Ötən ay Səhiyyə Nazirliyinə 669 müraciət daxil olub
Ötən ay ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 669 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Daxil olmuş müraciətlərin 362-si şikayət, 170-i sorğu xarakterli olub, 41-i aidiyyəti üzrə olmayıb, 96-sı isə cari problemlərə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.