Litva universitetlərinə qəbul olan azərbaycanlı tələbələr müəyyən olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün Litva universitetlərinə sənəd vermiş azərbaycanlı abituriyentlərin ingilis dilində inşa üzrə qiymətlərini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İngilis dilində inşa üzrə 3, 4 və 5 qiyməti almış abituriyent və bakalavrlar avqustun 11-i saat 15.00-da TQDK-ya dəvət olunurlar. Qiymətlərin nəticələri üzrə cədvəl www.tqdk.gov.az internet səhifəsində yerləşdirilib.