Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qarabağ: “Moskva göz yaşlarını unuda bilmir”
    Demək olar ki, son bir- neçə ildə Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ənənəvi hala çevrilib. Nəticəsiz imic qazanan bu ənənədən Rusiya nə qədər ciddi- cəhdlə istifadə etməyə çalışsa da, yenə Cənubi Qafqazda heç nə dəyişmir. Əksinə, hər görüşdən sonra münaqişə tərəfləri arasında müharibə bəyanatları getdikcə qızışır. Məsələ burasındadır ki, heç Rusiya da bu görüşlərdən sonra Qafqazda bir addım da qabağa gedə bilmir. Məsələn, son illər Rusiyanın Qarabağla bağlı fəallığı artdıqca Şimali Qafqazda ardı-arası kəsilməyən terror hadisələrinin artması Moskvanı əməlli-başlı düşündürməyə vadar edib. Bununla belə Qarabağ kontekstində Rusiya mütəmadi üç ölkənin prezidentlərini görüşdürməklə tutduğunu buraxmır ki, buraxmır. Qeyd edək ki, prezidentlər arasında belə bir görüş növbəti dəfə Rusiyanın təşəbbüsü ilə bu ay da keçiriləcək. Bəs, Moskvanın bu təşəbbüslərinin arxasında nə dayanır, ruslar nəyi unutmaqda çətinlik çəkirlər?

    “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyir ki, Rusiyanın Cənubi Qafqazda indiki rolu heç də beş il əvvəlki kimi deyil. Moskvanın missiyasında dəyişikliklər hiss olunur. Millət vəkili hesab edir ki, artıq Rusiya sülhməramlı bir nüfuz əldə etmək və öz avtoritetini qaldırmaq üçün həqiqətən də Qarabağ məsələsində nisbi bir həll yolunun tapılmasını istəyir. “Amma təbii ki, bu, sonadək Azərbaycanın, yaxud Ermənistanınmı xeyrinə bir çözüm olacaq baxımından heç də tam olaraq inandırıcı deyil. Bu, hələ ki, mübahisə mövzusudur. Hər halda, Rusiyanın mövqeyinin gücləndirilməsinə, həm də ilk dövrlər üçün müqavilənin hazırlanmasına xidmət edən bir sənədin gerçəkləşəcəyini gözləyirəm”,-deyə Z.Oruc vurğulayıb. Deputatın fikrincə, istənilən halda Moskva Qafqazdakı keçmiş nüfuzunu asanlıqla unuda bilmir. Siyasi ekspert Elxan Şahinoğlu isə deyir ki, Rusiya prezidentinin son ilyarımlıq fəallığı Dağlıq Qarabağ münaqişəsinin həllini əsla sürətləndirmir. “Çünki ən azı rusiyalı rəsmilər nə Madrid, nə də “yenilənmiş Madrid prinsipləri” ifadəsini dillərinə gətirirlər. Moskvanın başlıca marağı münaqişənin indiki status-kvosunun qorunması və müharibənin başlanması ehtimalının azaldılmasına nail olmaqdır. Kreml hələ ki, hər iki vəzifənin öhdəsindən uğurla gəlir. Rusiya XİN-in Departament rəhbərlərindən biri bu yaxınlarda verdiyi müsahibədə açıq söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyalıqdır və Kreml təkbaşına bu işlə məşğul olacaq. Rusiyanın iddiası açıq-aşkar ortadadır”,-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, Moskva belə görüşləri tez- tez keçirməklə dünya birliyinə “burda mənəm, Bağdadda kor xəlifə” devizini xatırlatmaq istəyir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 356
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30