ABŞ prezidenti Barak Obamanın müsəlman ölkələrində nüfuzu aşağı düşüb. ABŞ-da sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Obamanın uşaqlığını keçirdiyi müsəlmanların ən sıx yaşadığı İndoneziyada belə ona münasibət birmənalı deyil. 2010-cu ildə ABŞ-ın nüfuzu burda 59% idisə, 2011-ci ildə bu 54%-ə düşüb. ABŞ prezidentinin Şimali Afrika və Yaxın Şərqdəki demokratik vəziyyətlə bağlı açıqlamasına günlər qalmış nəticələrin bu cür olması Obamaya olan inamın azalmasına sübut göstərilir. Türkiyədə isə sorğu iştirakçılarının 17%-i, Pakistanda isə əhalinin 11%-i ABŞ prezidentinə etibar edir.