Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Kimlərin pensiya və maaşları artacaq?
    17 may tarixində Konstitusiyanın 96-cı maddəsinin I hissəsinə və «Büdcə sistemi haqqında» Qanunun 23.2-ci və 23.3-cü maddəsinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı hazırlanmış «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Qanun layihəsi Milli Məclisinin müzakirəsinə təqdim edilib.

    2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti Prezidentin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatı yaradılmasıdır.
    Maliyyə Nazirliyin məlumatına görə, yuxarıda sadalanan tədbirlərin və layihələrin maliyyə tutumu 3,1 mlrd. manat məbləğində qiymətləndirilir.
    Qeyd olunan xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranıb.
    Bununla bağlı Maliyyə Nazirlinin mətbuat xidməti bu gün açıqlama yayıb.
    “Dünya neft bazarlarında konyuktur əlverişli olaraq qalmaqla  Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki 80 faizdən artıq  üstələyir.
    Belə ki, 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərə əsasən yaranmış əlavə gəlirlər hesabına təsdiq edilmiş proqnozla nəzərdə tutulduğundan 193,5 mln. manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun əlavə gəlirləri isə 976,4 mln. manat vəsait daxil olmuşdur.
    Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.
    Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 80 ABŞ dolları səviyyəsinədək çatdırılmışdır. (2011-ci il təsdiq edilmiş dövlət büdcəsində bu göstərici 60 ABŞ dollarıdır).
    Müvafiq olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 3493,2 mln. manat məbləğində artırılmışdır. Bu aprtımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15554,2 mln. manat olacaqdır ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29,0 faiz çoxdur.
    Dövlət büdcəsinin gəlirlərinin artımının 770,0 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondunun transferti hesabına təmin edilməsi nəzərdə tutulur.    
    Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsi xərcləri isə 15941,2 mln.  manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 3193,2 mln. manat və ya  25,0 faiz artırılmışdır.
    Artımlardan sonra 2011-ci il dövlət büdcəsinin xərclərinin strukturu aşağıdakı kimi  olacaqdır:
    Xərclərin 48,4 faizini və ya 7716,5 mln. manatını cari xərclər, 49,4 faizini və ya 7878,0 mln. manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 mln. manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edir.
    2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə cari xərclərin artımı üçün nəzərdə tutulan 698,0 mln. manat vəsaitin 462,7 mln. manatı və ya 66,3 faizi ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara müvafiq olaraq 2006-cı il yanvarın 1-dək təyin edilmiş  pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləğləri arasındakı mövcud fərqlərin aradan qaldırılması üçün  2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının, sosial müavinətlərin və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir.
    2011-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2484,1 mln. manat vəsait yönəldilcəkdir ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş göstəriciyə nisbətən 73,5 faiz çoxdur.
    Bu mənbədən qəza vəziyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılmasına, tələbələr üçün yataqxanaların tikintisinə, respublikaının şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsinə, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılmasına, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin regionlarında kəndlərarası yolların tikintisinə və əsaslı təmirinə, Sumqayıt şəhərində gübrə istehsalı zavodun tikintisinə və digər zəruri investisiya layihələri üçün vəsaitin ayrılması məqsədəmüvafiq hesab edilmişdir.
    2011-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687,0 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300,0 mln. manat azaldılması nəzərdə tutulur.
    Yenidən baxılma nəticəsində icmal büdcənin xərclərinin yuxarı həddi (Icmal büdcə özündə dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Fondunun büdcələrinin, həmçinin, xarici kreditlər üzrə daxilolmaların və xərclərin cəmini birləşdirir) 18634,3 mln.manat, icmal büdcənin profisiti 1368,5 mln. manat təşkil edəcəkdir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 648
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30