Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşün tarixi dəqiqləşib
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün tarixi dəqiqləşib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, görüş iyunun 11-də Moskvada keçiriləcək.
Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.