Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Serbiyaya gedib
    Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti Serbiyanın Belqrad şəhərinə səfərə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Qurumun 20-ci yay sessiyasında iştirak edəcək nümayəndə heyətimizin tərkibinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Beş gün davam edəcək sessiya “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” mövzusuna həsr olunub. Öncə qurumun Daimi komitəsinin toplantısı keçiriləcək, 2011-2012-ci maliyyə ili üçün büdcənin qəbul edilməsini və bir sıra təşkilati məsələləri əhatə edən gündəlik qəbul olunacaq.

    Sonra gender məsələlərinin müzakirə ediləcəyi plenar iclas öz işinə başlayacaq. Birinci plenar iclası giriş sözü ilə ATƏT PA-nın sədri Petros Eftimiu açacaq. Qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclaslarında ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul olunacaq. Qətnamə layihələrində bəşəriyyətin ekstremizm, radikallıq, terrorizm, irqçilik, ksenofobiya kimi neqativ cərəyanlardan qorunması kimi ciddi problemlər öz əksini tapıb. Müasir dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsində ATƏT-in mövqeyi, qurum daxilində miqrasiya siyasətinin koordinasiyası məsələləri əhatə olunub. Ciddi ictimai həyəcan doğuran cinayətlərə, o cümlədən transmilli cinayətlərə, beynəlxalq miqyaslı uşaq oğurluğu hallarına, insan orqanlarının qeyri-qanuni ticarətinə, təchizat sistemində işçi qüvvəsindən alver məqsədilə qeyri-qanuni istifadəyə qarşı mübarizə məsələlərinə qətnamələrdə xüsusi yer verilib. Qadın və kişi bərabərliyinin təmin edilməsi siyasətinin genişləndirilməsi, eləcə də ATƏT PA-da qadınların təmsil olunması məsələsi də diqqət mərkəzindədir. Milli Məclisin vitse-spikeri və ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, deputatlarımız qurumun plenar iclaslarında, eləcə də ümumi komitələrin toplantılarında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları baxımından münasibət bildirəcək, rəy və təkliflərini ATƏT PA-nın 20-ci yay sessiyası iştirakçılarının nəzərinə çatdıracaqlar. Səfər iyulun 11-ə qədər davam edəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 354
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30