Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "Nənə qucağı"
    «Qış soyuq keçmədi» kitabindan bir hekayə

    Neçə gündü evimizdə şənlikdi, toy–büsatdı. Neçə gündü evimizdə, ailəmizdə ümü–küsü yoxdu, hamı deyib–gülür, sevinib–şadlanırdı. Yəqin ki, səbəbini bilmirsiniz. Nə olar ki, bilmirsiniz, indi mən danışaram və siz də hər şeyi bilərsiniz. Yaxşı, onda fikriniz–zikriniz məndə olsun ki, sizə evimizdə ki xoş əhval–ruhiyyəli dəqiqələrdən söz açım.

    Mənim sizə danışacağım bu söhbət bir az da şirinşəkər nağılı xatırladır. Tamam nağıl olmasada, nağılvarıdır və bu nağıla oxşar canlı bir aləmi bizə Züleyxa nənəm özüylə kənddən gətirib. Sağ olsun, Züleyxa nənəm, deyirəm əgər o, kənddən bizə qonaq gəlməsəydi, bəlkə heç mənim də sizə danışmağa bir söz–söhbətim olmazdı. Bəli, bu hekayətin, nağılın müəllifi Züleyxa nənəmi danışanı isə Savalan, yəni mən. Təkcə söhbət açan, nəql edəni, başqa heç nə. Qalan nə varsa, hamısı Züleyxa nənəmə məxsusdur.
    Bəli, Züleyxa nənəm bizə qonaq gəlmişdi. Və sankı rayonumuzun, kəndimizin bütün yaxşı nəyi varsa, hamısını yır–yığış edib özüylə şəhərə getmişdi. Yarısın əmilərim, bibilərimgilə, yarısını da bizə. Istəyirəm, bunu da biləsiz ki, mənim pay–puşk daha çox, daha qiymətlidir. Çünki nənəm məni hamıdan çox istəyir. Ona görə yox ki, mən əmilərimin, bibilərimin uşağlarından yaxşı oğlanam.
    Xeyir, belə deməyə cəsarət eləmərəm. Elə Elman da, Elnur da, Elvin, Aqil, Şəhriyar, Ziya… Səbuhi də yaxşı oğlanlardır. Amma nənəm heç kimdən qorxmadan, çəkinmədən deyir ki, Savalan balama qurban olum, Züleyxa nənəsini hamıdan çox istəyir.
    Elə–belə deyilmir bu xoş, ürəkaçan sözlər. Çünki mən hər il qış və yay tətilində kəndə nənəmin yanına gedirəm, onu darıxmağa, əziyyət çəkməyə qoymuram, hər cür xırdapara iş–gücünə yarıyaram.
    Bügünkü sevincin isə başqa tamı, ləzzəti var. Bilmirəm Züleyxa nənəm bunu bilərəkdən edib, ya da elə–belə, təsadüfən bu cür alınıb. Axı, doğrudan da, öz doğulduğu ili, yaşını belə doğru–düzgün bilməyən Züleyxa nənəm bu gün mənim ad günüm olduğunu haradan bilirdi? Və çox keçmədən anam nigərançılığıma son qoydu:
    - Təyyar əmingildən zəng eləmişdilər. Mən də dedim ki, bu gün Savalanın ad günüdür. Züleyxa nənəm bunu eşidəndə orada qərar tutmayıb gəlib.
    - Sağ olsun, min yaşasın, mənim gözəl–göyçək Züleyxa nənəm!– deyib ona sarı qaçdım.
    Nənəm məni qrıq qolları arasında elə sıxdı, elə sıxdı ki, tütün qoxusu gələn səsi, nəfəsi mənim də səsimə, nəfəsimə qarışdı. Və birdən–birə mənə elə gəldi ki, bu tütün qoxusundan indicə başım fırlanıb yerə yıxılacam. Ancaq yıxılmadım. Hətta özümü elə apardım ki, güya heç mənim başım gicəllənməyib və papiros qoxusundan məst olan da mən yox, tamam özgə bir adamdır.
    Nənəmin xasiyyətinə yaxşı bələdəm. Əgər onun papiros çəkdiyindən narazı qaldığımı, bildirsəydim, məndən əməllibaşlı inciyərdi.
    Ümumiyyətlə, nənəm ona irad tutmağı xoşlamır. Xasiyyəti tünddür, sərtdir. Bu xasiyyətdə qadından daha çox kişiyə oxşayır. Bir dəfə nənəmdən soruşdum ki, ay nənə sənə papiros çəkməyi kim öyrədib? Nənəm cavab vermək əvəzinə sifətini turşutdu, sonra da acıqlı–acıqlı:
    - Bu sənin sözün deyil, –deyib sərt cavab verdi.
    - Nənə canı yox, öz sözümdür! Sadəcə bilmək istəyirəm.
    - Ha, onda nənə sənə danışar.
    Sonra da Züleyxa nənəm mənə siqaret çəkməyin tarixindən danışdı. Aydın oldu ki, mənim yazıq Züleyxa nənəmi papiros çəkməyi ağır gün–güzəran, dərd–qəm, bir də Böyük Vətən müharibəsinin qanlı–qadalı illəri öyrədib. Bir-birinin ardınca zavallı Züleyxa nənəm dörd qardaşını, ərini, sonra daha beş yaxın qohum qardaşını cəbhəyə yola salıb. Qələbədən sonra isə onlardan, ancaq biri– əri, yəni babam evinə qayıdıb, o da yarıcan. Papirosla bir dəfə, iki dəfə, üç dəfə… zarafət edib və bir də görüb ki, ay dade–bidada, bu zəhrimara qalmış tütün yarpaqları ona hamıdan əziz, doğma, hər şeydən şirin, dadlı olub. Illər keçdikcə bu zəhərli siqaret tüstüsü nənəmə, nənəm də ona doğmalaşıb və indi heç cür onlar bir–birindən ayrıla bilmirlər ki, birlmirlər. Dost–doğma qardaş olublar, bacı olublar, mehriban ana–bala olublar.
    - Bir atandan soruş,-deyib nənəmə "Radopi" filterli siqaretini yandırdı.
    - Uşaqlıqda papirosumla o qədər onun üz–gözünü yandırmışam ki,… bunun üstündə rəhmətlik baban mənə nə qədər əzab–əziyyət verib, bütün olan olmaz tütünümü, papirosumu ocağa atıb yandırıb. Sonra görüb ki, xeyir, tərkidə bilmirəm, çəkirəm, təzədən gedib dükandan mənimçün müxtəlif növlü siqarlar alıb. Odur -budur bir kimsə mənə, nə də papiros çəkməyimə sataşmır.
    Nənəm və onun papiros çəkməyi ilə bağlı söz–söhbət bununla bitdi. Nənəm yenə məni dönə–dönə qucaqladı, lap körpə vaxtlarında uşaqlar kimi oxşadı, əzizlədi, dönə–dönə yanaqlarımdan, üz–gözümdən öpdü. Aman Allah, nənəmin çəkdiyi "Radopi"nin qoxusu, zəhri məni boğub öldürdü! Ancaq cınqırımı da çıxartmadım və çıxartmaram da! Bir azdan ailəmiz stol başına yiğşdı, anam ləziz yeməklərdən gözəl süfrə açdı. Məni evin ən hörmətli adamı, əsl qalib kimi stolun başında oturtdururlar. Hələ haqqımda bir xoş söz dedi. Bir az da mənə sataşdılar. Bu şən zarafatlarda Züleyxa nənəmin xüsusi payı vardı. Çünki o, bacı–qardaşlarımdan ən yaxşı məni tanıyırdı, mənim əyri əskiklərimi bilirdi. Axı, nənəmin yanında hamıdan çox mən oluram. Elə kənddə də daha çox məni tanıyırlar. Hətta ötən ilki tətildə özümə qəribə bir ləğəb də qazanmışam "Züleyxa arvadın nəvəsi". Bəli, məni ata–anama görə yox, daha çox Züleyxa nənəmin adıyla tanıyır və çağırırdılar. Sağlıq olsun, inşallah böyüyəndən sonra mənə görə nənəmi tanıyar və hörmət edərlər.
    Xülasə, yatmaq vaxtı gəldi, atam bir zəif damarımı bildiyi üçün mənə sataşmağa başladı:
    - Savalan bu gecə Züleyxa nənəsiylə yatacaq.
    - Nədi, yerimiz, yorğan–döşəyimiz yoxdu? - deyib atama sualla müraciət etdim.
    - Elə mənim də arzum belədi, - Züleyxa nənə atamın söz-söhbətinə güc–qüvvət verdi.
    - Xeyr, Züleyxa nənə nəvəsiylə yatmaz, öz istəkli oğlu Adilxan müəllimlə yatar!
    - Mən uşaqlıqda anamla çox yatmışam, indi növbə sənindi, "Züleyxa arvadın nəvəsi!" deyib atam qəhqəhə çəkdi, evdəkilər də ona qoşulub xeyli gülüşdülər.
    Sonra da atam üzünü mənə tutub:
    - Bilirsən nə üçün? Ona görə ki, bu qucaqdan altı oğul, dörd qız çıxıb.
    Hamımız sağ–sağlam, gümrah ərsəyə çatmışıq. Görürsən də, altı qardaşın altlısı da ali təhsil alıb, hərəsinin öz ad–sanı, vəzifəsi. Ata sənə düz söz deyir, nə sirr varsa, o qucaqdadır.
    Əgər sən də o qucaqda yatsan… hə, o söz idin?
    - Qoy birinci Sevil, Elxan, Orxan, Məlahət o qucaqda yatsınlar, sonra mən də yataram, - dedim.
    - Ağlına dua yazdırım sənin, onlar uşaq vaxtı Züleyxa nənəmin qucağında o qədər yatıblar ki … Elə ona görə ağıllı, savadlıdılar da. Indi bu evin uşağı sənsən.
    Elə bil tutuldum, atama cavab verməyə söz tapammadım. Ancaq yenə mənə sataşır, söz atırdılar və sankı bu hərəkətlərindən həz alırdılar. Mən də onlarlın hamısının cavabını verirdim. Çünki arxayındım ki, bu gecə heç kim xətrimə dəyməz, sabah isə yenə hərə öz yerində oturacaqdı, əvvəlki qayda–qanunlar bərpa olunacaqdır.
    Səhər oyananda nə görsəm yaxşıdır? Heç sözlərimə, gözlərimə inanmağımda gəlmir. Gördüm ki, mən nənəmin qucağındayam! Aman Allah, bu necə ola bilərdi?! Axı, mən həmişəki yerimdə yatmışdım?! Görəm bunu kim etmişdi, –Elxan, Orxan, yoxsa atam? Kim etmişdisə ustalıqla iş görmüşdü, heç bir iz qoyulmamışdı. Birdən ağlıma gəldi ki, yəqin nənəmin danışdığı nağılları qəhrəmanlarından kimsə məni çarpayımdan qucağına alıb nənəmin yatağına qoyub. Nə bilim, ya da bu möcüzə idi. Məgər həyatdə az möcüzələr baş verir?!
    Hər halda peşman da deyiləm. Çünki bu gecə elə şirin–şirin yatmışam ki. Özüm də inanmırıam ki, atam düz deyirmiş, sən demə, elə doğrudan da nənə qucağının böyük sirri varmış. Istərdim ki, bütün uşaqların Züleyxa nənəm kimi bir nənəsi olsun və hamı bu isti, mehriban nənə qucağında xoşbəxt boya–başa çatsın. Hacı Ağəddin MANSURZADƏ
     

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 829
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30