Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İslamda psixoloji fenomenlər
    İnsanın psixoloci davranışları bütün dinlərin təməl özəlliklərinin aparıcı xəttidir. Çünki dinin təbliğ və təşviqinin hədəfi ilk növbədə insandır. Şübhəsiz ki, din - insanı olduğu kimi qəbul etməkdən daha çox onun necə olacağı ilə maraqlanır. Bir əxlaq və tərbiyə sistemi kimi din insani güc və meylləri fenomenlər səviyyəsində təsbit etməklə yanaşı, həm də öz metodoloci vasitələri ilə izah edə bilir.
    İman, şübhə, inkar, riza, təslimiyyət, bağlılıq, qarşıqoyma, etiraz, üsyan, dönmə (irtidad), laqeydlik  və s. hallar insanın dinin dəvətinə verdiyi müxtəlif cavab şəkilləridir. Başqa sözlə desək, insan – Allah münasibətlərində bunlar insan davranışının çeşidli görüşləridir. Dinə dəvət qarşısında insanın fərqli tutumları, bunlara yol açan niyyət və motivlər, təsir və nəticələr barədə İslamın təməl biliklərində təsbit və təhlillərin geniş yer alması insan psixologiyası ilə bağlı fenomenlərin araşdırılmasının vacibliyinə dəlalət edir.

    Ötən əsrlərdə İslam dünyasında «İlmün-Nəfs» və «İlmü -Ahvalir-Ruh» adlı əsər və fənlərin mövcudluğu, müsəlmanların psixologiya elminə maraq və töhvələrini ifadə edir. Öz dövrünün elmi anlayışı və şərtləri baxımından bu növ çalışmalar müasir sosiopsixologiya üçün çox böyük önəm daşıyır.
    İnsanın psixoloci fenomenləri ilk öncə Qurani-Kərim və hədislərdə aranılır. Qurani-Kərimdə «ruh» anlayışına az rast gəlinir; buna qarşılıqlı olaraq «nəfs» ifadəsi daha geniş yer alır və şərh olunur. Nəfs - ruh və bədəndən ibarət olan, mənlik şüuruna sahib insan, bəşəri fərd, insanın zatı, özü və yaxud insan şəxsiyyətinin təmayülləri kimi anlaşılır. Nəfs insanın daxili mənəviyyatı, bütün insani yaşantıların, duyğuların toplandığı psixoloci məkandır.
    Qəzzali «Mizanül-Əməl» əsərində yazır ki, nəfsin cismani və ruhani aləmə çevrilmiş iki üzü vardır. Fərabiyə görə isə insan nəfsi düşünmə (əl-qüvvətün-natikə), arzu etmə (əl-qüvvətün-nuziyyə), xəyal qurma (əl-qüvvətül-mütəhayyilə) və duyumdan (əl-qüvvətül-həssasə) ibarətdir.
    Ümumiyyətlə, hesab olunur ki, nəfsdə bir-birinə zidd meyllər eyni təsir qüvvəsindədirlər. Bu zidd meyllərin üzərində nəfs, varlıq hüdudlarında, özü-öüzünü quran və tənzimləyən, (bax: Qurani-Kərim; Şəms 917-10), inkişaf və yetkinlik qabliyyətli (Yusif 1553; Qiyam 752) dinamik bir sistemdir. Allahın varlığının dəlilləri xarici aləmdə olduğu kimi insan nəfsində də mövcuddur.
    «Onun haqq olduğu onlara bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda), həm də onların öz daxilində mütləq göstərəcəyik…» (Fussilət surəsi, 53-cü ayə)
    «Yerdə tam yəqinliklə (Allaha) inananlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır. Məgər görmürsünüz?» (Zariyat surəsi, 20-21). Bu baxımdan, təbiət və tarix kimi insan nəfsi fenomeni də diqqətlə öyrənilməyə ehtiyacı olan bilik sahəsidir.
    Qurandakı bir çox ifadələrə görə, insan səbatsız, dəyişkən, zəif, inadcıl və narahat bir təbiətə sahibdir.
    «…Nəfslərdə xəsislik həmişə mövcuddur…» (Nisa surəsi, 128-ci ayə)
    «Həqiqətən, insan çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır. (Məaric surəsi, 19-cu ayə)
    «…Nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Nəsr; 9. Təğabun; 16).
    Nəfsin təbiətində yer alan təzyiq və meyllər davranışa güclü təsir göstərməkdədir.
    «Qadınlar, uşaqlar, qızıl-gümüş yığanları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır» (Ali-İmran surəsi, 14-cü ayə)
    İnsan çox asanlıqla bunların sehrinə qapılaraq Allahdan qopub yanlışlıqlar içərisində yaşamağa davam edir. Nəfsin inkişaf edib ruhaniləşməsində ən böyük əngəl isə insanın yenə də özüdür, öz subyektiv meyllərindən ayrıla bilməməsidir.
    «Mən özümü təmizə çıxarmıram, Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər…» (Yusif surəsi, 53-cü ayə).
    İnsanın Allahla əlaqələrini təhlükəyə aparan və dini meyarlardan kənar bir həyat yaşamağa yönəldən amil məhz budur.
    «… Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar…» (Sad surəsi, 26-cı ayə)
    «Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili sənmi olacaqsan?…» (Furqan surəsi, 43-cü ayə)
    Qurani-Kərimin Nəcm (23-24), Casiyə (23), Rum (43) surələrində də müvafiq ayələrə rast gəlmək olar.
    Bu baxımdan nəfs təbii təzyiq və meylləri ilə insanı uca niyyətdən - Allah qarşısında məsul olan mömin insan tipinin yaradılmasından uzaqlaşdıran ən önəmli vasitədir. Nəfs şüur inkişafının alt qatına, ibtidai-natural mərhələsinə bağlıdır, onun təşəkkül tapıb formalaşmaması cəmiyyətdə dini konsepsiyanın zəifliyi ilə əlaqəlidir.
    Quranda insan təbiəti və xarakteri ilə bağlı fikirlər çox təkrar olunur. Bundan başqa insanın psixoloci funksiyaları, inkişaf dövrləri, tipologiyası kimi mövzulara da rast gəlinir. Şübhəsiz ki, Quranda ən geniş şəkildə toxunulan mövzu iman və inkar psixologiyasıdır. Bunlara əlavə olaraq vəhy, ilham, röya, cəmiyyətin təsiri, dini təbliğə qarşı dirənmə və müdafiə mexanizmləri, qrup və kütlə psixologiyası kimi bir çox mövzunun müqəddəs Kitabda mükəmməl şərh olunduğu bəllidir.
    İslamda ruhi vəziyyətlərin ilk araşdırmasını Həzrət Mühəmməd Peyğəmbər (s) aparmışdır. İbn Səyyad adlı bir gənc yəhudinin bəzi normaldan kənar hallarını müşahidə edən Allahın Rəsulu ona müxtəlif suallar vermiş, onun keçirdiyi ruhi sarsıntıların mahiyyətini aydınlaşdırmağa çalışmışdır. Belə bir hadisənin Həzrət Peyğəmbərin (s) marağına səbəb olması nə qədər diqqət çəkicidirsə, onun araşdırma metodu da bir o qədər heyranedicidir. Bu gün müasir psixoanilizdə istifadə olunan xarici müşahidələrlə daxili müşahidələrin kompakt izlənişi İslam banisinin müdriklik qabliyyətindən xəbər verir.
    Ən önəmli olan Həzrət Mühəmməd (s) və səhabələrinin dini həyatın hər sahəsində həqiqi və real biliklərə üstünlük verməsidir. Həzrət Peyğəmbər (s) öz şəxsi vəhy təcrübəsi haqqında mükəmməl bilgilər vermiş, bu olaya şahid olan səhabələr isə onun keçirdiyi halların bütün zahiri formalarını diqqətli bir şəkildə qeyd etmişlər. Röya təhlilləri və açıqlamaları da ilk müsəlmanların «özünü anlama» baxımından dəyərləndirdiyi bir analiz olmuşdur. Səhih hədis kitablarının çoxunda «Röya və açıqlaması» mövzusundakı hədislər əlahiddə yer tutur. Daha sonralar bu mövzunun İslam mədəniyyəti tarixində qazandığı önəm müstəqil əsərlərin yaranmasına yol açmışdır. Məhəmməd ibn Şirinin «Müntəhabül-Kəlam Təfsiril-Əhlam», Əbdül-qəni ən-Nablusinin «Taturil-Ənam fi Təbiril-Mənab» əsərləri bu baxımdan ən məşhurları sayılır və təbii ki, Qərbin psixoanaliz korifeyi sayılan Z.Freydin eyni mövzulu əsərinin «pionerliyini» sual altında qoyur.
    Bəzi səhabələrin öz ruhi halları və dini təcrübələrinin müşahidələri haqqında Buxari və Müslimdə hədislər mövcuddur. Bu subyektiv təcrübələrin anlamı və yozumu Həzrət Peyğəmbərdən (s) soruşulmuşdur. Son zamanlara qədər sosioloqlar arasında mübahisə mövzusu olan mühitin insana təsiri məsələsi də Həzrət Peyğəmbərin (s) «fitrət» barədə hədisi çərçivəsində tam və dolğun şəkildə aydınlaşmışdır.
    Buxarinin Əbu Hüreyrədən etdiyi rəvayətə görə, Həzrət Peyğəmbər (s) «hər uşaq öz fitrəti ilə doğulmuşdur» - deyə buyurdu və sonra da: «bu ayəni oxuyun» - dedi. «Sən üzünü hənif dinə, Allahın yaradılışda verdiyi fitrətə çevir. Allahın yaratdıqlarında dəyişmə yoxdur…» (Rum surəsi, 30-cu ayə)
    Sonra Rəsulullah sözünü belə tamamladı: «Uşağı ana-atası yəhudiləşdirir, xristianlaşdırır və ya məcusi edir. Heyvanlar əzaları tam olan yavru doğarlar. Siz onların qulağını kəsirsiniz, lakin qulağı kəsik doğulan heyvana heç rast gəldinizmi?»
    Hədisə əsasən bu qənaətə gəlmək mümkündür ki, insanlar irqi və dini mənsubiyyətləri nəzərə alınmadan, doğuluşda eyni fitrətə və təməl özəlliklərinə malikdirlər. Uşaq yalnız mühit şərtlərinin və tərbiyə sisteminin təsiri ilə başqalaşır. İnsan fitrətinə verilən bir islami dəyər bəşərin təkamülü prosesində İlahi substansiyanın varlığını bir daha təsdiq edir.
    Ümumiyyətlə, hədisi-şəriflərdə müasir elmi çalışmalara mövzu ola biləcək onlarla fenomenal müddəalar təsbit etmək mümkündür. Qəmər CAVADLI
     

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 870
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30