Nuşirəvan Səfərov: 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs gözləyir
Avtoxuliqanlara qarşı görülən tədbirlər günbəgün sərtləşdirilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov deyib.
Onun sözlərinə görə, artıq 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs-qəti imkan tədbiri gözləyir. “Belə hallarda 15 sutka həbs-qəti imkanı, sürücülük hüququndan məhrum olma, cərimələnmələr qanunvericilikdə nəzərdə tutulub. Avtoxuliqanlar hətta həm sürücülük hüququndan məhrum olunur, eyni zamanda cərimələnir”,-deyə o əlavə edib.