Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan BMT arenasında: risklər az deyil
    Son illər Azərbaycanın regional sferada siyasi və iqtisadi nüfuzunun artması ölkəni dünya miqyasında da cəlbedici edib. Bu, Bakıya iri beynəlxalq təşkilatlarda söz demək imkanı yaradır ki, bundan da istifadə etmək demək olar ki, tarixi missiyaya çevrilib. Məhz bu amildən irəli gələrək Azərbaycan 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən birinə çevrilmək layihəsini irəli sürüb. Xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda ABŞ-a səfərinin və Birləşmiş Ştatlarda keçirdiyi görüşlərinin əsas qayələrindən birini məhz bu mövzu təşkil edib. Bakının bu bəyanatından sonra xarici mətbuatda bu mövzu əsas müzakirə obyektlərindən birinə çevrilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, səfər zamanı nazir E.Məmmədyarov Azərbaycanın yeni istəyi ilə bağlı artıq BMT baş katibi ilə müzakirə aparıb. Onun sözlərinə görə, hətta nazir bununla bağlı İslam Konfransı Təşkilatına üzv ölkələrin BMT-dəki təmsilçiləri ilə bir araya gəlib.

    E.Məmmdəyarov Nyu-Yorkdan sonra Vaşinqtona keçərək amerikalı rəsmilərlə də mövzunu müzakirə edib. Siyasi ekspert Elxan Şahinoğlu deyir ki, bu məsələdə vaxt çox azdır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə yeni ölkələrin seçkisi bu ilin oktyabrında keçiriləcək. Ekspert deyir ki, Azərbaycan BMT-dəki ölkələrin böyük əksəriyyətinin səsini qazanmaq üçün indidən qollarını çirmələməlidir. “Hələ ki, Bakının sürəti pis deyil. Ən azı İslam Konfransı Təşkilatına üzv ölkələrin böyük əksəriyyətinin səsinə bel bağlaya bilər. Bu sıraya Azərbaycanın qoşulduğu “Qoşulmayanlar Hərəkatı”nın bir qrup ölkəsinin səsini də əlavə etmək olar. Görünür, rəsmi Bakı xeyli mübahisə doğuran “Qoşulmayanlar Hərəkatı”na Azərbaycanın qatılmasını BMT-dəki səsvermədə gərəkli sayda səsə yiyələnməsi ilə də izah edəcək” - deyə ekspert vurğulayıb. Burada digər bir məqam da ortaya çıxır. Çünki bununla əlaqədar olaraq yaxın tarixdə Türkiyə örnəyi var. Ankara BMT Təhlükəsizlik Şurasında yer almağa çox çalışdı və 2009-cu ildə istəyinə nail oldu. Ancaq elə birinci məsələnin müzakirəsindəcə Türkiyə çətin vəziyyətə düşərək Qərblə münasibətlərini bir az gərginləşdirdi. İndi Bakının da istəyindən dolayı burada söhbət İrandan gedir. Ankara 2010-cu ildə Təhlükəsizlik Şurasında İranın nüvə çalışmalarını davam etdirməsi ilə bağlı qonşu dövlətə qarşı qəbul edilən qətnamənin əleyhinə səs verdi. Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız Türkiyə və Braziliya sənədin əleyhinə çıxdılar. Məsələ burasındadır ki, Türkiyə böyük dövlətdir və bölgədə fəal rol oynayır, kifayət qədər resursa malikdir. Odur ki, Qərblə İran arasındakı seçimdə hardasa itkisiz çıxa bildi. Bəs, Azərbaycan belə bir müzakirənin mərkəzində nə edə bilər? Yəni tutaq ki, Azərbaycan oktyabr ayındakı səsvermədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bir müddət sonra İranla bağlı növbəti qətnamənin müzakirəsinə start verildi. Rəsmi Bakı Qərbin istəyi əsasında İran hakimiyyətinin əleyhinə olan sənədə səs verərmi? Çətin, çünki Azərbaycan daim bəyan edir ki, o, regionda balanslaşdırılmış siyasət aparır. Millət vəkili Musa Qasımlı deyir ki, belə vəziyyət alınarsa, Tehranın mümkün şantajından da ehtiyat etməliyik. O, həmçinin deyir ki, BMT Təhlükəsizlik Şurasına üzvlük məqsədilə İslam Konfransı Təşkilatına üzv ölkələrin dəstəyi alınıbsa, quruma üzv olan İranın maraqları nəzər alınmalıdır. “İranın maraqlarını nəzərə almaq isə avtomatik olaraq Qərb və ilk növbədə ABŞ-la münasibətləri gərginləşdirməkdir” - deyə o, əlavə edib. Bütün bunları nəzərə alsaq, ortada bir fakt var: bir tərəfdə qonşu İran, o biri tərəfdə isə ABŞ. Azərbaycanı BMT Təhlükəsizlik Şurasının səsverməsində bu və buna bənzər mürəkkəb seçimlər gözləyə bilər. Belə olan halda Azərbaycanın Təhlükəsizlik Şurasında iki illik üzvlüyünün risklərini də vurğulamaq lazım gəlir. Bəzi ekspertlər deyirlər ki, Azərbaycanın Təhlükəsizlik Şurasındakı üzvlükdən yararlanaraq Dağlıq Qarabağ problemini bu mötəbər qurumun müzakirəsinə çıxarmaq imkanları artar. Ancaq unutmayaq ki, qurumun 5 daimi üzvü var və onlardan birinin məsələnin əleyhinə səs verməsi yetərlidir ki, sənəd gündəlikdən çıxarılsın. Daimi üzvlərdən tək elə Rusiyanın strateji ortağı Ermənistanı nəyəsə məcbur edəcək sənədin Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılmasına razılıq verməsi isə heç ağlabatan deyil.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 415
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30