Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ombudsmanların IX Bakı Beynəlxalq Konfransı keçirilib
    Bu gün “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda Ombudsmanların IX Bakı Beynəlxalq Konfransı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir 18 iyun “İnsan Hüquqları Günü”nə, dövlət müstəqilliyinin 20 illiyinə, Vətəndaş və siyasi hüquqlar, İqtisadi sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45 illiyinə həsr olunub. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ölkədə milli azlıq və miqrantların vəziyyəti barədə məlumat verib. O, miqrantların sayının çox olmasını Azərbaycanın vəziyyəti, inkişafı ilə də əlaqələndirib. “9 milyon əhalisi olan ölkəmizdə 90-a qədər milli, etnik azlıq qruplar var. Bu həm də ölkədə dini müxtəlifliyə zəmin yaradıb. “Vəzifədə olduğum 9 il müddətində Aparata milli zəmində şikayət daxil olmayıb. 100 illərdir Azərbaycanda müxtəlif azsaylı xalqlar yaşayır. Onlar bütün proseslərdə bərabərhüquqlu vətəndaş kimi çıxış edirlər. Bu xalqların milli, dini ayrı seçkiliyə məruz qalmağına yol verilə bilməz. Bu sahədə görülən işlərlə bərabər, hüquqi institut da yaratmağı planlaşdırırıq”,-deyə, E.Süleymanova nəzərə çatdırıb.

    Konfransda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda milli azlıqların, milli etnik qrupların hüquqlarının qorunması üçün hüquqi baza yaradıldığını söyləyib. Azərbaycanın tolerant ölkə olduğunu bildirən Ə.Həsənov bu gün ölkədə 380-dən artıq dini icmanın qeydiyyatdan keçdiyini, onların 31-nin qeyri-islam dini icma olduğunu deyib: “Bizdə bütün dinlərin ibadət yeri var. Dini icmalar sərbəst fəaliyyət göstərir. Milli azlıqlar tarixi, milli mədəniyyət nümunələrini qoruyub saxlayırlar. Bunu Azərbaycandakı xarici ölkə səfirləri də görürlər. Azərbaycanda milli azlıqların mədəniyyət mərkəzləri də fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılır. Ermənilər özləri də bunu gördülər. Onlar kilsənin kitabxana kimi qorunub saxlanmasını müşahidə etdilər. Ermənilərdən biri dedi ki, burada elə kitablar var, onlar heç Ermənistanda da yoxdur. Ermənistan isə bizim bütün mədəniyyət abidələrimizi, dini ibadətgahlarımızı dağıdıb”,-deyə baş nazirin müavini qeyd edib. Ə.Həsənov Azərbaycanda miqrasiya sahəsində böyük işlər görüldüyünü, hazırda Miqrasiya Məcəlləsinin hazırlandığını açıqlayıb. O, həmçinin Azərbaycanın öz daxili miqrantları – qaçqınlarla yanaşı, ölkədə digər dövlətlərdən olan miqrantların da olduğunu deyib. Baş nazirin müavini 10 il əvvəl Azərbaycanda digər ölkələrdən olan 12 min qaçqının olduğunu, hazırda isə onların sayının 2500-ə endiyini diqqətə çatdırıb. Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da ölkə rəhbərliyinin milli azlığa, tolerantlığa münasibətini yüksək dəyərləndirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının qonaqpərvərliyi, hər millətə, dinə hörmətlə yanaşdığını qeyd edib. “Hansı millətə mənsub olmasından asılı olmayaraq, Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır”,-deyə nazir söyləyib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 404
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30