Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bizdən ayrılanlar
    Dostum, müəllimim və ustadım Məmməd Məmmədovun əziz xatirəsinə...

    Azərbaycan mətbuatına, elminə və ictimaiyyətinə yeni bir itki üz verdi. Yenə itirdik... Bu dəfə də Naxçıvan MR Ali Məclisinin deputatı, Azərbaycanın və Naxçıvan MR-in əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Məmmədovu əcəl aldı əlimizdən...
    Nədənsə 3-4 gün öncə Məmməd müəllimin yeni nəşr olunan “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” kitabına resenziya yazarkən belə başlamışdım:

    “Məmməd Məmmədovu ilk dəfə düz 7 il öncə tanımışdım. O vaxt Naxçıvanın mərkəzi qəzeti olan “Şərq qapısı”nın Baş redaktoru idi. Əslində mətbuata olan marağım məni onun yanına aparmışdı. İşləmək istədiyimi söylədikdə,- “çox yaxşı, sən hələ gəncsən istəsən gələcəkdə yaxşı jurnalist də ola bilərsən”,-dedi. Elə həmin gün məni qəzetdə korrektor vəzifəsinə götürdü. Sonra da qələm əhli olduğumu, cızma-qara edə bildiyimi görüb qəzetdə müxbir işləməyimə şərait yaratdı. Amma yollar nə qədər birləşsə də, gec tez ayrılır. Beləcə, “Şərq qapısı”nda birləşən yolumuz da bir müddət sonra ayrıldı və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yenidən birləşdi. Bir-birimizə qarşı səmimi münasibətimiz, inamımız və qırılmaz tellərlə söz adamlarını özünə bağlayan mətbuat bizi də yaxın dosta çevirdi”.

    ...Amma bu dəfə yollarımız birləşməyəcək şəkildə ayrıldı...

    O, bu dəfə təkcə bizdən ayrılmadı, o bizim kimi neçə-neçə dostundan, əzizindən, yaxınından – Azərbaycan mətbuatından, Azərbaycan elmindən, siyasətindən ayrıldı.
    Özünəməxsusluğu ilə həmişə hamını heyrətə salan Məmməd müəllim heç kimin, heç kəsin gözləmədiyi anda ortaya çıxırdı. O sanki gözlənilməz  adam statusunu almaq istəyirdi həyatdan və elə öz gözlənilməz gedişi ilə də aldı bu adı...
    O yorulmadan, usanmadan sevməyi, mübarizə aparmağı xoşlayırdı. Bircə amalı, bircə ideyası vardı həyatda. Bu da dövlətçilik idi. Həmişə, – yazdıqlarınızla öz mövqeyinizi ortaya qoyun, – deyən Məmməd müəllim hər gün yeni-yeni ideyalarla aşıb-daşan, özünəməxsus bir adam idi... 
    – Əsl jurnalist hər şeydən yazmağı bacaran deyil, nə zaman harda və necə yazmağı bacarandır, – sözləri ilə böyük bir jurnalist ordusu yetişdirə bildi...
    O, Naxçıvanda öz jurnalistika məktəbini yaratdı... Elxan Yurdoğlu, Rufik İsmayılov, Sahil və Rahil Tahirli qardaşları, Kərəm Həsənov, Hafizə Əliyeva, Sara Əzimova, Şəbnəm Həsənəliyeva və bəndəniz Elmar Hüseynov da məhz bu məktəbin nümayəndəsidir...
    Onun yaradıcılığı yalnız Naxçıvanla məhdudlaşmırdı, bəzən Bakıdan, Türkiyədən, İrandan da yazırdı...
    O etdiklərindən yox, edəcəklərindən danışardı...
    Ona ən pis təsir edənsə ətrafındakıların laqeydliyi, biganəliyi idi...
    O hər kəsin dərdini yaşayırdı. Ağrı, əzab sanki onun taleyinə yazılmışdı... Və yalnız sevincini paylaşardı... Beləcə dərd zoğ atmışdı ürəyində... Bir gün ürəyini parçalayacağını bilə-bilə yenə üst-üstə yığırdı fikirləri... Sonda ürəyi bu ağırlığa tab gətirmədi...
    Çox arzulasa da Allah ona qismət etmədi övlad toyu görməyi...
    Iyun ayının 14-ü əlli yaşını qeyd edəcəkdik... Amma fələk aman vermədi...
    Sağlığında başına toplaya bilmədiyi dostlarını ölümüylə bir yerə topladı.
    Onun ölümü hamını, hər kəsi sarsıtdı. Əllərim hərflərin üstündə gəzərkən göz yaşlarımı belə saxlaya bilmirəm. Amma ona bir söz vermişdim. Nə vaxtsa onun haqqında mütləq yazacaqdım. Bunu Məmməd müəllimin özü də bilirdi... Çünki o bizim müəllimimiz, ustadımız idi... Ondan çox şey öyrənirdik... Amma sona qədər öyrənə bilmədik...
    Əgər yanımda olsaydı, göz yaşlarıma görə bəlkə də məni qınayardı... Çünki çox mətin idi...
    Yeni çıxan kitabını onun yaradıcılıq zirvəsi hesab etmişdim... Taleyin işinə bax ki, Məmməd müəllimin yaradıcılığı da zirvədə dayandı...
    Ürəyində bir arzusu qaldı... “Mənim həyat məktəbim” adlanacaq son kitabını çıxarmaq...
    Amma haqqında yazacağımı özünə söz verdiyim üçün əllərim əsə-əsə, nə yazdığımı belə bilməyə-bilməyə yazıram.... Amma Allah bir də mənə belə bir yazı yazmağı qismət eləməsin....
    Onun hələ məktəbli olarkən inşasında yazdığı və sağkən bizə tez-tez xatırlatdığı şeirindəki bir bədi xatırlayıram:
    Jurnalist olmaqçün inanın ki, mən,
    Keçərəm hər oddan, hər çətinlikdən.
    Əgər bu arzuma çata bilməsəm,
    Küsərəm mən yalnız öz taleyimdən.

    Qəbrin nurla dolsun, Allah sənə rəhmət eləsin ustad!

    Elmar HÜSEYNOV,
    Naxçıvan

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 557
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30