Fransa Müəmmar Qəddafiyə sadiqlik nümayiş etdirən 14 liviyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, diplomatlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. Söhbət bir ay bundan öncə qapadılan səfirliyin işçilərindən gedir.
Qeyd edək ki, Fransa Liviyaya qarşı aparılan hərbi əməliyyatların fəal iştirakçısıdır.
Ötən gün London da iki liviyalı diplomatın çıxarılması barədə qərar qəbul edib.