Əli Həsənov: Azərbaycan ötən il dünya dövlətləri arasında iqtisadi artımına görə lider olub
“Azərbaycan bu il rekord vuraraq dövlət büdcəsini 20 milyard manata çatdırıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan ötən il dünya dövlətləri arasında iqtisadi artımına görə lider olub: “Yeddi il bundan əvvəl dövlət büdcəsi 1.4 milyard manat təşkil edirdi. 2008-ci ildə bütün ölkələr iqtisadi böhrana batsa da Azərbaycan bundan yan keçdi və büdcəsini 20 milyarda çatdırdı”.