Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan etnoqrafiya elminin patriarxı
    İnsanlığın tarixinə nəzər salmaq, inkişaf mərhələlərinə səyahət etmək olduqca mənalı və maraqlıdır. Çünki bu inkişaf yollarında bəşər sivilizasiyasının əsasları həkk olunmuşdur.
    Ayrı-ayrı dahi insanların, xüsusilə, alimlərin keçdiyi mənalı həyat yolunu öyrənmək və təbliğ etməyin müassir zəmanəmizdə olduqca mühüm əxlaqi-mənavi əhəmiyəti vardır.
    Xüsusilə böyüməkdə olan gənc nəsil üçün akademik Teymur müəllimin keçdiyi mənalı həyat yolu örnək olmalıdır. Akademik Teymur Bünyadovun bu günlərdə 80 yaşı tamam olmuşdur.
    Azərbaycan Milli Elmlər Akademiyasında işlədiyim 41 il ərzində yaxından tanıdığım, tarixi əsərlərini, çıxışlarını sevə-sevə dinlədiyim Teymur müəllimin keçdiyi həyat yolu olduqca mənalı, çoxşaxəli və zəngindir.

    Teymur müəllimin uşaqlıq illəri Azərbaycanın ən gözəl və səfalı diyarlarından biri olan Qazax rayonu ərazisində keçmişdir. Göz açdığı dağlar qoynu, təbiətin yaratdığı möcüzələr və Göyəzən dağı Teymur müəllimin ilham aldığı məkanlardır.
    Teymur müəllimin uzun illərin yuxusuz gecələri, dərin zəhmətkeşliyi ilə tariximizi, etnoqrafiyamızı, arxeologiyamızı və folklorumuzu tədqiq etməyə başlamış, nəticədə elmlər namizədi, elmlər doktoru, professor və nəhayət akademik zirvəsinə yüksəlmişdir.
    Teymur müəllim elmin zirvələrinə qalxdıqca sadəliyi və müdrikliyi daha da artır. Teymur müəllim gözəl insan, zəhmətkeş alim, həqiqi tarixçi, Azərbaycan etnoqrafiya elminin patriarxıdır, desək, heç də səhv etmərik. Onun əsərlərində tarix, etnoqrafiya və arxeologiya elmlərinin aktual problemləri geniş şəhr olunur.
    Teymur müəllim həyatda, cəmiyyətdə və ailəsində də özünün sadəliyi və zəhmətkeşliyi ilə seçilir. O, gün ərzində yorulmadan işləməyi sevir və heç vaxt elmi fəaliyyətindən doymur. Teymur müəllim dəqiqliyi sevən adamdır. O, yazdığı hər bir məqaləni diqqətlə nəzərdən keçirməsə çapa təqdim etmir.
    Akademik T.Ə.Bünyadov elm sahəsində çalışdığı 60 il ərzində 500-dən artıq elmi məqalə, çoxsaylı kitab və monoqrafiya yazıb çap etdirmişdir. Onun yazdığı bütün əsərlərin ana xəttini Azərbaycan xalqının tarixi, etnoqrafiyası, arxeologiyası və folklorunun tərənnüm olunması təşkil edir. Teymur müəllim yazdığı bütün əsərlərində arxeoloci və etnoqrafik mənbələrə üstünlük verir. Çünki arxeoloci və etnoqrafik mənbələri saxtalaşdırmaq qeyri-mümkündür. Məhz buna görə də arxeoloci və etnoqrafik mənbələr tarixin güzgüsü hesab olunur. Arxeoloci mənbələr əsasında bəşər cəmiyyətinin keçdiyi inkişaf yolları maddi mədəniyyət qalıqları vasitəsilə tədqiq olunur.
    Teymur müəllim həm arxeoloq, həm tarixçi və həm də gözəl etnoqraf alimdir. Etnoqrafiya yunan sözü olub, «etnos» xalq, «qrafis» isə təsvir etmək deməkdir. Deməli etnoqrafiya xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, istək və arzularına daha çox bələd olan elmdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloci və etnoqrafik mənbələrə üstünlük verməlidir. Teymur müəllim məhz bu prinsipə sadiq olduğu üçün onun əsərləri tədqiqatçılar tərəfindən həmişə yüksək qiymətləndirilir, ali məktəblərdə tədris prosesində həmin əsərlərdən istifadə olunur.
    Akademik Teymur Bünyadovun rəhbərliyi altında bu günlərdə üç cildlik “Azərbaycan etnoqrafiyası” adlı kitab çapdan çıxmışdır. Azərbaycan xalqının etnoqrafiyası onun tarixi qədər zəngin və qədimdir. Təsadüfü deyildir ki, son 5 ildə Avropa alimləri ilə birgə aparılmış Beynəlxalq İNTAS-2000 proqramının tədqiqi zamanı respublukamızın ərazisində ibtidai insanların məskunlaşmağa başlamaları tarixinin 2,5 milyon ilə bərabər olması elmi faktlarla sübuta yetirilmişdir.
    Üç cildlik “Azərbaycan etnoqrafiyası” xalqımızın keçmişindən başlamış bu günümüzədək olan təsərrüfat həyatı, ovçuluq, yığıcılıq, üzümçülük, ipəkçilik, arıçılıq, mənəvi mədəniyyət və digər sahələri T.Bünyadovun rəhbərliyi altında geniş və elmi faktlarla şərh olunmuşdur.
    Teymur müəllimin elmi fəalliyyəti nəticəsində Azərbaycan etnoqrafiya elminin əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə geniş şöhrət tapmışdır.
    Akademik Teymur Bünyadovun Bakı, Moskva, Sank-Peterburq, Tbilisi, Paris və digər şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda etdiyi məruzələri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. O, geniş və əhatəli elmi məruzələri ilə alimlər içərisində böyük nüfuz qazanan şəxsiyyətlərdəndir.
    Akademik T.Ə.Bünyadovun elmi tədqiqat işləri ilə yanaşı, uzun müddət ərzində respublikanın ali məktəblərində Azərbaycan tarixi, Qafqaz tarixi, arxeologiyanın əsasları, Azərbaycan etnoqrafiyası və digər fənlərdən mühazirələr oxumuşdur.
    Akademik T.Ə.Bünyadovun rəhbərliyi altında respublikamızda 40-dan artıq elmlər doktoru və elmlər namizədləri dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Onun elmi rəhbərliyi altında müdafiə etmiş tədqiqatçılar respublikamızın müxtəlif təşkilatlarında səmərəli fəaliyyət göstərir və sevimli müəllimləri olan Teymur müəllimin yaratdığı etnoqrafiya məktəbinin nailiyyətlərini şərəflə təbliğ edirlər.
    Akademik Teymur Bünyadov həm də şair təbiətli alimdir. Onun yüzlərlə bayatıları, deyimləri artıq dillər əzbəri olmuşdur. 2004-cü ildə “Səda” nəşriyyatında çap etdirdiyi “Xan çinar kölgəsində” adlı iki cildlik əsərini oxuduqca insanda yaşatmaq, yaratmaq eşqi oyanır və bunları yazan Teymur müəllimə heyran olmaya bilmirsən. Teymur müəllimin bədii əsərlərində eşq, məhəbbət, sevgi mövzuları böyük üstünlük təşkil edir. Onun əsərlərinin birində oxuyuruq:” Dünya durduqca, insanlıq yaşadıqca, məhəbbət də, eşq də, sevgi də yaşayacaq və yaşadacaq. Tanrı kimi, günəş kimi, ay kimi, ulduz kimi, sönməz məşəl kimi”. Yenə onun: “Yar gülər, Diyar gülər, yar gülər, iki könül bir olsa, Yar sevinər, yar gülər.” Mən isə buna əlavə edərək belə deyirəm: Teymur müəllim gülər şanlı yübileylərində…
    Akademik Teymur müəllim elm və təhsil sahəsilə yanaşı, respublikanın ictimai-siyasi həyatında da səmərəli fəaliyyət göstərir. O, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur. Bu illərdə Teymur müəllim Milli Məclisin Elm və təhsil sahələri daimi komissiyanın sədri kimi fəaliyyəti ilə, respublikamızda bu sahənin inkişaf etməsinə öz faydalı töhvəsini vermişdir. Teymur müəllim eyni zamanda ümummilli liderimiz H.Ə.Əliyevin və onun sədaqətli davamçısı İ.H.Əliyevin prezident seçkilərində vəkili olmuş, Azərbaycan ərazilərini gəzərək onların xalqımız qarşısındakı xidmətlərini ətraflı şərh etmişdir.
    Akademik T.Ə.Bünyadovun işgüzar xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, şöhrət ordeni ilə təltif olunmuş və əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
    Akademik Teymur Bünyadova yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayır və 80 illik yubileyiniz mübarək olsun deyirəm!
    Əsədulla Cəfərov,
    tarix elmləri doktoru, professor

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 902
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30