Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şirvanşahlar sarayı
    Qədim şəhərdə orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hakimlərinin iqamətgahı - “Şirvanşahlar Saray Ansamblı” bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
    Orta əsrlərdə Şamaxıda baş verən gərgin hadisələr dövründə Bakı şəhəri nisbətən sakit şəraitdə inkişaf edirdi. Hələ XII əsrdə Bakıda möhkəm qala divarlarının (1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində, Şirvanşahlar Sarayı ucaldılır.

    Sarayın ansamblı 9 tikilidən: Saray binasından, Divanxanadan, Dərviş türbəsindən, Şərq darvazasından (portal), saray məscidindən, Key-Qubad məscidindən, saray türbəsindən, hamam və ovdandan ibarətdir.
    Kompleks binalarının biri digərindən 5,6 metr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğu üçün, saray vahid memarlıq planına malik deyildir. Lakin buna baxmayaraq binaların biri digəri ilə təzad təşkil etmir. Əksinə biri digərini gözəlləşdirir. Ən müxtəlif nöqtələrdən baxarkən onların saray ansamblının tərkib hissələri olduğu aydın görünür.
    Kompleksin bütün tikintiləri əhəng daşı olan yerli bədamdam daşından inşa olunmuşdur. Kompleksin bütün tikililəri arasında ən çox dağılmaya məruz qalan saray binası olmuşdur.
    1500-cü ildə Şirvanşahlarla Səfəvilər arasındakı döyüş zamanı Fərrux Yassar öldürüldükdən sonra saray talan olunmuşdur. Şirvanşahlardan sonra sarayda kimlərin yaşadığı məlum deyil.
    1723-cü ildə I Pyotr qoşunlarının Bakıya top atəşi açması zamanı saray məscidinin şimal-şərq fasadı ziyan çəkmişdir.
    10 fevral 1828-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan və saray tikililəri rus hərbi qərargahına verildikdən sonra burada təmir işləri aparılmış, saray hərbi qərargaha çevrilmişdir. Şirvanşahlar Sarayı ilə bağlı bir çox qiymətli tikililər məhv edilmişdi. Hətta sarayın ərazisində Aleksandr Nevski kilsəsinin inşası da nəzərdə tutulmuşdur. Saray XIX əsrin sonunda dağıdılmış və baxımsız qalmışdır. 5 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin “Cəmiyyətə, müəssisələrə və fərdi şəxslərə aid olan incəsənət və qədim abidələrin siyahıya alınması və saxlanması haqqında” dekreti nəşr olunur. Bu dövlət tərəfindən abidələrin ilk dəfə siyahıya alınması istiqamətində atılan addım idi. 1932-ci ildə Şirvanşahlar kompleksində Azərbaycan Xalq Komissarı Sovetinin qərarı əsasında təmir işləri başlanır. 1937-38-ci illərdə arxeoloq V.N.Leviatovun rəhbərliyi altında Sarayda arxeoloji qazıntılar aparılır və xeyli miqdarda XII-XV əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılır. Saray binasında bir müddət Azərbaycan Xalq muzeyinin bir hissəsi və Din tarixi muzeyi yerləşdirilir. 1954-cü ildən “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq Muzeyinə çevrilmişdir. 1960-cı ildə sarayın memarlıq abidəsi kimi qorunması haqqında qərar qəbul edilir.

    Saray binası

    Saray 2 mərtəbəli düzgün olmayan düzbucaqlı formaya malik bir binadır. Sarayı yaxşı işıqlandırmaq üçün binanın cənubi-şərq bucağı girintili-çıxıntılı hazırlanmışdır. İlk vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si I, 25-ci isə II mərtəbədə yerləşirmiş. Otaqlar simmetrik şəkildədir. II mərtəbədə tağ tavanla örtülmüş Şahın özü və ailəsinin otaqları yerləşir. II mərtəbənin pəncərələri Bakı buxtasının gözəl mənzərəsinə açılır. Onları daş şəbəkələr daha da gözəlləşdirir.
    1932-34-cü illərdə sarayda ilk təmir işləri başlanan zaman yaşayış binasının gümbəzi olmadığından onun üstü yastı tavanla örtülüb, döşəməsi isə parketdən hazırlanmışdır. XIX əsrdə hörülmüş pəncərələrdən daşlar sökülmüş və daş döşəmələrin bir hissəsi təmir olunmuşdur. Mərtəbələr arasında əlaqələr 2 ensiz pilləkən və 8 bucaqlı zalın döşəməsində yerləşən pilləkənlər vasitəsilə yaradılır. Təmir nəticəsində hal-hazırda II mərtəbədə cəmi 16 otaq vardır. Girişdəki 8 guşəli zal bu otaqlardan öz ilkin görünüşünə görə seçilir. Ona bitişik olan 2-ci 8 guşəli otağın ilk görünüşünün yalnız bir hissəsi qalmışdır. Onun gümbəz şəkilli örtüyü yastı örtüklə əvəz olunur. Qalan 14 otaq da bərpa edilmişdir, lakin onlar memarlıq baxımından o qədər də maraqlı deyildir. Əzəmətli olan əsas giriş binanın qərb divarındandır. Girişdə XV əsr Azərbaycan memarlığının bütün elementlərini özündə cəmləşdirən və heç bir bəzək elementi olmayan əzəmətli portal diqqəti cəlb edir. Girişin sağ və sol tərəfində dərin divar oyuğu vardır.

    Divanxana

    Divanxana kompleksi yuxarı həyətdə yerləşir və onun şimal tərəfi ilə bir tini yaşayış binasına bitişmişdir. Divanxana 8 guşəli rotondadan ibarət olub, 12 tərəfli günbəzlə tamamlanır. O, 8 guşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan 9 sütuna söykənir. Həyəti əhatə edən eyvanın sıra tağları eyni formalıdır. Tağların xarici hissəsində azadlıq rəmzi olan göyərçin şəkilli daş və 2 ədəd su axarı üçün daş növ vardır. Tikili rəsmi qəbul və divan işləri üçün istifadə edilmişdir. Belə bir ehtimalı da təkzib etmək olmaz ki, Şirvanşah Fərrux Yasər Divanxana kompleksini özü üçün məqbərə olaraq tikdirmişdir. Lakin tikinti işləri başa çatmamış, yarımçıq qalmışdır. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib. Sütunlu yer tanınmış feodalların yığıncağı üçün təyin olunubmuş. Divanxanaya yuxarı həyətdən və küçədən gələn 2 giriş vardır.
    Rotondanın da 2 giriş qapısı vardır. Qərb girişi uca və nəfis işlənmiş portal ilə seçilir. Portalın səthi tipik Abşeron florasına xas olan əncir və üzüm yarpaqları ilə, şərq xalçalarının naxışlarını xatırladan ornamentlərlə, eləcə də dərinliyi 3-5 sm. olan oyma naxışlarla bəzədilmişdir. Portal, divar oyuğunun qabırğalı yarım gümbəzi 7 sıralı stalaktik kəmərə söykənib. Portalın çərçivəsində 2 ədəd 6 guşəli medalyon vardır ki, onların içərisində sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ gətirən 6 ədəd romb izlənir. Romblardan ikisinin üzərində “Allahdan başqa allah yoxdur”, digərində “Məhəmməd allahın elçisidir”, sonuncuda isə “Əli allaha yaxındır” sözləri yazılıb.
    Sağ tərəfdəki 6 bucaqlının içərisində isə 12 ədəd romb əks olunub. Onlardan 6 ədədinin üzərində “Allah təkdir”, digər 6 ədədinin üzərində isə “Məhəmməd” sözləri yazılmışdır. Portalla yanaşı rotondaya gedən daxili keçid də gözəl ornamentlərlə işlənmişdir. Bu ornamentlərdən yuxarıda Quranın 10-cu surəsi (Yunus surəsi 25, 26, 27 -ci ayələr) yazılmışdır. “Uca və pak olan Allah dedi: Allah xalqı behiştə çağırır, və istədiyi şəxsi düz yola hidayət edir, ona düz yol göstərir. Yaxşı və gözəl əməl sahiblərindən ötrü əcr və savab vardır. Onların üzərini günah pərdəsi örtmədiyi kimi, zəlil də olmazlar, onlar əhlidildirlər, həmişəlik orada qalacaqlar. Allah doğru deyir”.
    Rotonda tağlarının oxları üzərində 6 bucaqlı medalyonlar vardır ki, onların daşları üzərində 3 qabarıq və 3 oyuq formada “Əli” adı həkk olunmuşdur. Qapı keçidlərinin üzərində ornamentlər yoxdur və giriş keçidi üzərində yazılar üçün çərçivə hazırlansa da onlar tamamlanmamışdır. Ehtimal olunur ki, binanın tikintisi 1500-1501-ci illərdəki müharibələr dövründə dayandırılıb. Rotondadakı mərkəzi zal dekorativ bəzəyə malik deyildir, onların tərəfləri oxvari oyuqlar və qapı keçidlərindəki tir yerində də qalmaqdadır.
    Divanxana gözəlliyinə və incəliyinə görə nəinki Azərbaycanın, həm də Yaxın Şərqin uyğun memarlıq abidələrənin şah əsəri sayılır.

    Dərviş türbəsi

    Xalq arasında “Dərviş türbəsi” adı ilə məşhur olan və həyətin cənub hissəsində yerləşən türbə orta həyətdə mərkəzi yer tutur. Bəzi mütəxəssislər bu türbənin yanlışlıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia edirlər. Bəziləri isə əsassız olaraq sarayın aşağı həyətlərindəki bütün abidələri, Dərviş türbəsi də daxil olmaqla Xanəgah tikililəri kompleksinə aid edirlər.
    Tarixçilərin məlumatına görə Seyid Yəhya Bakuvi I Xəlilullah dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdıqlarına görə, o, hicri tarixi ilə 862-ci ildə vəfat etmişdir. Bizə Seyid Yəhya Bakuvinin 30 adda əsəri gəlib çatmışdır. Onlar əsasən sufizm-mistik xüsusiyyətini daşıyır və Türkiyənin Manisa şəhərində “Muradiyyə” kitabxanasında saxlanılır.
    Türbə Keyqubad məscidi bünövrəsi olan kompleksdədir. Onu qeyd etmək lazımdır ki, türbə üzərində onun kimə aid olduğunu bildirən kitabə və türbənin içərisində məzar daşı olmamışdır. Türbə incə quruluşu ilə diqqəti cəlb edir. Kiçik həcmli 8 bucaqlı türbə yüksək sənətkarlıqla işlənmişdir. Yaraşıqlı görünməsi üçün gümbəzin piramidaya oxşar səthləri az qabarıq verilmişdir. Türbənin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı və yerüstü hissədən ibarətdir. Divarların hörgüsü tünd və açıq daşlardan tikildiyindən onların təkrarlanması səthlərin rəngli görünməsinə səbəb olmuşdur. Türbənin daşdan yonulmuş şəbəkələrlə bəzəkli üç pəncərəsi vardır.
    Epiqrafçı alim Məşədixanım Nemətin ehtimalına görə, Şirvanşahlar Sarayı kompleksindəki bu günə kimi xalq arasında dərviş türbəsi adlanan yerdə dəfn olunmuş dərvişin Şirvanşah Şeyx İbrahim (1382-1417) vaxtında hicri tarixi ilə 805-ci ildə (1402-03) Mərəzə yaxınlığında “Diri baba” türbəsinin kitabəsini yazmış şəxsin olmasıdır.
    Azərbaycan memarlığında bu kimi 8 bucaqlı türbələr geniş yayılmışdır. (Şamaxı, Ağdam, Ağsu, Xaçmaz, Quba və s. rayonlarda). Lakin Dərviş türbəsi bu türbələrin ən mükəmməl nümunəsidir.

    Keyqubad məscidi

    Keyqubad məscidi Dərviş türbəsi yanında ona bitişik bir məscid-mədrəsə binası olmuşdur. Türbə məscidin cənub hissəsində yerləşir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində gümbəzi saxlayan 4 sütun var imiş. Məsciddə Bakuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov yazır: “Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb və qəbri orada – məsciddədir”.
    Tədqiqatçı S.Aşurbəylinin yazdığına görə, Keyqubad Şeyx İbrahimin babası idi. Şirvanşah Keyqubad 1317-43-cü illərdə hakimiyyətdə olmuşdur. Hal-hazırda Şirvanşahlar Sarayının aşağı həyətinin cənub hissəsində Keyqubad məscidindən sadəcə bünövrə qalıqları və bir neçə tağ salamat qalmışdır.

    Şərq darvazası portalı

    Kompleksin XVI əsrə aid olan yeganə tikilisi “Murad” darvazasıdır. Murad darvazası portalının yuxarı çərçivəsində olan 2 medalyon arasında aşağıdakılar yazılıb: “Bu bina Ulu Rəcəb Bakuvinin 994-cü ildə (1585-86) sifarişi əsasında böyük və ədalətli Sultan III Muradın dövründə tikdirilib”.
    Portalın divar oyuqlarının yanındakı yazılar Təbrizli memar Əmirşahın adını məlum edir. Özünün ümumi, bədii dekorativ kompozisiyasına görə portal Divanxana və Türbə portallarına uyğun gəlir. Lakin burada tikinti texnikası və inşaat daşlarının keyfiyyəti xeyli aşağıdır. Burada Azərbaycan ornamental sənətinin stil təmizliyi pozulur. Memar ansamblın sabitliyini, ahəngliyini saxlamağa çalışsa da o dövrə xas olan memarlıq keyfiyyətinin aşağı düşməsindən qaça bilməmişdir.

    Şirvanşahlar türbəsi

    Aşağı həyətin ərazisində kompleksin 2 tikilisi, türbə və saray məscidi yerləşir. Aşağı həyəti digərindən iri dairəvi qapalı divarlar ayırır. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzla bəzədilmiş və 6 bucaqlı gümbəzlə tamamlanmış düzbucaqlı olduğu görünür. Tikilərkən gümbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilmişdir.
    Giriş üzərindəki yazı bu gözəl tikilinin tikilmə tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: “Dinin müdafiəçisi peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və 7 yaşlı oğlu üçün allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi 839 il” (1435-36).
    Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsi ilə oxunan yazı ilə memarın adı yazılmışdır: “Allah, memar Məhəmməd Əli”. Bizə məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazması qadağan olunmuşdur. Ona görə də sənətkar öz adını bu yolla şifrləşdirmişdir. Bu isə memarlıq əqlinin kəskinliyini və ziddiyyətdən çıxış yolu tapma məharətini və işini layiqincə yerinə yetirdiyini göstərir. Bu yazılar 1954-cü ildə görkəmli şərqşünas alim Ə.Ə.Ələsgərzadə tərəfindən oxunmuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür.
    Portal keçidi zəngin ornamentə malikdir. Portalın ən yuxarı hissəsinə Quranın 12-ci surəsinin 92-ci ayəsi oyma yazı üsulu ilə yerləşdirilmişdir. Yazıda deyilir: “Yüksək və böyük olan Allah-Təala dedi: Bu gün Allah sizi bağışlar, çünkü ən rəhimlilərin rəhimlisidir”. Düz girişin üzərində olan medalyonda 12 dəfə “Əli” adı təkrar olunmuşdur.
    Türbənin girişində dəhliz vardır və o, 8 bucaqlı gümbəzlə örtülmüşdür. Onun sağ və solunda xidmət üçün 2 yardımçı otaq vardır. Kvadrat formalı əsas zal mərkəzi hissədən və onun 4 tərəfində yerləşən çatmatağlı taxçalardan ibarətdir. Zalın mərkəzi hissəsi gümbəzlə örtülmüşdür. Zalın şimal və cənub künclərində kvadrat planlı kiçik otaqlar vardır.
    Giriş üzərindəki yazılara əsasən məlumdur ki, türbə Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikilmişdir. Buna baxmayaraq orada Şirvanşahlar ailəsinin digər üzvləri də dəfn edilmişdir. Qazıntılar zamanı sökülmüş döşəmənin altından daş lövhələr tapılmışdır. Bu daş lövhələrdən 7 ədəd qəbrin örtüyü olduğu məlum olmuşdur, yalnız 5 qəbrdə sümük qalıqları tapılmışdır, 2 qəbrdə sümüklər yox idi.
    Şirvanşahlar Sarayında saray şairi olmuş Bədr Şirvaninin qəsidə, mədh və divanlarına, habelə qəbirlərdən aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən burada dəfn edilənlərin adları ayırd edilmiş və dəqiqləşdirilmişdir:
    I qəbirdə Şirvanşahın 7 yaşlı oğlu Fərrux Yəmin (1435-42) dəfn edilmişdi.
    II qəbir qoca qadına məxsus olub Şirvanşahın anası oluduğu ehtimal edilir. Şirvanşahın anasının adının Bikə və çox hörmətli qadın olduğu, həmçinin hicri təqvimi ilə 839-cu ildə (1435-36) vəfat etdiyi qeyd olunur.
    III qəbirin Qara Yusifin əsiri olub, onun ölümündən sonra Şirvanşah Şahruxa ərə getmiş Xanikə xanıma aid olduğu ehtimal edilir.
    IV qəbirdə Şirvanşahın Şeyx Salah (1443-45) adlı 2 yaşlı oğlu dəfn edilmişdir. V qəbir 19 yaşlı II İbrahimə (1432) aid olan qəbrdir.
    Girişin əks tərəfində iri bədənli, hündürlüyü 2 metr 10 sm. olan sklet aşkar edilmişdir. Bu qəbirin I Xəlilullaha aid olduğu ehtimal edilir.

    Saray məscidi

    Aşağı həyətdə türbə ilə yanaşı saray məscidi yerləşir. Məscidin hündürlüyü 22 metrdir. Minarəni əhatə edən yazıdan məlum odur: “bu minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını və hakimiyyət illərini böyütsün 845-ci il” (1441-42 illər).
    Məscidə girməzdən əvvəl yuyunmaq və dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hündür meydançada quyu və kiçik hovuz vardır.
    Memarlıq formasına görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər və aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli gümbəzlə tamamlanır.

    Saray hamamı

    Kompleksin ən aşağı həyətində saray hamamı yerləşir. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtmüşdür.
    Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş, 1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə konservasiya edilmişdir. Hamamın indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Hamamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlamışdır.
    Hamama daxil olan su, divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsi ilə otaqlara paylanırdı. Hamamda soyunmaq üçün, tək adamın çimməsi üçün “xəlvəti” adlanan otaqlar da vardır. Divarda otaqlara çəkilmiş borunun ucu tağın içindən görünür.
    Hamamın sağ küncündə üstü günbəzli bir böyük və iki kiçik otaq vardır. Kaşı üzlüyə malik bu otaqların çəxsən şaha məxsus olduğu ehtimal olunur.

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 2383
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30