Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    O gəlir: son məhkəmə qurulacaq?
    Gələn il bizi nələr gözlədiyini təxminləmək çətin və sən demə, qorxuludur…

    Cəmi yeddi ay qalıb. Yeddi aydan sonra 2012-ci il başlanacaq. İndiyə kimi deyilənlər, yazılanlar və göstərilənlərə görə, qarşıda bizi çox təhlükəli il gözləyir. Qədim mayyaların təqviminə əsaslanan təxminləri də Günəş, dünya və kosmosla bağlı bir çox nəzəriyyələr təsdiqləyir.
    Ehtimallar çox, hamısı da bir-birindən qorxulu.
    Bəzi ehtimallara görə, 2012-ci ildə Günəşdəki maqnit qasırğaları və tufanları Yeri silkələyəcək. Başqa nəzəriyyələr isə iddia edir ki, yox, maqnit tufanları olmayacaq - nəhəng meteorit və ya kiçik meteorlar Yerlə toqquşacaq.



    1000 ildə bir dəfə olur bu hadisə...
    Avstraliya, Fransa, İrlandiya, Rusiya və ABŞ alimlərindən ibarət "Holocene Impact Working Group" adlı elmi-tədqiqat qrupunun hazırladığı hesabat çox maraqlıdır. Həmin hesabatda 2012-ci illə bağlı bütün ehtimal və nəzəriyyələr toplanıb, cəmləşdirilib və onlardan ortaq bir proqnoz hazırlanıb.
    Bəri başdan yazaq ki, hesabat nüfuzlu "Nature" jurnalında dərc olunandan sonra çoxları, hətta ən ciddi media orqanları - məsələn, "The Guardian" və ya "Le Monde" - alimlərin təxminlərini çox sərt tənqid etdilər. Bu alimləri növbəti şarlatanlar, 2012-ci il mövzusundan sui-istifadə etməyə çalışaraq ucuz populyarlıq qazanmağa çalışan yaramazlar adlandıranlar da oldu.
    Qrupun "Hər min ildən bir Yer kürəsi meteorla toqquşur, fəlakətlər yaşanır" açıqlamasına isə aşkar şəkildə lağ elədilər.
    Amma bir müddət keçdi, tənqidçilər susdular.
    Çünki Avstraliya, Madaqaskar, Yeni Zelandiya və Rusiyada az qala dalbadal kəşf edilən meteor kraterləri kosmosdan müəyyən fasilələrlə Yerə meteorların çarpıldığını sübut etdi.
    Hesablamalar aparıldı və məlum oldu ki, həmin meteorlar nə az, nə çox - hər 1000 ildən bir Yerlə toqquşur.
    O kraterlər arasında ən "gənc"inin izi Rusiyada tapılıb. Həmin kraterin yaranmasına səbəb olmuş meteor partlayışı 1954-cü ildə amerikalıların sınaqdan keçirdikləri "Castle Bravo" termonüvə bombasının gücünə bərabərdi.
    Həmin kəşflər və hesablamalar da Yer Kürəsinin yaxın illərdə meteorla toqquşacağını göstərir.
    Vəziyyət o qədər ciddidir ki, belə toqquşmanı vaxtından əvvəl təxminləmək, meteoru Yerə çatmamış məhv etmək üçün "B612" adlı xüsusi dövlətlərarası qrup da yaradılıb.

    Günəş təhlükəsi

    Alimlər daha sonra deyirlər ki, hər 10,7 ildən bir Günəş xüsusi, əlahiddə bir orbitlə hərəkət etməyə başlayır və həmin orbit Yerin iqlimini də əhəmiyyətli dərəcədə dəyişir.
    Ümumiyyətlə, Günəşin hərəkət orbitinin iki formasından biri olan belə "döngə" zamanı Yerdə həyatın mənbəyi olan Günəşdə hərarət yüksəlir və elektrik-maqnit sahəli qaz buludları kosmosa püskürdülür.
    Sonuncu  orbit döngəsinin 1992-ci ildə baş verdiyini nəzərə alsaq, 2012-ci ildə bizi yeni iqlim dəyişikliyi gözləyir.
    Özü də o hadisə son əsrdə Günəşin ən böyük orbit dəyişikliyi olacaq. ABŞ-ın Milli Aeronavtika Agentliyinin (NASA) apardığı hesablamalara görə, "SuperStorm" ("Superfırtına") adlanan bu döngənin Yer planetinə təsiri yalnız havaların pisləşməsi ilə kifayətlənməyəcək. Günəşin "yolunu azması" insanların orqanizmlərində fəsadların yaranmasından tutmuş, nəqliyyat və kommunikasiyalara qədər hər şeyə təsir edəcək.
    Peyk bağlantısı ilə işləyən naviqasiya qurğuları və alətləri sıradan çıxacaq, bank sistemləri və aviadaşımalarda çox pis problemlər yaranacaq. Mobil telefonlardan tutmuş, kompüterlərə qədər bütün elektronika əşyaları çökəcək və ya olduqca pis işləyəcək.
    Əslində, 2010-cu ilin noyabrından bəri Günəş "yolunu azaraq" orbitini dəyişib və fərqli orbitlə fırlanır. Yer planeti də təbii ki, həmin dəyişikliyin ağırlı nəticələrini dadmaqdadır. NASA ilə Avropa Aerokosmik Tədqiqatlar Agentliyinin birgə yaratdıqları "Ulduzla birgə yaşamaq" (Living with a Star) adlı proqram da məhz Günəşin orbitinin dəyişməsinin elektromaqnit dalğavari nəticələrinin müşahidəsi, ölçülməsi və bundan sonrakı proqnozlaşdırılması məqsədini güdür.
    Daha doğrusu, amerikalılarla avropalılar Günəşin "yol azması"nın ən yuxarı həddə çatmasını gözləməyərək bu bəlanın Yerdəki həyata təsirinin ən pis variantlarını indidən təxminləmək və imkan olarsa, fəsadların nəticələrini aradan qaldırmaqdır.
    Xülasə, alimlər düşündülər və işə başladılar. Söhbət 2010-cu ildən gedir. Bir qədər keçdi, məlum oldu ki, Günəşin orbitinin dəyişməsini müşahidə etmək üçün ən yaxşı yer elə Günəş qütbüdür.
    Kosmosa göndərilən və Günəş qütbünə yaxınlaşan zondun Yerə yolladığı hesabatlar, rəqəmlər, rentgen və ultrabənövşəyi şəkillər isə tükürpədici idi.
    Alimlər gördülər ki, Günəş, sən demə, 2010 yox, 2005-ci ilin dekabr ayından hərəkət orbitini dəyişibmiş. Üstəlik, Peqas II ulduz topasında baş vermiş orbit dəyişikliyi də Günəşin "yol azması" ilə üst-üstə düşdüyündən, Yeri gözləyən təhlükə dəfələrlə artıb.
    Çünki indi Günəş sisteminin mərkəzi ulduzu sayılan səma cisminin dəyişdiyi orbitlə hərəkəti nəticəsində ayrılan enerji 50 milyon atom bombasının partlayışına bərabərdir.
    Hərəkət dayanmadan davam edir. Bu isə o deməkdir ki, həmin 50 milyon atom bombasının enerjisi 7 ay sonra planetimizə çatacaq.

    Bəs Nebula - onu unudaq?

    İndi haqqında ən çox bəhs edilən ulduz topası və ya elmi dillə yazsaq, astronomik səma cisimləri yığını olan Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır.
    Alimlərin bəziləri deyirlər ki, kosmosdakı süni peyklərlə zondlar və teleskopların çəkdikləri görüntülərin arasında real olanları gizlədilir, insanlara saxtalaşdırılmış, yalançı Nebula göstərilir.
    Daha sonra deyirlər ki, "Google Sky"da Nebulanın Yerə çox yaxınlaşdığını təsadüfən əks olunduğu üçün, həmin görüntülər də dərhal silinib, daha "təhlükəsiz" olanlarla əvəz edilib.
    Halbuki Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim mayya təqvimi ilə yanaşı, mayyaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir.
    Mayyaların"Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı.
    Mayya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
    Ta XVII əsrə qədər Nebuladan heç bir kitabda, yazıda və ya rəvayətdə bəhs olunmadı.
    Elə bu səbəbdən isə yalnız mayyaların Nebulaya bələd olmaları xeyli suallar doğurur. Həmin qədim millətin təqviminin 2012-ci ilin dekabrın 21-də başa çatması və üstəlik, ötən ilin sonlarından başlayaraq Nebulada xüsusi aktivliyin müşahidə olunması alimləri bərk narahat edib.
    Hər halda təqvimin bitməsi ilə Nebulanın Yerə maksimum dərəcədə yaxınlaşması kimi iki hadisənin üst-üstə düşməsini adi təsadüf saymaq o qədər də doğru olmazdı.

    Qlobal istiləşmə uydurmadır?

    «Nature»dakı hesabatda o da bildirilir ki, ABŞ-ın prezident administrasiyası bundan sonra «qlobal istiləşmə» əvəzinə «qlobal iqlim pozuntuları» ifadəsindən istifadə etmək niyyətindədir. Səbəb isə amerikalıların problemə daha çox diqqət cəlb etməyə can atmalarıdır.
    Yalnız Ağ Evdəki məmurlar yox, dünyanın ən məşhur alimləri də qlobal istiləşmənin səbəbkarının insan olduğunu və belə davam edərsə, qiyamət yaradacağını deyirlər.
    İnanılmaz olsa da, faktlar budur ki, əgər qlobal istiləşmə əvvəlki templərlə davam etsəydi, hər şeyə alışmaq olardı. Amma nə edəsən ki, 2008-ci ildən bəri havalar isinmək əvəzinə soyuyur və bunun nəticəsində fəsillərdəki iqlimlər baş-ayaq olub.
    Ömürləri boyu qar görməyən insanların yaşadıqları yerə yayda qar yağır, Avropa və ABŞ-da çovğunlar tüğyan edir, amma Azərbaycan da daxil olmaqla, nə qədər ölkədə qış qarsız keçir.
    Sonra da yay gəlir, havalar elə isinir ki, nəfəs almaq mümkün olmur - amma tropiklərə qar yağır.
    Alimlər deyirlər ki, bütün bunlar indiyədək media vasitəsilə insanların beyninə yeridilən böyük yalanın üstünü açır. Həmin yalanın başlıca məqsədi isə 2012-ci ildə baş verəcək hadisələrin təxminlənmələrindən və proqnozlarından insanların fikrini yayındırmaq, «qlobal istiləşmə» söz birləşməsi ilə milyardları qorxutmaq və onları daha pis hadisələrə psixoloji cəhətdən hazırlamaqdır.
    Doğrudur, insanları aldatmaq olar. Amma elmi aldatmaq mümkün deyil və buna çalışanlar həmişə uğursuzluqlara düçar olublar.
    Elmi araşdırmalar göstərir ki, Günəşin orbitinin dəyişməsi Yerdə zəlzələ və sunamilərdən tutmuş, qasırğa və tufanlara qədər bir çox fəlakətlərin sayını artırıb. NASA ilə Avropa Kosmik Tədqiqatlar Agentliyinin kosmosa çıxardıqları 5 tədqiqat peykinin apardığı ölçmələr də bunu təsdiq edir. Daha doğrusu, astronomlar və astrofiziklər deyirlər ki, Günəşdəki elektromaqnit fəallıq kosmosda dalğa titrəyişləri yaradıb. Bu titrəyişlər də Yerə çatandan sonra zəlzələlər, daşqınlar, fırtınalar, vulkan püskürmələri, qasırğa və s. təbii fəlakətlərə səbəb olur.
    Ötən illə yanaşı, bu il başlayndan bəri zəlzələlər, daşqınlar və hətta neft-qaz boru kəmərlərindəki partlayışların da arxasında Günəşdən gələn dalğa titrəyişlərinin durduğu deyilir.
    Ona görə də alimlər 2012-ci ildə belə fəlakətlərin maksimuma çatmasına hazır olmadığımızı istəyirlər.

    Dünyanın oxu əyilib

    Amerikalı alim, professor Çarlz Hapqrud  bildirir ki, dünyanın fırlanma oxu ilə yanaşı, geomaqnetik oxlarında da əyilmələr yaranıb. Bu isə planetimizin fırlanma sürəti ilə orbitinə təsir edib.
    Belə ox əyilmələri vaxtilə çayların axdığı, meşələrin boy verdiyi Antarktidanın indiki vəziyyətə düşməsinə səbəb olub.
    Ümumiyyətlə isə, son 100 min ildə Yerdə 3 dəfə orbitdən sapma və ox əyilməsi olub. Sonuncu belə hadisə 12 min il əvvəl yaşanıb. Hapqrud onu da yazır ki, növbəti ox əyilməsi 2012-ci ilə təsadüf edəcək. Kim bilir gələn ildə iqlim necə dəyişəcək, həmin dəyişikliklər canlılara necə təsir edəcək…
    … 2010-cu ildə Günışdə dörd geomaqnit partlayışı olmuşdu və bunu müxtəlif ölkələrdəki teleskoplar asanlıqla qeydə almışdılar. "Holocene Impact Working Group"un hesabatında isə bildirilir ki, bu partlayışlar 2012-ci ildə Günəşdə baş verəcək dəyişikliklərlə müqayisədə fişəng partlayışı təsiri bağışlayacaq...
    Tural Sarı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 552
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30