Üsama bin Ladenin gizləndiyi evdən əldə edilən kəşfiyyat məlumatları göstərib ki, 11 sentyabrda həyata keçirilən terror aktlarının onuncu ildönümündə «Əl-Qaidə» ABŞ-da yeni terror hücumları planlaşdırırmış. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, planların detalları haqqında hələlik məlumat verilmir. Buna baxmayaraq, dəmiryol və qatarların hədəfə alındığı qeyd edilib.