Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Kaspi” qəzetinin 130 illik ildönümü çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimatı oldu
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Kaspi” qəzeti 130 illik ildönümü çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimat mərasimini keçirib. “KƏLAMİNFO” xəbər verir ki, yeni nəşrlər qəzetin vətənpərvərlik mövzusunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi müsabiqənin materiallarından ibarət “Mübariz Yol” və tədqiqatçı Nəsiman Yaqublunun müəllifi olduğu “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitablardan ibarətdir. Tədbirdə nəşrlərin ideya müəllifi, “Kaspi”nin rəhbəri Sona Vəliyeva çıxış edərək “Mübariz Yol” kitabı barədə bildirib ki, burada müsabiqəyə təqdim olunmuş yazılar arasında daha çox azərbaycançılıq, vətənpərvərlik ideyalarını aşılayan yazılar dərc olunub. S.Vəliyeva qeyd edib ki, indiki dövrdə bu kimi mövzulara daha çox müraciət olunmasına böyük ehtiyac var. “Burada məqsəd Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan, ümumiyyətlə, Vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən ibarət müsabiqənin keçirilməsi idi.

    Müsabiqədə 1, 2, 3 yerlərin qalibi üzrə mükafatlar və pul mükafatları təyin edilmişdi. Şəxsən mən gözləyirdim ki, müsabiqəyə 50-60 yazı təqdim edilə bilər. Bu gün Azərbaycançılıq, vətənpərvərlik ideyası hər bir Azərbaycan jurnalistinin başlıca prinsipi olmalıdır və biz bu müsabiqənin keçirilməsində də bunu əsas götürmüşdük”,-deyə o, vurğulayıb. “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı nəşrdən söz açan S.Vəliyeva deyib ki, bu qəzetin 130 yaşının tamam olması ərəfəsində tədqiqatçının ərsəyə gətirdiyi maraqlı bir monoqrafiyadır. O, bildirib ki, kitabda bu ilin oktyabr ayında 130 yaşı tamam olan qəzet barədə maraqlı materiallar toplanıb. “Müəllifin tədqiqatı da göstərir ki, ilk yaranışdan “Kaspi”nin əsas prinsipi Azərbaycan xalqında milli ruhun oyanması, əhalinin maariflənməsi və sair kimi meyarlar olub. O dövrdə Çar Rusiyasının senzura qılıncı altında qəzetə sahiblik edən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, baş redaktor Əlimərdan bəy Topçubaşovun və yaradıcı kollektivin məşəqqətli səyi nəticəsində qəzet bu istiqamətdə fəaliyyətini davam etdirə bilib. Bu, “Kaspi”nin o dövrkü kollektivinin misilsiz fədakarlığından xəbər verir. Bununla “Kaspi” Azərbaycanda milli demokratik ruhun yaranmasında əsaslı rol oynamış olub”,-deyə S.Vəliyeva əlavə edib. Qəzetin rəhbəri deyib ki, Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra 1919-cu ildə fəaliyyətini dayandıran “Kaspi” ölkə müstəqillik əldə etdikdən sonra 1999-cu ildə qəzet fəaliyyətini yenidən bərpa etməklə öz missiyasını davam etdirir. Mərasimdə “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli qəzetin yeni nəşrlərinin təqdimat mərasimində 2011-ci ilin jurnalistlərin də həyatında zəngin il olduğunu diqqətə çatdırıb. “Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 20 illiyi tamam olur. Bu 20 ildə hər kəs özünə hesabat verir. Müstəqillik dövrümüz haqqında müxtəlif fikirlər səslənir”,-deyə, baş redaktor vurğulayıb. N.Məmmədli eyni zamanda, mətbuat işçiləri üçün də bir sıra hadisələrlə diqqəti cəlb etdiyini bildirib. “Eyni zamanda, bu il “Kaspi” qəzetinin 130 illik yubileyidir. Təvazökarlıqdan uzaq da olsa, Azərbaycan mətbuat tarixində bu ənənəni yaşadan çox az qəzetlər var və bəlkə də yox dərəcəsindədir. 1881-ci ildən “Kaspi” qəzeti nəşr olunur və çarizmin senzurasına baxmayaraq, fasiləsiz 38 il nəşr olunub. Təxminən 30 ilə yaxın gündəlik nəşr olunub. Rusiya müsəlmanları və Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildə “Kəşkül” qəzeti bağlanandan sonra təxminən 10 il ərzində “Kaspi” qəzeti yeganə informasiya qaynağı kimi çıxış edib”,-deyə o, əlavə edib. N.Məmmədli bildirib ki, qəzetin 130 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı nəşrin müəllifi, tədqiqatçı Nəsiman Yaqublu kitabın ərsəyə gəlməsində ona dəstək göstərənlərə minnətdarlıq edərək bildirib ki, qəzet o dövrdə Azərbaycan dilində nəşr olunan ilk qəzetdir. Tədqiqatçı mərasim iştirakçılarına “Kaspi” ilə bağlı arxivlərdə əldə etdiyi maraqlı tarixi sənədləri nümayiş etdirib. “Tədqiqatlar göstərir ki, qəzet o dövrdə Azərbaycan mətbuatında təşkilatlanmanın əsasını qoyub”,-deyə N.Yaqublu vurğulayıb. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetin tarixi missiyasından söz açaraq bildirib ki, bu gün də “Kaspi” qəzeti orta xətt tutan bir qəzetdir. Toplantıya Azərbaycanın tanınmış media nümayəndələri də qatılıblar. Onlar çıxış edərək “Kaspi”nin kollektivini yubiley münasibətilə təbrik ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 403
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30