Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dünyada İslam
    Avstraliyada İslam muzeyi yaradılır

    Avstraliyanın Tornberi şəhərində İslam dininə aid muzey yaradılacaq.  Avstraliya İslam Muzeyi - qeyri-kommersiya təşkilatıdır. Bu qurum 2010-cu ildə məhz dini muzey tikilməsi məqsədilə yaradılb. Təşkilatın fəaliyyətinin məqsədi Avstraliyada və ölkədən kənarda yaşayan müsəlmanların hansı zəngin bədii irsə malik olduğunu göstərməkdir.

    Muzeyə gələcək insanları maraqlandırmaq üçün onlara İslam mədəni irsinə aid maraqlı hekayələr səsləndiriləcək. Muzeydə həmçinin, bədii əsərlərin sərgi və ekpozisiyası da təşkil olunacaq. Burada interaktiv displeylərdən istifadə olunacaq.
    Muzey təşkilatçıları ümid edir ki, incəsənətin köməyilə cəmiyyətdə İslamla bağlı yaranmış yanlış stereotipləri və dini azlıqlara qarşı münasibəti dəyişmək mümkün olacaq.

    Mərkəzi Asiyanın ən böyük məscidi tikiləcək

    Mərkəzi Asiyanın ən böyük məscidinin Düşənbədə tikilməsi gözlənilir. Bu məsələ Qətərin paytaxtı Dohada keçirilən müzakirələrdə gündəmə gətirilib.
    Tacikistanın xarici işlər naziri Xamraxon Zarifinin Qətərin baş naziri Xamad bin Cəbr al-Tani ilə görüşündə bu məsələ müzakirə olunub. Yaxın vaxtlarda Düşənbədə belə bir məscidin tikintisinin başlanmasına dair ilkin razılıq əldə olunub.
    Tacikistan hökumətinin nümayəndəsi bu proyekti həyata keçirəcək “Qətəri Diyar” şirkətinin baş direktoru ilə də görüşüb. Həmin şirkət Tacikistanda ən böyük Allah evini tikməklə yanaşı bir sıra digər layihələrə də imza atacaq.
    Bu məbədin tikilməsi haqda ilk təklif 2007-ci ildə Qətər hökuməti tərəfindən irəli sürülüb. Elə həmin il məscidin tikintisi üçün torpaq ayrılsa da, tikinti işlərinə start verilməyib.
    Mərkəzi Asiyanın ən böyük Allah evi 1500 inanclı insanı qəbul edə biləcək.

    Dubayda azan səsindən şikayət edirlər

    Dubay hökuməti azan səsinin yüksəklik həddini yoxlamağa başlayacaq. Birləşmiş Ərəb Əmirliklərinin The National adlı internet saytı yazır ki, son vaxtlar yerli əhali arasındakı xarici ölkə vətəndaşları tərəfindən azan səsinin həddən artıq səs-küy yaratması haqda gələn şikayətlərin sayı artıb. Odur ki, hökumət nümayəndələri minarələrdəki səsgücləndiricilərin normalara uyğun olub-olmadığını yoxlayacaq.
    Yoxlamanı Dubayın İslam və xeyriyyəçilik üzrə idarəsi keçirəcək. Şəhərin bütün məscidləri bu qurumun nəzarətindədir.
    Dubayın baş müftisi Muhammed Al-Kobays deyib ki, məscidlərin qonşuluğunda yaşayan və yüksək azan səsindən narahat olan insanlar birbaşa idarəyə müraciət etməlidirlər: “Azan namaz vaxtının başlandığını xəbərdar etməlidir, insanlara narahatlıq yaratmamalıdır”.
    “Azan səsi müsəlmana onun ən vacib əməli – namaza çağırış oldğuna görə, səsi kifayət qədər yüksək olmalıdır”-deyə, baş müfti bildirib.
    Dubayda AL-Vahab məscidinin yanında yaşayan 54 yaşlı İran vətəndaşı Ansiya Alinnaseri şikayətlənir ki, səhər 4.30-da səslənə yüksək azan sənin onun 3 nəvəsinin yatmasına mane olur: Onlar hər səhər ağlaya-ağlaya yuxudan dururlar”.
    5 il əvvəl Dubaya işləməyə gələn rus Alla Burlyayeva isə hesab edir ki, hər şeyə öyrəşmək mümkündür. “Yeri gəlsə, biz Moskvada tramvayın da səsinə o qədər alışmışdıq ki, heç onu eşitmirdik”. Alla Burlyayeva məscidin 100 metrliyində yaşayır. “Bu, yaşadığımız ölkənin mədəniyyətinin bir hissəsidir və bundan hiddətlənmək yersizdir”-deyə, Burlyayeva bildirib.
    Al-Vahab məscidinin axundu isə şəhər sakinlərini bir qədər tolerant olmağa çağırıb: “Biz də Midousda yaşayan avropalıların hər səhər itlərini gəzintiyə çıxarmasını bəyənmirik, çünki bu heyvan İslamda təmiz hesab olunmur. Amma biz onların bu hüququna qarşı çıxmırıq, narazılığımızı bildirmirik. Biz də hansısa ölkəyə gedəndə, oranın qayda-qanunlarına riayət edirik”-deyə, din xadimi fikrini tamamlayıb.


    Almaniyanın əyalətində İslam dərsləri veriləcək

    Almaniyanın Şimali Ren Vestfalya (NRW) əyalətində gələn ildən etibarən məktəblərdə İslam dini dərsləri veriləcək. Bu haqda həmin əyalətin təhsil naziri Silvia Löhrmann açıqlama verib. Onun sözlərinə görə, neçə illərdir bu məsələ müəllim problemi üzündən həllini tapmayıb. Lakin 2012/2013 təhsil ilində dini dərslərin tədrisinə mane qalmayıb. Nazir bildirib ki, fevralın 22-də Almaniya Müsəlmanları Mərkəsi Şurası ilə danışıqlar nəticəsində İslamın bu əyalətin bir hissəsi olduğu qərarına gəlinib. İslam dərsləri verilməsi ilə bağlı sənəd yay tətilindən əvvəl parlamentə təhvil veriləcək.
    Hazırda Şimali Ren Vestfalya əyalətində 2 milyon İslam dininin davamçısı yaşayır. Əyalətdəki 130 məktəbdə təhsil alan şagirdlərin 320 mini müsəlmandır.
    Yayın sonunda diz üzrə 60  müəllimin artıq məktəblərdə işə başlayacağını deyən nazir Löhrmann dərslərin tədricən bütün məktəblərə yayılacağına əmin edib.

    Avropanın ən mömin ölkəsi Rusiya imiş

    Rusiya – Avropanın ən dindar ölkəsidir. Bu ölkədəki ateistlərin əksəriyyəti kişilərdir. Burda pravoslavların sayı müsəlmanlarda daha çoxdur. Son zamanlar keçirilən iki sorğunun nəticələri bunu göstərib. Nəticələrə görə, Rusiyada aparıcı dini təşkilat – pravoslav kilsəsidir. Ölkədə keçirilən sorğu iştirakçılarının 82 faizi Allaha inandıqlarını deyiblər. Lakin onların 50 faizi Rusiya Pravoslav Kilsəsinə aid olduqlarını açıqlayıblar.
    Bu tədqiqat İctimai Rəy Fondu (Public Opinion Foundation) və Sreda adlı dini araşdırma qrupu tərəfindən aparılıb.
    Respondentlərin 27 faizi özünü heç bir dinə aid etməyib. Bu cür cavaba gənclər və Ural sakinləri arasında daha çox rast gəlinib.
    Sorğu iştirakçılarının 13 faizi özünü ateist adlandırıb. Din-imanı olmayanların əksəriyyəti kasıblar və fəhlələr arasında imiş. Onlar heç yeməyə pul tapmadıqlarını deyiblər. Ateistlərin 68 faizi kişilərdir.
    Cəmi 4 faiz Rusiya sakini müsəlman olduğunu bildirib. Bundan da az faiz özünü digər dinlərə aid edib. Sorğu Rusiyanın 83 regionundan 43-də aparılıb və 1500 insanı əhatə edib. Moskva patriarxının nümayəndələri sorğunun nəticələrini şərh etmək istəməyib.
    Bundan əvvəl beynəlxalq İpsos təşkilatının apardığı sorğu Rusiyanın Avropada ən inanclı ölkə olduğunu göstərmişdi. Həmin sorğuda iştirak edənlərin 56 faizi Allaha inandıqlarını açıqlamışdı. Bu göstərici Polşada 51 faiz, İtaliyada 50, İsveçə isə 18 faiz təşkil edirdi.

    Kilsəni məscidə çevirirlər

    İsveçin Flen adlı kiçik şəhərində xristian icmasına məxsus kilsəni müsəlmanlara satmaq qərarına gəliblər. Bu kilsə ötən ilin noyabrında satışa çıxarılıb. İnzibati binaya kəskin ehtiyacı olan Al-Xuda İslam mərkəzi də obyekti almaq qərarına gəlib. “Local” jurnalı yazır ki, Flen şəhərindəki iki xristian icması birləşəndən sonra onlara aid binalardan biri boş qalıb. Ona görə də kilsələrdən birini satışa çıxarıblar.
    Amma binanın keçmiş sahibi, xristian icmasının rəhbəri Kristina Blumkvist deyir ki, kilsəni məhz müsəlmanlara satmaq qərarını asanlıqla verməyiblər:
    “Amma yenə də biz hər şeyi götür-qoy edəndən sonra razılıq verdik. Fikirləşdik ki, bu jestlə biz müsəlmanlara öz sevgimizi göstərmiş olacağıq” – deyə, Blumkvist bildirib.
    Bu vaxta qədər İslam Mərkəzi İsveç Qaraçıları Assosiasiyası ilə birlikdə ayrı bir binanı icarəyə götürübmüş. Amma İslam mərkəzinə gələnlərin sayı ilbəil çoxaldığına görə, onlar daha geniş yer almaq qərarına gəliblər.
    Kilsənin məscidə çevrilməsi prosesi yekunlaşmaq üzrədir. İndi yalnız bina üçün tələb olunan məbləği – 4 milyon İsveç kronunu (təxminən 641 min dollar) ödəmək qalıb. Bu məbləği yığmaq məqsədilə artıq İslam Mərkəzi ölkədəki müsəlmanlara müraciət edib. Onlar lazım olan vəsaiti il ərzində toplamağı planlaşdırırlar.

    “Google” namaz vaxtını deməyə başlayıb

    İslam.com satının məlumatına görə, bu saytın ərəb dilli səhifəsində axtarışın nəticələri ilə yanaşı həm də bütün ölkələr üçün namazın vaxtları qeyd edilir. “Google”un ərəb dilli bloquna istinadən yayılan məlumata görə, hələlik bu funksiya yalnız ingilis  və ərəb dilli şəhərlər üçün işləyir. Buna görə də, bir çox ölkələrdəki namaz vaxtları verilmir.
    Lakin “Google”un vasitəsilə Bağdad, London, Riyad kimi şəhərlərin namaz vaxtlarını öyrənmək mümkündür.

    İnsanların yarısı Tanrıya inanır

    Dünyada insanların yarısından çoxu – təxminən 51 faizi Allahın mövcudluğuna inanır. Əhalinin yalnız 18 faizi Tanrıya inanmadığı etiraf edib. 17 faiz isə hələlik bu barədə qəti qərar verə bilməyib. “İpsos” beynəlxalq araşdırma mərkəzinin 23 ölkədə 18 min insan arasında keçirdiyi sorğunun nəticəsi belə rəqəmləri göstərib.
    Britaniyanın "Christian Today" qəzetinin yaydığı məlumata görə, sorğu nəticəsində İndoneziyanın sakinlərinin daha dindar olduğu üzə çıxıb. Bu ölkədə rəyi öyrənilənlərin 93 faizi Allaha, ali qüvvələrə inanır. Türkiyədə 91 faiz, Braziliyada 84 faiz, CAR-da 83, Meksikada isə 78 faiz respondent "Allaha inanırsızmı" sualına “bəli” cavabını verib.
    Ən azı inanclıların Avropa Birliyi ölkələri və Yaponiyada yaşadığı üzə çıxıb. Məsələn, Fransada respondentlərin 39 faizi Tanrıya inanmadıqlarını bəyan edib. İsveçdə belələri 37 faiz, Belçikada 36 faiz, Böyük Britaniyada 34, Yaponiyada 33 və Almaniyada 31 faiz təşkil edib.
    Bəzi ölkələrdə isə rəyi soruşulanlar çoxallahlılığa və ya bir neçə ali qüvvənin mövcudluğuna inandıqlarını açıqlayıblar. Hindistanda respondentlərin 24 faizi, Çində 14 faiz, Rusiyada isə 10 faizi bundan əmin olduqlarını deyiblər.
    Sorğu iştirakçılarından yarıdan çoxusu – 51 faizi axirət dünyasına inandığını bildirib. 25 faiz respondent isə ölümdən sonra ruhun da məhv olduğunu hesab edib. 26 faizi isə bu dünyadan köçəndən sonra onlara nə olacağı barədə hansısa fikir yürütməkdə çətinlik çəkib.

    Məscidlərdə sanitar yoxlamalar başlayıb

    Tacikistanda Allah evlərinin gigiyena bəhanəsilə bağlanacağından qorxurlar
    Tacikistanın səhiyyə orqanları ölkənin cənubundakı Kulob şəhərinin 50 məscidində sanitar yoxlamalara başlayıb.
    Şəhərin səhiyyə idarəsinin rəhbəri Cəmşed Rofiyev deyib ki, yoxlama zamanı namaz zalları, təmizlik otaqları və hətta məscidin ətrafındakı ərazilərə də baxış keçiriləcək. O, məscidlərin normal fəaliyyətinə mane olmaq məqsədilə yoxlanıldığı barədə deyilənləri təkzib edib.
    Tacikistanın İslam Dirçəliş Partiyasının sədr müavini Vahidxon Kosidinov məscidlərdə gigiyena qaydalarına əməl olmasını vacib sayır. Bununla belə, o, qorxur ki, Allah evlərinin yoxlanması onların bağlanmasına bəhanə yarada bilər.
    Kulobdakı məscidlərdən birinin imamı bildirib ki, artıq onun işlədiyi məscid yoxlanılıb və burdakı vəziyyət qənaətbəxş elan olunub.
    Tacikistanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Mavlon Muxtarov isə sanitar müayinə məbədin qeydiyyata alınması üçün əsas göstəricilərdəndir. Lakin o, Kulobda məscidlərin yoxlanmasını haqda xəbərini təkzib edib.
    Hazırda Tacikistanda 3.348 məscid hər gün namaz qılanları qəbul edir. Ölkədə 330 Cümə məscidi və 31 mərkəzi Cümə məscidi fəaliyyət göstərir.

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 459
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30