz xeyli iş görmüşük. Biz «Məktəb – şagirdin dostu» və UNİCEF-in xətti ilə həyata keçirilən bir sıra layihələrdə iştirak etmişik. Misal üçün, Quba məktəblərində olmuş və orada qız uşaqlarının bədən tərbiyəsi dərslərində iştirakını necə təmin etməliyik məsələsini qaldırmışdıq. Sirr deyildir ki, bəzi hallarda məhz valideynlər qızlarının bədən tərbiyəsi dərslərində iştirakına mane olurlar. Bununla bağlı, biz ayrı-ayrı rayonlarda treninqlər keçirdik. Sonra isə, Assosiasiya xətti ilə biz Qax rayonun da olduq. Burada isə, valideynləri tədris prosesində iştirak etməyə, uşaqların bilik səviyyəsi ilə maraqlanmağa, məktəblərdə həyata keçirilən layihələrlə yaxından tanış olmağa dəvət etdik.
    Valideynlər-Müəllimlər Assosiasiyanın bir üzvü kimi fəaliyyətim nəticəsində, mən sonralar Ədliyyə Nazirliyi Himayəçilik Şurasının üzvü seçildim. Həmçinin qeyd etmək lazımdır ki, Assosiasiyanın fəaliyyət istiqamətlərindən biri də cəzaçəkmə müəssisələrində olan uşaqlarla işlərin aparılmasıdır. Bizim Assosiasiya islahedici kolniyalarda olan uşaqlara dərslik və bədii ədəbiyyatdan ibarət böyük kitabxana hədiyyə etmişdir. Orada həmçinin müəlimləri səriştəli və peşəkar mütəxəssilərdən ibarət olan məktəb yaradılmışdır. Biz bu uşaqların problemləri ilə maraqlanır, imkan daxilində onları həll etməyə çalışırıq. Bundan əlavə, mən tez-tez yetkinlik yaşına çatmamış qadınlar üçün koloniyalarda da oluram və biz onlara da yardım etməyə çalışırıq. Qeyd etmək lazımdır ki, islahedici koloniyalardakı uşaqlar üçün reabilitasiya dövrü,  yəni azadlığa buraxılmış gəncin həyata yenidən uyğunlaşdığı dövr çox vacibdir. Məlumdur ki, bu zaman onlar ciddi problemlərlə qarşılaşırlar. Mən hesab edirəm ki, biz təkcə məktəb şagirdlərinin deyil, həmçinin koloniyalarda olan uşaqların müqəddəratı ilə maraqlanmalıyıq. Bu səbəbdən, bu işin də öhdəsindən gəlməyə çalışırıq.

    - Yetkinlik yaşına çatmamış qadın koloniyaları və cəzaçəkmə müəssisələrinə getdiyinizi qeyd etdiz. Sözügedən yerlərdə qadınların hüquqları təmin olunurmu?

    - Qeyd edim ki, cəzaçəkmə müəssisələrində qadınların hüquqları kifayət qədər təmin olunur. Mən dəfələr qadın cəzaçəkmə müəssisələrində olmuşam və əvvəlki illərlə müqayisədə bu koloniyalarda xeyli müsbət dəyişiklik nəzərə çarpır. Məsələn, orada təmizliyə, qayda-qanuna riayət olunur, məhbuslar vaxtı-vaxtında yeməklə təmin olunur, gəzintiyə buraxılır. Əlavə etmək istərdim ki, qida məhsulları da əla keyfiyyətlidir. Biz həbsxanalara ombudsmen Elmira Sülemanova, bizim Assosiasiyanın icraçı direktoru və ictimaiyyətin digər nümayəndələri ilə birgə gedirdik.

    - Siz yetkinlik yaşına çatmamış məhbusların saxlanılma şəraiti barədə nə söyləyə bilərsiz? Onların reabilitasiya prosesində ən çox hansı problemlər meydana çıxır? Sizin işiniz nədən ibarətdir?

    - Biz valideynləri cəzaçəkmə müəssilərindən çıxan övladlarından imtina etməməyə, reabilitasiya dövründə onlara mənəvi dəstək göstərməyə çağırırıq. Bu istiqamətdə biz kifayət qədər nailiyyətlər əldə etmişik. Bizim səylərimiz nəticəsində, hal-hazırda bir çox uşaqlar ailələrinə qayıtmış və müvəffəqiyyətlə öz təhsillərini davam etdirirlər.
    O ki qaldı bizim gələcək planlarımıza, qeyd edim ki, tezliklə respublika üzrə valideynlər forumu keçirməyi nəzərdə tutmuşuq. Bununla əlaqədar olaraq, biz artıq iclas da keçirmişik. İclasın gedişində həmçinin bizim beşillik fəaliyyətimizə yekun vuruldu və həll olunmamış məsələlər müəyyən olundu. Forumu payız aylarında keçirməyi nəzərdə tutmuşuq. Bundan əlavə, məlumdur ki, Valideynlər-Müəllimlər Assosiasiyasının fəaliyyətinə Bakı və rayonların bütün məktəblərini əhatə etmir. İstərdik ki, bütün məktəblər bizimlə əməkdaşlıq etsinlər.
    Əlavə edim ki, biz respublika üzrə rəssamlıq müsabiqəsi keçirmək niyyətindəyik. İstərdik ki, bu işdə orta məktəb şagirdlərinin valideynləri bizə dəstək olsunlar. İstedadlı gəncləri üzə çıxarmaq və qiymətləndirmək bizim borcumuzdur.


    Müsahibəni apardı
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 966
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30