Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar kütləvi tədbirlər keçiriləcək
Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra kütləvi tədbirlər keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər.
Dekabrın 12-də YAP İdarə Heyəti, Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları Fəxri Xiyabana gələrək ulu öndərin məzarını ziyarət edəcək, onun əziz xatirəsinə ehtiramlarını ifadə edəcəklər.
Həmin gün YAP-ın təşkilatçılığı ilə “Hyatt Regency” otelində xalq yazıçısı Anarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının təqdimat mərasimi keçiriləcək.