Xalq rəssamı Mayis Ağabəyovun yubiley sərgisi keçiriləcək
“Nizami”, “Nəsimi”, “Babək” və s. kimi Azərbaycan kino tarixində mühüm yer tutan filmlərin qurluşcu rəssamı olan Mayis Ağabəyovun sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, yubiley sərgi 17 may 2011-ci il saat 17:00-da təşkil olunacaq.