Gənc Tamaşaçılar Teatrının iyun repertuarında nələr olacaq?
Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti ay üçün öz repertuarını müəyyənləşdirib. Teatrın baş rejissoru Cənnət Səlimovanın “KƏLAMİNFO”ya verdiyi məlumata görə, artıq təqdim olunacaq tamaşaların afişası da hazırdır.
Cari ilin iyunun 4-də Y.Şvartsın “İfritin kələyi”, Ə.B Haqverdiyevin “Pəri Cadu”, 5-də Ş.Perronun “Çəkməli pişik”, K.Hamsunun “Viktoriya”, 11-də B.Marvinin “Yatmış gözəl”, İ.Fəhmi və O.Kazıminin “Axırıncı qatar”, 12-də A.Şaiqin “Tıq-tıq xanım”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, 18-də X.Əlibəylinin “Dovşanın ad günü”, M.F.Axundovun “Hekayəti Xırs quldurbasan”, 19-da Azərbaycan xalq nağılı “Göyçək Fatma”, C.Cabbarlının “Aydın”, 25-də Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”, Ə.Əmirlinin “Mən səni sevirəm”, 26-da S. Marşakın “Pişiyin evi”, H.Cavidin “Şeyx Sənan” tamaşaları təqdim olunacaq.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının afişasında yer alan bu tamaşalar göstərilən tarixlərdəki ardıcıllıq üzrə saat 12:00 və 19:00-da göstəriləcək.