Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Turizm sahəsində təlim filmi çəkiləcək
    “Prezidentin sərəncamı ilə bu il “Turizm ili” elan olunduqdan sonra digər qurumlar kimi QHT-lər də bu işə ictimai dəstək vermək istiqamətində aktiv fəaliyyətə başlayıblar. Amma bundan əvvəl də Qeyri-Hökumət Təşkilatları turizm sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müxtəlif layihələr həyata keçiriblər”. “KƏLAMİNFO” xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının Icraçı Direktoru Fərasət Qurbanov deyib. Onun sözlərinə görə, turizm sahəsində təşəbbüslər şura tərəfindən daim dəstəklənib və dəstəklənməkdədir: “Məsələn, əvvəlki illərdə yaşıl turizmin inkişafına dair layihələr müsbət cavablandırılıb. Bu layihələr nəticəsində ölkənin turizm imkanları olan rayonlarında əhalinin fərdi təsərrüfatlarının imkanları öyrənilib, onların turizmə, turistlərin istirahəti və yaşaması üçün yararlı olan yerləşmə məkanları müəyyənləşib və həmin kənd evlərindən ibarət kataloq yaradılıb. Bu kataloq ictimaiyyət arasında elektron vasitələrlə yayınlanır və rayonlara səfər edən turistlər həmən yerləşmə məkanlarının xidmətlərindən istifadə edirlər. Artıq cənub regionu üzrə Astara rayonunun belə bir kataloqu hazırdır.

    Eyni zamanda Şuranın dəstəyi ilə turizm obyektlərində çalışan əməkdaşlar üçün qeydiyyat prosesinin öyrədilməsinə dair təlimlər keçirilib. 2 illik ardıcıl olaraq təşkil olunan bu təlimlər nəticəsində 50-dən çox gəncin bu sahədə ixtisası artırılıb. Bundan əlavə, ölkənin şimal regionunun turizm obyektlərində çalışan gənclər üçün sosial xidmətin yaxşılaşdırılması sahəsində təlimlər keçirilib. Ümid edirik ki, QHT-lər tərəfindən həyata keçirilən bu növ təlimlər turizm xidmətinin yaxşılaşmasına, turizm sahəsində çalışan əməkdaşların peşəkarlığının artırılmasına müəyyən qədər öz töhfəsini verir. Bu il də Şura çox maraqlı bir layihəyə dəstək verib və turizm sahəsində çalışan əməkdaşlar üçün video-treninqlər layihəsi tərəfimizdən dəstəklənib. Bu layihə çərçivəsində turistin qəbul olunma mərhələsindən yola salınmasına qədər bütün prosedurları özündə əks etdirən videofilm hazırlanacaq. Həmin film xüsusi təlim ssenarisi əsasında hazırlanır. Yəni bu filmə baxan və turizm sahəsində çalışmaq arzusunda olanlar həm maariflənəcək, həm də turizmin sirlərini, onun doğru-düzgün qaydalarını mənimsəyəcəklər. Fikrimcə, bu layihənin gerçəkləşməsi ilə turizm sənayesinin nümayəndələri əvəzsiz tədris vəsaiti qazanacaqlar”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 364
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30