Azərbaycan “Montreux Jazz Festival-2011”-ə qatılacaq
Hər il İsveçrədə ənənəvi olaraq keçirilən Montre Caz Festivalının açılışı üçün son tamamlama işləri aparılır. “KƏLAMİNFO”nun xəbərinə görə, Azərbaycanın da qatılacağı dünyanın ən məşhur caz festivallarından olan “Montreux Jazz Festival-2011”-də “Ən yaxşı pianoçu” nominasiyası üzrə Emil Əfrasiyaboğlu mübarizə aparacaq. Fesival iyulun 1-dən 16-dək keçiriləcək.
Qeyd edək ki, ötən il də sözügedən festivalda ölkəmizə qalibiyyəti cazmen İsfar Sarabski gətirib.