Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Müsəlman dünyasında ilk demokratik respublika
    93 il öncə Şərq aləmində ilk olaraq Azərbaycanda müstəqilliyin, dövlətçiliyin əsasları quruldu

    Azərbaycan dövlətçilik tarixində 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti şanlı bir səhifədir. 93 il öncə müsəlman dünyasında ilk olaraq Azərbaycanda demokratik respublika Xalq Cümhuriyyəti elan edildi. Əsrin əvvəlində - 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü.

    Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı. Ancaq təəssüf ki, 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu gün müstəqil Azərbaycanda 1918-ci ildə xalq cümhuriyyətini yaradanları, təşkil edənləri - Fətəli xan Xoyskini, Əlimərdan bəy topçubaşovu, Nəsib bəy Yusifbəylini, Məmməd Əmin Rəsulzadəni cümhuriyyəti hökumətinin bütün üzvlərini böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Onların gördüyü işlər, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqının tərkibində respublika olaraq yaşadı, inkişaf etdi. O dövrdə Azərbaycan böyük inkişaf yolu keçdi. Azərbaycanın elminin, mədəniyyətinin, iqtisadiyyatının, həyatının bütün sahələrinin inkişafında xidmətlər göstərmiş soydaşlarımızı bu gün məmnuniyyət hissi ilə xatırlayırıq.
    Qeyd etmək lazımdır ki, 93 il öncə Rusiya imperiyasının caynağından qurtulub çıxmış Şimali Azərbaycanda milli dövlət quruculuğunu həyata keçirmək olduqca müşkül məsələ idi. Tiflisdə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilmiş iclasında qəbul olunan İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaranmış oldu.  Bəyannamənin ilk bəndində Azərbaycan da tam hüquqlu müstəqil bir dövlət elan edilirdi. Ən əsası Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmində olduğu, milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin etdiyi əks olunurdu.
    1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Professor Qüdrət Əbdülsəlimzadə Cümhuriyyətin xalqımızın tarixi taleyindəki rolunu belə dəyərləndirir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. 19-cu yüzildən başlanan mürəkkəb ictimai proseslərin gedişi Azərbaycan cəmiyyətində zamanın tələblərinə uyğun köklü dəyişiklikləri tarixi zərurət kimi irəli sürmüşdü. Fətəli Xan Xoyski- bütün həyatını
    müstəqilliyimizin qorunmasına həsr edən lider Cümhuriyyət tariximiz və onun liderləri barədə çox yazılıb, çox danışılıb. Sözsüz ki, Azərbaycanda ilk demokratik dövlət quruculuğu prosesində və dövlət idarəçiliyi strukturlarının formalaşmasında onların hamısının rou olub. Ancaq bu istiqamətdə Fətəli xan Xoyskinin böyük xidmətləri olub. Tarixçi alim və Cümhuriyyət dövrünün böyük tədqiqatçısı Nəsiman Yaqublu qeyd edir ki, Azərbaycanın istiqlalı idealına sadiq olan bu görkəmli şəxsiyyət bütün həyatını müstəqilliyimizin qorunmasına həsr etdi və bu yolda da şəhid oldu. Fətəli xan Xoyskinin tarixi bir şəxsiyyət kimi böyüklüyü həm də onunla müəyyənləşir ki, o, bütün türkdilli xalqlar arasında və eləcə də müsəlman dünyasında ilk demokratik dövlət idarəçiliyinin əsasını qoyub. F.Xoyski Azərbaycan Cümhuriyyətinin Gəncədəki fəaliyyəti dövründə, istiqlalımız üçün çox ağır məqamlar yarandığı bir dövrdə "İlhaqçı"ların müəyyən təsirində olsa da, hər vasitədə Nuru Paşa ilə anlaşmağa üstünlük verirdi. Bunun nəticəsi idi ki, Milli Şura buraxılmaq məcburiyyətində qalanda və M.Ə.Rəsulzadə Azərbaycan istiqlalının qorunması üçün bu addımı atanda, o, Nuru paşanın istəyi üzrə ikinci hökumət kabinəsini formalaşdırmağa razırlıq verdi. Onun başçılıq etdiyi ikinci hökumət kabinəsi dövründə Azərbaycan üçün çox önəmli qərarlar qəbul edildi. Həmin qərarlardan: 1) 1918-ci il, 27 iyun. Türk dilini Dövlət dili kimi qəbul etmək; 2) 1918-ci il, 12 iyul. Bakı vaxtını Azərbaycanın bütün hüdudlarında saat vaxtı kimi qəbul etmək; 3) 1918-ci il, 22 avqust. Xarici pasportların verilməsi səlahiyyətinin qubernatorlara tapşırmaq; 4) 1918-ci il, 26 avqust. Ağdaş qəzasını şəhər adlandırmaq; 5) 1918-ci il, 9 sentyabr Azərbaycanın milli bayrağını yaşıl, qırmızı və mavi rəngli ağ aypara və səkkiz guşəli ulduz təsviri olan bayraq kimi qəbul etmək; 6) Mətbuat üzərində sezuranı götürmək; Fətəli xan Xoyskinin istiqlal tariximizdəki apardığı ən şərəfli mücadilələrdən biri Bakının azad edilməsi uğrunda çalışmaları idi. Fətəli xan həm həm Nuru Paşa ilə münasibətlər qurur, həm də Türkiyə dövləti ilə mütəmadi danışıqların aparılmasına üstünlük verirdi. O, bilirdi ki, ən başlıca problem Bakının qurtuluşudur. Bu münasibətlə Türkiyəyə göndərilən Azərbaycan nümayəndə heyətinə, səlahiyyətli nümayəndəliyin sədri M.Ə.Rəsulzadəyə yazırdı: "Çox hörmətli Məhəmməd Əmin! Əlimərdan bəy vasitəsi ilə 50 min manat göndərirəm... Hər ehtimala qarşı gürcülərdən və ermənilərdən çox sərf etmək lazımdır. Bakı məsələsi hələ qurtarmayıb. Əlimərdan bəy Sizə ətraflı məlumat verər... Ən başlıcası birdəfəlik Türkiyə ilə qarşılıqlı münasibətləri aydınlaşdırmaq lazımdır. Hamıya salam, əllərinizi sıxıram. Sizin F.Xoyski".
    M.Ə.Rəsulzadə isə F.Xoyskiyə göndərdiyi məktubda yazırdı: "...Konfrans deyəsən sona yaxınlaşır, nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır". 1918-ci ilin sentyabr ayının 14-dən 15-nə keçən gecə Türk qoşunları sürətli hücumla Bakıya girdilər. Bakı uğrunda qanlı savaş getdi. Bakıda Nuru Paşa olmaqla Türk əsgərləri böyük qəhrəmanlıqlar göstərdi. Bakı düşmənlərdən azad edildi. Sentyabrın 15-i günü Qafqaz Müsəlman ordusunun komandanı general-leytenant Nuru Paşa Gəncəyə - Baş nazir F.Xoyskiyə belə məzmunda teleqram göndərdi: "Allahın köməyi ilə Bakı şəhəri 15 (9) - də saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı. Qafqaz Müsəlman Ordusunun komandanı - general-leytenant Nuri".
    Nuru Paşanın bu xoş xəbəri bütün insanları - o, sıradan baş nazir F.Xoyskini hədsiz sevindirmişdi. O, Nuru Paşaya göndərdiyi təcili cavab teleqramında Azərbaycan xalqının və hökumətinin adından minnətdarlığını belə bildirmişdi: "Qafqaz Müsəlman ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah Türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram. Nazirlər Şurasının sədri Fətəli xan". Bakının azad edilməsindən sonra 1918-ci ilin oktyabrın 30-da imzalanan Mudros müqaviləsi Azərbaycanın da qarşısında ağır şərtlər qoyurdu.
    Oktyabrın 30-da Lemnod adasının Mudros limanında ingilislərin "Aqamemnon gəmisində imzalanan sülhə əsasən Bakı, Batum və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi. Türk qoşunlarının Bakını tərk etməsindən sonra, şəhərə gələn ingilis qoşunları rəhbərliyi ilə, xüsusən general Tomsonla çox çətin danışıqlar başladı. Tomson Azərbaycan istiqlalını tanımaqdan danışmaq belə istəmirdi və deyirdi: "Bizim bildiyimiz Azərbaycan xalqının doğma bir Cümhuriyyəti yoxdur, yalnız Türk komandanlığının intiqrası ilə təşəkkül etmiş, bir hökumət var". Lakin başda F.Xoyski olmaqla, digər siyasi xadimlərimiz də Tomsonu Azərbaycanın müstəqil bir dövlət olaraq yaşamağına inandırdılar. Bu "inandırma" da F.Xoyskinin böyük rolu oldu. Elə bunun nəticəsi idi ki, Tomson 1918-ci ilin dekabrın 29-da belə məzmunda bəyanat verdi: "Xoyskinin rəhbərliyi altında koalisyon (müttəfiq) Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb elan edirəm ki, İttifaq komandanlığı bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək".
    F.Xoyski Azərbaycanda siyasi partiyaların azad və sərbəst fəaliyyətlərində çox maraqlı idi. Onun 1919-cu ilin dekabrında (2-dən 12-dək) keçirilən Müsavat partiyasının II qurultayındakı iştirakı və çıxışı bu fikri bir daha təsdiqləyir. O, özü bitərəf olsa da, Müsavat partiyasına olan xüsusi marağını belə ifadə edirdi: "Əfəndilər mən bu günə qədər müxtəlif təsəvvürlərə görə heç bir partiyaya daxil olmamışam. Ona görə də mənim üçün hər bir partiyanı ayrıca kənardan izləmək asan olub. Bildirməyə borcluyam ki, "Müsavat" partiyası müstəqilliyimizin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Bunları inkar etmək haqsızlıq olardı. Belə məhsuldar işin başlıca səbəbi ondandır ki, xalqımız təhlükədə idi və "Müsavat" partiyasının rəhbərləri daima xalqın marağını özününkündən üstün tutmuşdur". Fətəli xan Xoyski bütün fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünə xüsusi diqqət yetirirdi. Parlamentdəki çıxışlarında qətiyyətlə bildirirdi: "Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan keçənlər Azərbaycanın hüquqlarına təcavüz etsinlər".
    1920-ci ilin yanvarında Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması onu çox sevindirmişdi. Bu münasibətlə Azərbaycan parlamentinin 1920-ci ilin yanvarın 20-də keçirilən toplantısındakı çıxışında demişdi: "Özümü artıq dərəcədə xoşbəxt hiss edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim. Və indi də təsdiqini mən elan edirəm". Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da o, vəzifədən istefa verməyə üstünlük verdi.
    O, Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlərinə qarışması faktı ilə qətiyyən razılaşmırdı. 1920-ci ilin aprelin 27-də XI ordu hissələri Azərbaycan ərazisini işğal edib Bakı şəhərinə daxil oldu." Fətəli xan Xoyski, M.Ağayev və başqa dostları ilə qonşu Gürcüstana gedib Tiflisdə məskunlaşdılar. 1920-ci ilin iyunun 19-da iki muzdlu erməni qatili arxadan güllə atıb. F.Xoyskini qətlə yetirdi. Tanınmış dövlət xadimi F.Xoyski Tiflisdə böyük dramaturq M.F.Axundovun qəbri yanında dəfn edildi. Bolşeviklər F.Xoyskinin ailəsini də sakit buraxmadılar. Qızı tanınmış bolşevik M.D.Hüseynovla ilə ailə qursa da on il həbs cəzasına məhkum edildi. (Qeyd edim ki, həyat yoldaşı rus millətindən olsa da F.Xoyski onu "Ceyran xanım" çağırırdı). Görkəmli dövlət xadimi Xəlil bəy Xasməmmədov İstanbulda nəşr edilən "Azərbaycan Yurd Bilgisi" jurnalının 1933-cü ildəki sayında F.Xoyskini belə dəyərləndirirdi: "Mərhum Fətəli xan həqiqətən təbiətin də ona bəxş etdiyi bir çox müsbət keyfiyyətlərə malik qiymətli şəxslərimizdən biridir. Əslən kübar, fəqət qəlbən demokrat olub, dövlətşünas və qanunçu idi. Gözəl natiq, qüvvətli məntiq sahibi mərhum Fətəli xan mühüm və qüvvətli dövlət məsələlərinin həllində dərin zəkar göstərən bir kişi idi. Səmimi millətpərvərliyi, dönməz iradəsi ilə məmləkətinin müqəddəratına bağlı bir Azərbaycan dövlət xadimi idi".
    Hazırladı:
    Azər NURİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 447
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30