Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əlaqələri daha da möhkəmləndirən səfər
    Türkiyə prezidenti Abdulla Gül: “Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri danılmazdır”

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Diyanət İşləri Başkanı Mehmet Görməzin dəvəti ilə qardaş ölkəyə səfər edib.

    Türkiyənin Diyanət İşləri Başkanı Mehmet Görməz və Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə keçirilən görüşlərdə iki dövlət arasında qardaşlıq və dostluq əlaqələrinin tarixi köklərə malik olduğu vurğulanıb. Regionda və dünyada baş verən proseslərə toxunulub. Qarabağ probleminin ədalətli həlli üçün səylərin artırılmasının vacibliyi bir daha qeyd edilib.
    Mehmet Görməzə və Cəmil Çiçəyə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdıran Şeyxülislam həzrətləri onları yeni vəzifələrinə seçilmələri münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
    Növbəti görüş Baş nazirin müavini Bəkir Bozdağla olub. Baş nazirin müavini bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə gündən-günə möhkəmlənir və genişlənir. Dost və qardaş ölkələr beynəlxalq miqyasda müştərək mövqelərdən çıxış edir, bu addımlar gələcəkdə də davam edəcək. Türkiyə həmişə olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq. Mənəvi əlaqələrin möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi rolu və yeri olduğunu qeyd edən Bəkir Bozdağ bu fəaliyyətinə görə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təşəkkürünü bildirib.
    Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərindən və hava limanından başlayan bütün görüşlərdə səmimi qarşılanmasından məmnunluğunu ifadə edib. İki ölkə arasında qardaşlıq əlaqələrinin dərin tarixinə toxunan Allahşükür Paşazadə hələ ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qarşısını almaq üçün türk paşası Nuru Paşanın Azərbaycana gəlməsi, Təzəpir məscidini ziyarət etməsini, minbərdən çıxış etməsini xatırladıb Bu qardaşlığa və xilaskar missiyaya hörmət əlaməti olaraq Nuru Paşanın ayaqları altında qurbanlar kəsildiyini deyən Şeyxülislam həzrətləri tarixi əlaqələrin bu gün də uğurla davam etdiyini diqqətə çatdırıb.
    Ölkəmizə qarşı təcavüzün davam etdiyini, zəbt olunmuş torpaqlarda müqəddəs yerlərin və İslami tarixi abidələrin erməni təcavüzkarları tərəfindən məhv olunduğunu qeyd edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Qarabağ probleminin həllindəki mövqeyinə görə Türkiyə rəhbərliyinə və xalqına təşəkkürünü ifadə edib.
    Türkiyədə baş vermiş son terror hadisəsi qurbanları ilə bağlı Baş nazirin müavininə başsağlığı verən Allahşükür Paşazadə günahsız insanların öldürülməsinin Allah yanında böyük günah olduğunu bildirib. “Bir millət, iki dövlət” ifadəsinin gerçəkdən də Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə həyata keçirməsinə işarə edən Şeyxülislam həzrətləri ölkəmizdə uğurlu inkişafın olduğunu söyləyib və Bəkir Bozdağın Azərbaycana gəlməsini və bu dinamik inkişafın şahidi olmasını xahiş edib.

    Diyanət Vəqfini ziyarət

    Səfər çərçivəsində Şeyxülislam həzrətləri və onu müşayiət edən şəxslər Türkiyə Diyanət Vəqfini ziyarət etdilər. Diyanət İşləri Başkanı Mehmet Görməz Vəqfin fəaliyyəti haqqında qonaqlara məlumat verdi və tezliklə Vəqfin nəzdində İslam Universitetinin fəaliyyətə başlayacağını söyləyib.
    Vəqfin fəaliyyətindən məmnunluq duyduğunu bildirən Allahşükür Paşazadə təhsil ocağında azərbaycanlı tələbələrin də uğurla təhsil alacağına ümidvar olduğunu bildirib.
    Növbəti görüş İslam Tarixi və Mədəniyyəti Araşdırmaları Mərkəzində (İRSİKA) olub. Mərkəzin baş direktoru Xalid Eren rəhbərlik etdiyi qurum barədə qonaqlara məlumat verib. Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti mərkəzin zəngin kitabxanası, Əlyazma Fondu ilə tanış olublar.
    Səmimi qəbula görə təşəkkür edən Şeyxülislam həzrətləri İRSİKA-nın sabiq baş direktoru Ekmeleddin İhsanoğlunun vaxtından bu mərkəzlə əlaqələri olduğunu və mərkəzin Azərbaycanda da böyük işlər gördüyünü vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Xatirə Kitabına ürək sözlərini yazıb.

    Prezident Abdulla Güllə görüş

    Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Güllə görüşüb. Şeyxülislam həzrətlərini və nümayəndə heyətini öz iqamətgahında salamlayan Abdulla Gül öncə qardaşı, Azərbaycanın dövlət başçısı İlham Əliyevə salamlarını çatdırıb və Şeyxülislamı Türkiyədə görməkdən məmnun olduğunu bildirib.
    Öz növbəsində Allahşükür Paşazadə səfər öncəsi prezident İlham Əliyevlə telefon əlaqəsi saxladığını və ölkə başçımızın Abdulla Gülə səmimi salamlar göndərdiyini söyləyib. Şeyxülislam həzrətləri bildirib ki, Azərbaycan prezidenti türkiyəli həmkarını özünə qardaş sayır və bu qardaşlıq əbədidir.
    Abdulla Gül ilə əvvəlki görüşlərini də məmnunluqla xatırlayan Allahşükür Paşazadə qeyd edib ki, belə təmaslar ölkələrimiz arasında olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirir.
    Həcc ziyarətinin insanı mənən təmizlədiyini dilə gətirən Şeyxülislam deyib ki, doğmalarla görüşlər də insanı mənən saflaşdırır. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini prezident Abdulla Gülə təqdim edib.
    Qardaşı İlham Əliyevlə həmişə əlaqə saxladığını, Azərbaycanın iqtisadi, siyasi, ictimai sahələrdə qazandığı böyük uğurlarına sevindiyini, dost və qonşu ölkənin Qafqazda, eləcə də beynəlxalq aləmdə nüfuzunun artması ilə fəxr duyduğunu dilə gətirən Türkiyə prezidenti Abdulla Gül dinin həyatımızda vacib bir amil olduğunu qeyd edib və bildirib ki, mənəvi həyatın paklığı və saflığı insanları düzgün həyat tərzi yaşamağa sövq edir. Mənəvi paklığın aşılanması isə məsciddə, kilsədə və məbəddə ola bilər.
    Azərbaycanda dini tolerantlığın bərqərar olunmasında və inkişaf etdirilməsində Şeyxülislam Allahşükür Paşazadənin hələ sovet dönəmindən bəri böyük xidmətləri olduğunu qeyd edən Abdulla Gül cənabları müstəqillik dönəmində də qardaş Azərbaycanda bu sahədə böyük uğurların olduğunu söyləyib, Allaha şükür sənalar edib. Türkiyə prezidenti bu gün də din pərdəsi altında yeni təzahürlərin – terror və insan qətli kimi mənfi hadisələrin meydana çıxdığını və onlarla mübarizə aparmağın vacibliyini vurğulayıb.
    İki ölkənin din xadimləri arasında möhkəm qardaşlıq əlaqələrinin olduğunu deyən Abdulla Gül bu münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
    Qardaş Azərbaycana son səfəri zamanı dini sahəyə qayğı göstərildiyinin, yeni məscidlər tikildiyinin şahidi olduğunun dilə gətirən Abdulla Gül Şəkiyə, Gəncəyə səfərlərini xatırladıb və Gəncənin uca çinarları ilə Bursa şəhərinə oxşadığın deyib. Ümummilli Lider Heydər Əliyevlə görüşlərini xatırladıb və görkəmli dövlət xadiminin əlaqələrimizin inkişafındakı danılmaz xidmətlərindən söz açıb. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha əminliklə vurğulayan Abdulla Gül ölkələrimiz arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. Azərbaycandakı qardaşlarını qarşıdan gələn müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib.
    Səmimi sözlərə görə təşəkkür edən Şeyxülislam Azərbaycanın başqa sahələrdə olduğu kimi mənəvi sahədə də Türkiyədən həmişə dəstək gördüyünü vurğulayıb. Ölkəmizin ən böyük problemi olan Qarabağ probleminin həllində tutduğu mövqeyə görə də prezident Abdulla Gül cənablarına və onun şəxsində Türkiyə xalqına təşəkkürünü bildirən Allahşükür Paşazadə bir daha vurğulayıb ki, erməni şovinistləri hələ də işğalçılıq siyasətlərini davam etdirir, dinc əhalini qətlə yetirirlər. Şeyxülislam Türkiyədəki son terror hadisələrinin qurbanları ilə bağlı Abdulla Gülə başsağlığı verib və Allahdan onlara rəhmət diləyib.
    Türkiyə prezidentinə dərin təşəkkürünü ifadə edən Şeyxülislam həzrətləri Abdulla Gülü tezliklə Azərbaycanda da salamlamaqdan məmnun olacağını bildirib və Türkiyə səfərinin yekunları barədə ölkə başçısı İlham Əliyevə məlumat verəcəyini diqqətə çatdırdı.
    Görüşün sonunda nümayəndə heyətinin üzvləri, millət vəkili Fəttah Heydərov Abdulla Gülə təşəkkür edib. Deputat Hüseynbala Mirələmov isə Qarabağ haqqında yazdığı kitabı prezidentə hədiyyə edib. Görüşdən xatirə olaraq şəkil çəkdirilib.

    * * *

    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Şeyxülislamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki dövlət arasında münasibətlərin daha da inkişafına xidmət edə biləcək addımlar müzakirə edilib. Qarabağ probleminin həllinə nail olmaq üçün səylərin birləşdirilməsini vacib sayan tərəflər Qafqaz regionunda və bütün dünyada sülhün qorunmasına öz töhfələrini verməyə hazır olduqlarını bildirdilər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 469
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30