Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Turizm sektoruna vergi güzəştlərinin tətbiqi təklif olunur
    İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) turizmlə bağlı təkliflər paketi hazırlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə təşkilatın rəhbəri Vüqar Bayramov bildirib. V.Bayramovun sözlərinə görə, sənəddə Azərbaycan turizminin indiki səviyyəsi qiymətləndirilib: “Söhbət turizmin inkişafına kompleks yanaşmadan gedir və bir sıra təkliflərimiz var. Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, Azərbaycanın turizm sektoruna vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Məsələn, Rumıniyada Əlavə Dəyər Vergisi (ƏDV) 16 faizdir. Amma turizm şirkətləri bu vergini 50 faiz güzəştlə, yəni 7 faiz ödəyir. Qonşu Gürcüstanda isə turizmlə məşğul olan şirkətlər 15 illik müddətinə ƏDV-dən azad edilib. Azərbaycanda da buna ehtiyac var. Çünki vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır.

    Bundan başqa, turizm sektorunda elektron hökumət sisteminin elementlərinin tətbiqini təklif edirik. Yəni “on-line” qaydada sifariş imkanları olmalıdır. Nəzərə almaq lazımdır ki, xaricdə olan turistlərin əksəriyyəti məhz internet vasitəsilə hotellər, onların xidmətləri və qiymətləri barədə məlumat əldə edir. Təəssüf ki, Azərbaycanda elektron turizm yox səviyyəsindədir və turistlərin mehmanxanalar barədə məlumat almaq, seçim etmək imkanları yoxdur. Biz, həmçinin elektron turizm xidməti göstərən şirkətlərin ƏDV-dən azad edilməsini təklif edirik. Başqa ölkələrdə belə bir təcrübə var. Azərbaycanda bələdçilik xidməti də inkişaf etməyib. Buna diqqət yetirilməlidir və bir də daha vacib qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərimiz var. Aydın məsələdir ki, bizdəki qiymətlər sünidir, kifayət qədər şişirdilib. Dövlət başçısı da ölkədəki qiymətlərlə bağlı iradlarını bildirib”. V.Bayramov bildirib ki, İSİM artıq təkliflər paketinin aidiyyəti dövlət qurumlarına, Mədəniyyət və Turizm Nazirliyinə, Vergilər Nazirliyinə, Prezident Administrasiyasına təqdim edilməsinə başlayıb. Yaxın günlərdə isə sənədin geniş təqdimat mərasimi keçiriləcək. Tədbirə dövlət qurumlarından, parlamentdən, beynəlxalq təşkilatlardan, yerli vətəndaş cəmiyyəti institutlarından nümayəndələr dəvət olunacaq və müzakirələr aparılacaq. Bu müzakirələrdən sonra yekun variantda sənəd qəbul olunacaq, Nazirlər Kabinetinə və Milli Məclisə təqdim ediləcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 474
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30