Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Seyyidden iynə udan qıyıq Qusar
    Mən bu məqaləni yazmaya da bilərdim. Amma qiyamət günü cavab verəcəyimdən qorxdum. Niyə mən kimi bir seyyidin, şəriət aliminin pulunu bir dələduz, bir fırldaqçı yeyə. Niyə ibadət əhlinin pulunu təharəti olmayan bir napak adam yeyə. Hansı qanunda var ki, xalqın malını yeyəsən ona göz də ağardasan. Hələ üstəlik müəyyən dostların yanında onu yalançı da adlandırasan. Mənim babam Həzrəti Əli (ə) buyurur ki, haqqının ardınca o qədər gedəcəyəm ta, paltarlarım cırılıb tökülə. Mərhum atam da deyərdi ki, əgər sənin bir adamda on manat pulun qalsa, yüz manat da olsa xərclə, on manatını al. Mənim isə bu adamda nə az nə də çox 5000$ ABŞ dollan və 3000 AZN manat pulum qalıb. Onun 1500$ ABŞ dollarını verdiyi transformatora çıxıb, qalan pullar isə hələlik ki, bu adamın - "özəl kassasında" yatıb...



    Əhvalat necə olub?!

    Xahiş edirəm Lerik camaatı məndən inciməsin. Mən bu adama Şeytanın müəllimi deyirəm. Çünki şeytan insanların əqidəsini oğurlayır, bu isə malını. Bu olan yerdə Şeytan qələt edər dayanmaz. Əlqərəz 2004-cü ildə Masallı rayonu Işıq Idarəsinə böyük bir bəla gəldi. Özüdə bərməla gəldi. Dövlət ona etibar edib bir Qaz-31 də verdi. Verdi ki, oğurluğu aşikar vəziyyətdə etsin?! Elədi də...
    2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Kəlam" elmi-ədəbi publisistik jurnalı işçilərinin istirahəti üçün Masallının İstisu meşəsində 01 hektar yer ayrıldı. Özümüz üçün bir neçə otaq tikdik. İşıqlandırma məsələsinə gələndə isə Masallı rayon Işıq Idarəsinə müraciət etdim. Qarşıma Aydın Məmmədov adlı bir bəla çıxdı. Yağlı dilini işə salıb: Ağa sən heç əziyyət çəkmə, sənin işıq məsələsini mən özüm həll edərəm. Sən bir ərizə yaz, bütün şeylər mənim boynuma. Onun Texniki Şərtini də özüm hazırlatdıraram. Amma Ağa-can bütün bunların xərci çoxdur. Mən isə səndən 5000$ ABŞ dollan alacağam, bir aydan sonra sən məndən hazır işi təhvil al. Qapıya qədər də məni ötürdü. Bir gün dedilər ki, bir transformator gətiriblər. Bakıdan zəng edib göstəriş verdim. Gecənin qaranlığında uşaqlar kran gətirib onu yerə qoydular...
    Bir gun də xəbər gəldi ki, Aydını işdən götürdülər. Gəlişi ilə gedişi 3 ay çəkmədi. Bəli, Aydını yoxlamağa başladılar...
    Gecə saat on radələrində Aydın mənə telefon etdi ki, ölmüşəm məni yerdən götür. Kaş götürməyəydim. Nə olub? Bəs mən ora gələ bilmirəm, o transformatoru kömək elə bir maşına qoy, göndər Lənkərana filankəsə. Tərəddüd etmədən ona ziyan dəyməsin deyə, qarda-çovğunda uşaqlara əziyyət verib kran tapmaq, maşına yükləyib Lənkərana göndərmək və il axır. Kaş etməyəydim. Sən demə, mən Şeytanın müəlliminə kömək etmişəm, dosta yox.
    "And olsun qələmə, and olsun lövhə" Quran ayəsidir, bu belə olub. And olsun oxuduğum Qurani-Kərimə, and olsun getdiyim Kəbəyə əhvalat belə olub. Hələ xırda şeyləri demirəm. Amma birin deyəcəyəm, xalq məni bağışlasm, el məni qınamasm. Adam verdiyi hədiyyəni geri almaz, heç almaq fikirim də yoxdur.
    İstisuda "Dəmirağac" deyilən yerdə xörək yeyirdik. "Nokiya" telefonlar təzə çıxmışdı. Mənim telefonumu əlinə alıb xəfif gülümsəyərək dedi: Seyyid bir qoca anam var məndən telefon istəyir, gəlsənə bu telefondan ona birini hədiyyə edəsən. Söz verdim. Üç-dörd gündən sonra 600$ ABŞ dollarına bir telefon alıb ona verdim. Ay camaat kainatı yaradan Allaha and olsun bu belə olub. Bu adam 2-3 ay ərzində nə qələt elədisə, onu Masallı İşıq İdarəsindən çıxartdılar.
    Səni görüm xeyrə Aydın atlı mən piyadə. 2004-cü ildən Aydını tapa bilmədim. Bir neçə aydan sonra soraq gəldiki Aydın Lerik rayonunu işıqlandırır. Axir ki, telefonuma cavab verdi. Ay filankəs bəs mənim işim qaldı, mənə bir-yol göstər. Şeytanın müəllimi mənə bir yol göstərdi ki, hələ də o yolun müsafiriyəm. Amma adamın Allahı var bir dəfə mənə oğlu Altayla 700$ ABŞ dolları göndərdi. Sonra da mənə zəng vurub dedi: Seyyid cəddüvə qurban sə-ninlə raşot oldum. Ay müsəlmanlar and olsun "Zəburə", and olsun "Tövrata", and olsun "Qurani-Kərimə" bu əhvalat belə olub.... Ha belə-belə bu "müəllim" illər keçdi mən işıqsız qaldım, Aydın da imansız.
    2010-cu ildə bu "müəllimi" yolda gördüm, məni qucaqladı, danışmağa belə macal vermədi, sənin işığını mən özüm çəkəcəyəm dedi. Şirvan ilə danışmışam, mənim köhnə (keçmiş) işçilərim də burdadır, bir həftəyə sənin işığını çəkəcəyəm. Sənə bir transformator borcluyam onu da verəcəyəm....
    Mənim hazır materialımla (dəmir dirəklər, naqil, şüşələr və s. mənim özümün idi) 19 çala qazdırıb dəmir dirəkləri basdırdılar. Insafən 3 fəhlə gətirmişdi. Onlar üç günə dəmir dirəkləri basdırdılar. Naqilləri çəkdilər, amma bu üç gün ərzində Masallı İşıq İdarəsinin bir neçə məsul işçisi gəlib məndən texniki şərt istədilər. Mən də Aydın "müəllimi" göstərdim. Hər gələnə bir dil oxuyurdu. Birinə də dedi ki, texniki şərt hazırdı Şirvandan bir mütəxəssis gəlir, özü ilə gətirəcək. Hə-min adamda gəldi, amma heç bir şey gətirmədi. Kənara çəkilib bir xeyli söhbət etdilər. Axır dözməyib yaxınlaşdım. Mənə sözü bu oldu ki, Seyyid cəddinə tikə-tikə olum sənin heç bir işlə işin olmasm, hamısı qələt edir, bir həftəyə işığın hazır. Bu zaman Aydının telefonuna bir zəng gəldi. Bir iki kəlmə danışandan sonra Aydın həmin adamla söyüşməyə başladı. Onlar gah türkcə, gah talışca, gah rusca söyüşürdülər. Bu söyüşlər arasında eşitdim ki, Sədinin adını çəkdi və ona nalayıq rus söyüşü verdi. Nə cavab aldısa, Aydın qəzəblənib telefonu söndürdü.
    Sədi Əbilov o zaman Satış şöbəsinin müdiri idi. Ona ağır gəlirdi ki, necə olur sən Lerikdə işləyə-işləyə gəlib Masallıda bizim başımız üstündə iş görəsən. Düz də deyirdi. Amma nə edim ki, mən də illərlə batıb qalmış pullarımı diriltmək istəyirdim. Bu illər arasmda çəkdiyim əzab-əziyyət məni bezdirmişdi. Əlavə xərc çəkməyib deyibən Aydına müraciyət etmişdim. Aydın da pulları qaytarmamaq hesabına hələllik ki, müqavimət göstərirdi. Doğrusun deyim ki, artıq mən də cana doymuşdum. 2002 hara, 2010 hara...
    Sədi ilə telefon söhbətindən sonra hiss etdim ki, Aydının vəziyyəti dəyişdi. Ağa biz haqq-hesabımızı edək, görək başımıza nə gəlir. Sən demə bu kələkbaz işin
    mahiyyətini bilirmiş. Tez fəhlələri yanına çağırdı. Onlarla nə danışdısa, üzünü mənə tutub dedi: hələlik onların hərəsinə 200 manat (cəmi 600 m) ver. İşığı bağlayandan sonra mən onlarla haqq-hesab edərəm. Dedim ki, Aydın bir həftədən sonra gəl, qalan pulları da verim. İndi məndə pul yoxdur. Həm də istədim bir az vaxt qazanım ki , görüm işin axırı nə olur. Amma Şeytanın müəllimi haray-həşir qopartdı ki, sən nə danışırsan, görmürsən bunlar tökü-lüşüblər mənim üstümə. Mən gərək günü bu gün yuxarıların ağzını tutam. Əsəbi halda cibindən bir parça kağız çıxartdı, yazdı, pozdu, topladı amma adamın Allahı var, çıxmadı hey üst-üstə toplayırdı. Hətta neçə dəfə Lerikdən gəlib, gedib onun da benzin pulunu yemək pulunu üstünə gəlir, hey toplayırdı. Birdən əsəbi halda avtomobilin "zapaska" yerini açdı, bura bax dedi bir təkər də sənə görə yandırmışam, mənim günümə bax da. Onu da topladı. Amma təkər o avtomobilin deyildi. Nə edim, üzünə vura bilmədim. Əlqərəz kağızda bir rəqəmin üstünə xətt çəkdi. Bunlar heç deyib, toplamanın hasilini mənə göstərdi. Hiss elədim ki, deyəsən dil ilə deməyə utanırdı. Nə qədər olsa insandır da, bir az həyası qalmışdı. Rəqəmi görəndə gözlərim kəlləçarxa çıxdı. 4000 manat?! Sağır uşaq kimi Aydının üzünə baxdım. Axı sən mənə 3500$ borclusan, yenə mən pul verməliyəm? Bir ifadə işlətdi, hələ də onu başa düşə bilmirəm. Kəxəlizin oğlu, mən deyirəm iş düzəlsin, sən isə köhnə söhbətlər edirsən. Öz-özümdə yollar axtaran çarəsiz uşaq kimi fikirləşirdim. Görəsən işi saxlayım, ya bir az pul tapıb ona verim. Nəhayət batan pullarımı diriltmək məqsədi ilə yenidən pul vermək məcburiyyətində qaldım. Fikirləşirdim 4000-dən uzağı 500 manat çıxarlar da insaf da yaxşı şeydir. Mən isə baltanı lap dibindən vurdum 1000 manat çıxdım. Bir az hay-küy edəndən sonra neyniyim bu seyyidlərin əlində ilişmişəm də. Razılaşdı. Amma qulağı da sevincindən gülürdü. Mən də özlüyümdə cəhənnəm 1000 manat qabağayam deyə, bir təhər sevinirdim. Amma indi də başa düşə bimirəm bu nə sevinmək idi. Beləliklə, yenə də yalançı tamahkarı aldatdı.
    Aydınla birlikdə evə gəldik. Ailə üzvlərində kimdə nə vardısa Aydınsayağı topladıq 1400 manat cəmləşdi. Xeyre "Müəllim" əl götürmədi, necə ola bilər ki, səni boyda adam bir 1000 manat tapa bilmirsən. Bu sözdən sonra qeyrətim cüşə gəldi. Boradigahda Hacı dostuma zəng etdim. O da 1000 manat göndərdi. Həyətin ortasında 50 ədəd göyərçinin, 30-a yaxın toyuq-cücənin hüzurunda 2400 manatı sayıb Aydına verdim. Toyuq-cücənin narahatçılığı o qədər də mənə təsir etmədi, amma çil xoruzun bir neçə dəfə qanadını yerə sürtüb banlamağı həmişə gözümün önünə gələndə əsəbləşirəm. Çünki o xoruz belə bir nakişiliyə, belə bir ədalətsizliyə dözməyib bir həftədən sonra ruhunu "Aydın müəllimə" tapşırıb get-di.
    And olsun yeri və göyləri yaradana o quşlann etiraz səs-sədası indidə qu-laqlarımdan getmir. Onların bəziləri dünyasını dəyişib. Amma yerdə qalanlar hər dəfə Bakıdan gələrkən məni görəndə bir-birinə qaş-göz edir, sonra da başlarını aşağı salıb narazı halda hərə bir tərəfə qaçır. Bir neçə dəfə bu vəziyyəti görəndən sonra rəhmətlik çil xoruzun arvadını yanıma çağırdım, axı mən sizə nə etmişəm mənim üzümə baxmırsız, dedim. Acı göz yaşları tökərək dedi: sən bu boyda kişisən, 12 yaşından din təbliğatçısısan, həmişə böyüklərlə oturub durursan, neçə-neçə kitabların müəllifisən, “Kəlam” adlı dünyaya yayılan jurnalın baş redaktorusan, amma di-gəl bir "mantyor" gəlib öz elində, öz həyətində səni aldadıb getsin?! Ona heç bir söz tapıb deyə bilmədim. Indi də hər dəfə həyətə girəndə başımı aşağı salıb keçirəm...
    Mətləbə qayıdacağam. Bəli 3000 manatı alıb Aydm yaylağa, məndə Bakıya getdim. Axşamçağı gözətçi mənə zəng elədi ki, beş-altı nəfər güclü texnika ilə gəlib dirəkləri kəsib qoydular yerə. Dedilər ki, qeyri-qanunidir. Səhəri qayıtdım Aydınla telefon danışığım oldu. Məlum oldu ki, Aydın dedikləri tamamən yalan, etdiyi hərəkətlər dələduzluq və heç bir adama da bir şahi verməyib . Heç bir Texniki Şərt də yoxdur. Bəli, rəsmi şəkildə Masallı rayonu Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim. Aydından izahat almaq üçün polis mayoru, tədqiqat işçisi Lerik rayonuna - Aydının iş yerinə getdi. O da Aydına sövdələşib öz istədiyini ondan aldı. Aydın isə yenə də məni Cəddimə and verdi sıdqıdı, yal-vardı ki, seyid başıva dolanım nə lazım olsa, sonra düzüb qoşaq, mənim adımı orda-burda hallandırma, de ki, mənimlə dostdur, mənə elə-belə kömək edirdi.
    Qoy söz-söhbət yatsın, mən bütün işləri düzüb qoşaram. Bu qədər ziyan və pisliyin müqabilində əqidəm yol vermədi ki, ona pislik edim. Mayor alacağını aldı, mənim də işim biabırçı vəziyyətdə qaldı. Amma indi deyirəm Cəddim elə sənin belindən vursun. İnşallah, Qədr gecəsi bu məsələ ilə bağlı yaxşı dualarım olacaq, amma Aydın, bunu da bil ki, sonrakı peşimançılıq fayda verməz. Ölüm haqdır, bilmirəm kim qabaq öləcək, amma bunu bilirəm ki, heç bir ruhani səni yerdən götürə bilməz. Çünki sən mənə borclusan, özüdəki, illərlə məni işıqsız qoymaqla, mənə əziyyət verməklə borclusan...
    Mən Mirəziz Seyidzadə sənə halal eləməsəm səni hətta sənin qohumun Axund-molla Hacı İlham belə dəfn edə bilməz. Ona görə ki, Hacı İlham da sənə dəfələrlə deyib ki, kişinin haqqını ver. Həmçinin Axund molla Hacı Mirkəlam da sənin cənazənə yaxınlaşa bilməz. O yazıq da bir neçə dəfə sənə və sənin oğluna mənim yanımda deyib. Indi özün bilərsən. Mən səninlə üz-üzə gəlmək belə istəmirəm, amma haqqımı həm dünya, həm də axirətdə səndən tələb edəcəyəm.
    Indi isə üzümü cənub bölgəsinin ictimaiyyətinə tuturam. Belə haqsızlıq edən adam haqqmda nə fikirləşirsiniz? 2004-cü ildən məni işıqsız qoyan və hələ də işıq çəkdirə bilməyən, bununla belə 7 il dözüb səbr edən adam nə etməlidir? Kəsilmiş dirəkləri yenidən bərpa etmək üçün salavat çəkməlidir, ya gərək yenə pul versin?! İnsafla, ədalətlə deyin...
    Belə bir əhvalat yaxm keçmişdə baş vermişdi. Keşiş hər gün xaçın üstünü təmizləyirdi, bir də görürdü ki, bir quş oturub onun üstündə yenə də xaçı batırıb. Axır quşu tutub cəzalandırmaq qərarına gəldi. Xaçın yanında bir qabda şərab qoydu. Həmin quş şərab içib məst olandan sonra dıvıranıb aşağa düşdü. Keşiş quşu əlinə alıb dedi: Mən səni başa düşmürəm. Əgər müsəlmansan şərab niyə içirsən, xeyr əgər xristiansan xaçı niyə batırmısan. Vallah, mən bu Aydının nə müsəlmanlığını bildim, nə də xristianlığını.
    Axı ay müsəlmanlar sual olunur, Aydın bütün bu pulları məndən nəyə görə alıb. Mənim üçün nə iş görüb ki, məndən bu qədər pulları da alsın. Axı hamıya gün kimi aydındır ki, onun çəkdiyi xətti bir saatın içində kəsib qoydular yerə. Altı-yeddi ay o dirəklər yolun kənarında meyit vəziyyətində qaldı. Hər kim o kəsilən dirəkləri görürdüsə mənə zəng edib ürək ağrısı ilə "keçmiş olsun" deyirdi. Bircə Aydından başqa. O isə fikirləşirdi ki, daha nə edə bilərəm ki, Lerikdə tikdirdiyim "Ağ-Gül" Istirahət Mərkəzinə qoyduğum pulları geri verməyim. Amma verəcək, o mərkəzdə neçə il vermədiyi işiq pullarının və dövlət vergisini də artıqlaması ilə ödəyəcək. Ay el, ay camaat özünüz deyin. Aydın mənim pullarımı yeyə bilərmi? Əlbəttə, yeyə bilməz. Yeyə bilsəydi təzə təyin olduğu Astaradan 25 gündən sonra onu çıxartmazdılar.
    Bir rəvayət də var, qoy onu da nəql edim. Ravi rəvayət edir ki, dirəklərin kəsilən gecəsi Aydın səhərə qədər "yahu" çəkib ağlayırmış. Öz "beləvz" səsi ilə ağı deyə-deyə kaş əllərim kəsiləydi, o dirəklər kəsilməyəydi deyə başına kül ələyirmiş. Bilmirəm bu ağlamaq pulların geri qaytarılmasına görə idi və ya seyyid Peyğəmbər övladının işığının kəsilməsinə görə? Ay müsəlmanlar, Allah-Təala Qurani-Kərimdə zərrə və miskaldan danışır. Bu adam isə minləri həzm edir. Görəsən həzm edə bilərmi? Ümidvaram ki, bilməz. Mən onun qıyıq qusmaq xəbərini gözləyirəm. Deyək ki, bu adam halal-haram bilmir, bəs bunun ailə üzvləri, qohum-əqrabası da bilmir. Camaat Seyyidə nəzr edir, onun ocağına gedir, bu isə utanmadan Seyyidin pulunu yeyir, üstündən su da içir. Yəni, ya cədda naləsi gücdən düşüb.
    Seyyiddən iynə udan qıyıq qusar. Bu məqaləni yazmaqda həm də başqa bir məqsədim var. Bu da ondan ibarətdir ki, qoy bu yazımı oxuyan hər bir kəs Aydının əməllərindən xəbərdar olsun və mənim kimi sadəlövhlük edib aldanmasm. Bu məsələdə mənim üçün bir şey də maraqlıdır. Belə ki, cənub bölgəsində dələduzluqda ad çıxaran Aydın kimilərini vəzifədən-vəzifəyə təyin edən, bu rayondan o rayona işıq idarəsinə rəhbər göndərən baş bilənlər onun əməlləri haqqında nə dərəcədə məlumatlıdırlar. Aydın kimi adamın vəzifədə olması Azərbaycan xalqma ləkədir. Bütün bu olaylar bizə belə deməyə əsas verir ki, baş bilənlər Aydın haqqında kifayət qədər məlumatlı deyil. Bu məqaləni biz lazımi təşkilatlara, xüsusən də hadisənin baş verdiyi Masallı rayon prokurorluğuna da göndərəcəyik. Göndərəcəyik ki, Aydın haqqında daha yetərli bilgilərə sahib olsunlar. Və hər kim öz haqqma çatsın.


    Kəlam
    Əziz Pünhan

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 821
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30