Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məktəblərdə yaş həddi 65-ə çatan işçilərin siyahısının hazırlanması barədə rəsmi qərar verildi
    Təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanuna edilən dəyişikliyin icrasını təmin etmək məqsədilə əmr imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, əmrdə Aparat rəhbəri və şöbə rəhbərlərinə tapşırılıb ki, Təhsil Nazirliyinin nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.

    Həmçinin təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflərini hazırlayıb rəhbərliyə təqdim edilməsi tapşırığı verilib. Əmrdə təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı müvafiq meyarların nəzərə alınaması qeyd edilib. Bir sıra şöbə rəhbərlərinə tapşırılıb ki, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə məlumat bazasının formalaşdırılmasını təmin etsinlər. Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll edəcək və nəticələr barədə Təhsil Nazirliyinə məlumat verəcəklər. Əmrdə təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlamaq, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirmək, nəticəsi barədə siyahılar təqdim edilməklə Təhsil Nazirliyinə məlumat vermək tapşırılıb. Həmçinin əmək müqaviləsi ləğv olunmuş pedaqoji işçilərin dərs yüklərinin mövcud normalara uyğun olaraq ixtisaslı digər müəllimlər arasında bölüşdürülməsi də təmin ediləcək. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin rəhbəri F.Qədirova təhsil müəssisələrində yaş həddi 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar təhlillər aparmaq, ehtiyac olan təhsil müəssisələrinin kadr təminatı ilə bağlı təkliflər hazırlayıb təqdim etmək tapşırığı verilib. Qeyd edək ki, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı onların son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması meyarları nəzərə alınacaq. Əmrin icrasına nəzarəti isə nazir öz üzərinə götürüb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 479
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30