Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri arasında telefon danışığı olub
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub. “KƏLAMİNFO” xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiya-Azərbaycan münasibətlərinə dair aktual məsələləri müzakirə ediblər. Diplomatlar, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafı üçün birgə tədbirlər görülməsinin zəruriliyini vurğulayıblar.