Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gender problemi: görünən və görünməyən tərəflər
    Son zamanlar  gender problemi cəmiyyətdə geniş müzakirə olunur. Əsasən xaricdən dəstəklənən bu problemin müzakirəsi cəmiyyətdən böyük enerji udur. Sanki, bizim Qarabağ yox,  gender problemimiz var. Çoxbilmişlər yəqin ki, ikincini qabardırlar ki, birinci unudulsun. Azərbaycanda qadınların cəmiyyətdə tutduğu mövqenin inkişaf dialektikasına nəzər salmağa ehtiyac duyulur.
    “Nağı Şeyxzamanlının xatirələri” kitabında (Bakı, Qartal, 1997. səh 269-270) yazılır ki, “Avropada təhsil alan bir qrup tələbə yay tətilində Bakıya qayıdanda, öz himayədarları olan H.Z.Tağıyevi ziyarət edirlər. Gənclərin biri Hacıya müraciət edərək soruşur: “Hacı əfəndi, siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündür?”,- sualını verir.

    Tələbənin bu sualı elə bil Hacını yuxudan oyadır. O: “Övladlarım, çox doğru söyləyirsiniz, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam”,-deyir.
    Ertəsi gün Qafqazda nəşr olan qəzetlərdə Hacının aşağıdakı məzmunda bir elanı çıxır: “Qafqaz türklərinin 7-8 yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəblərinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil aldıqdan sonra öz qızlarım kimi onları evləndirib gələcək həyatlarını təmin edəcəyəm”. İmza: Hacı Zeynalabdin”
    Beləliklə, ilk “Qızlar seminariyası” keçən əsrin əvvəllərində Bakıda fəaliyyətə başlayır və ölkəmizdə qızların kütləvi təhsil alması prosesinə Hacı Zeynalabdin tərəfindən xeyr-düa verilir. Şükürlər olsun ki, bu ənənə indi də davam edir. Bu gün fəaliyyət göstərən qızlar seminariyası rəhmətlik  H.Z.Tağıyevin açdığı seminariyanın mənəvi varisidir. Bu qısa xülasədən göründüyü kimi, bizim qadınların cəmiyyətə total daxil olması keçən əsrin əvvəlindən başlayır.
    Azərbaycanın təhsilli qadınları, həyatın çox sahələrində çalışaraq, bir tərəfdən millətinə müəllim, həkim kimi (və bunun kimi) ləyaqətlə qulluq etmiş, digər tərəfdən, ailənin maddi resurslara artan tələbatını ödəməkdə həyat yoldaşına dayaq olmuşlar. Cəmiyyət inkişaf etdikcə qadınlarımız da inkişaf edərək, sosial pilləkənlərlə qalxaraq alim, məktəb direktoru, baş həkim və bunun kimi digər sahələrdə millətinə layiqincə xidmət etmişlər. Cəmiyyətin sonrakı inkişafı qadınların bir qismini xidmət sahəsindən idarəetmə sahəsinə keçirmişdi. Həm ailənin yükünü, həm də ictimai - dövləti yükü çəkmək bəzi hallarda qadınlara çətinlik törətdiyindən, ailə üçün, uşaqların tərbiyəsi üçün nəzərdə tutulmuş vaxt resursunun bir hissəsi də ictimai işlərin yerinə yetirilməsinə sərf edilirdi.  Digər tərəfdən, bəzi qadınlar, şəxsiyyət olma çələngini kişilərlə bölüşdürməyə can atır və fəaliyyətlərində Makiavellinin “məqsədə çatmaq üçün hər şey məqbuldur” prinsipindən də yeri gəldikcə bəhrələnirlər. Vəzifəyə məhəbbət, çox vaxt ailəyə məhəbbətin hesabına baş verirdi. Belə hallarda uşağın tərbiyyəsi yad adama həvale edilir. Vəzifəyə hərislik ailənin müqəddəsliyinə zərbə vururdu. Sərbəstləşmə və boşanma düşüncəsi ortaya qoyulur. Bu düşüncələr mötəbər ailə qurmağa marağı da azaldır. Nəticədə qadınlar “kişiləşir” (və tərsinə) ailəyə bəzən kişidən də çox pul gətirir. Getdikcə qadın təbiət tərəfindən ona verilmiş analıq funksiyasını yerinə yetirməkdən uzaqlaşır...
    Müasir dövrdə Şərqdə və Qərbdə gender probleminə baxış müxtəlifdir. Qərbdə həm qadınlar özləri özlərinə, həm də cəmiyyət onlara resurs kimi baxır. Resurs isə reklamı sevər. Bu səbəbdən də Qərbdə qadın özünü reklama çox fikir verilir. Reklam oluna bilən hər bir bədən üzvü bədəndən “ayrılaraq” (bəzənmə vasitəsi ilə), diqqət mərkəzinə çəkilir. “Şpilkadaban” ayaqqabı, saç düzümü, boyalar, mini yubkalar, açıq-saçıq geyimlər, cins şalvarlar bədənin müxtəlif üzvlərinin reklamı məqsədi daşıyır və qadınların yox, məhz əks cinsin diqqətini cəlb etmək üçün bəzənirlər.
    Şərqdə, (xüsusi ilə İranda) problemə əks baxış mövcuddur. Şərqdə qadın ailənin dayağı, ocağın sahibi, ərinin arxası, cəmiyyətin özünəməxsus şərəfli üzvü sayılır. Qadın heç bir bədən üzvünü reklam etmir, əksinə, belə üzvlərini diqqətdən yayındırır. Bu düşüncəyə görə qadınlar özünü reklam etməməlidirlər, ancaq satılan şeylər reklam olunmalıdır. Qadının təbii təyinatı və unikal funksiyası olan insandır. Allah-Təala qadını bu niyyətlə yaratmış və onun bədənini bu təyyinata uyğun konstruksiya etmişdir. Qadın müqəddəs ailənin tələbatını ödədikdən sonra vaxtının qalan hissəsini cəmiyyətə xidmət etməyə sərf edə bilər.
    Fəlsəfi düşüncəyə görə, kişi və qadın olmasından asılı olmayaraq vətəndaş o işdən yapışmalıdır ki, onun içərisindən idarəedən kimi keçə bilsin. Həmin işin passiv yox, aktiv tərəfi olsun ki, qəbul etdiyi qərarda minimum səhvə yol versin. Bəzən qadınları süni surətdə qabağa çəkirlər, onlara yüksək vəzifələr tapşırırlar. Onları şirnikdirirlər ki, futbol oynasın, ya ştanq qaldırsın və s. Nəticədə qadınlar çox vaxt bu proseslərdə subyekt kimi yox, obyekt kimi çıxış edirlər. Qadın və uşaq problemləri sahəsində çalışarkən qadınlarımız (övlad böyütmək, tərbiyə etmək, müəllimlik, həkimlik etmək və bunun kimi), içərisindən keçdiyi proseslərin subyekti olur, idarə edən tərəf kimi keçir. Qadınlar üçün unikal funksiya ana olmaqdır. Sevgili Peyğəmbərimizin (s) buna görə “Cənnət anaların ayağının altındadır” kəlamı deyilmişdir. Dünyanın heç bir fatehi, sərkərdəsi, mənəm-mənəm deyən dövlət başçısı, qadının cəmiyyətdə oynadığı unikal rolu oynaya bilməz.
    Osman Nuri topbaşın “Nəbilər silsiləsi-1” kitabının (Bakı - 2006) 38-ci səhifəsində oxuyuruq: “...qadın zəngin bir duyğu dünyasına malikdir. Bu duyğu və hiss zənginliyi nəslin mühafizəsi və tərbiyəsi ona aid olduğu üçün verilmişdir. Ata, övlada onun kimi baxa bilməz, ehtiyaclarını görə bilməz, onun üçün yuxusunu tərk edə bilməz. Övladını sel apararsa, qadın onun dalınca özünü fəda etdiyi halda, kişi bunu edə bilməz. Ana daim övladının sıxıntısı, qayğısı və məhəbbəti içində yaşayır. Onu doqquz ay bədənində, iki il qucağında, ömrü boyu isə qəlbində daşıyır. Övlad yeməsə, içməsə ana çox narahat olar, o, ağlayarsa, ana da ağlayar. Bax, bunun üçündür ki, ana haqqı ödənilə bilməz”. Hesab edirəm ki, fikir mükəmməl olduğundan əlavə arqumentlərə ehtiyac yoxdur.
    Sınaq şüşəsində dünyaya uşaq gətirmək, fikrimcə, təhlükəli elmi tədqiqatdır. Ana qayğısı altında yox, laboratoriya qayğısı altında böyüyən uşaqdan cəmiyyət nə xeyir görə bilər? Gender probleminə Şərq, yoxsa Qərb baxışı düzdür? - sualına cavablar müxtəlif ola bilər. Gərəkli cavab almaq üçün əvvəlcə, 100 ildən, 1000 ildən sonra bu yollar bəşəriyyəti hara aparıb çıxara bilər? - sualına cavab axtarmaq lazımdır. Qərb düşncəsi, əsasən XX əsr Dünya ədəbiyyatının tanınmış nümayəndəsi  filosof – yazıçı Simona de Bovuar ideyaları altında formalaşıbdır. Fikrimcə, bu ideyalar fərd üçün yarasa da, toplum üçün yaramaz. Simona de Bovuar  hesab edir ki, nigah azadlığa qəsb etməkdir; nigah cəmiyyət tərəfindən qəbul olunan, əhəmiyyəti olmayan şərtlərə güzəşt getməkdir; uşağı olmaq-yaradıcılıqla məşğul olmağın məhdudlaşdırılmasıdır və c.
    Göründüyü kimi, əgər bəşəriyyət Simona de Bovuarın dediklərini qəbul edərsə, elə bu bəşəriyyətin sonu deməkdir. Yaxşı ki, Şərq toplumları bu zərərli ideyaları qəbul etmirlər. Şərqdə hesab edirlər ki, əgər bütün qadınlar müqəddəs ana rolunu layiqincə yerinə yetirsələr,  Dünyada nə bir oğru, nə bir yalançı, nə bir talançı olar. Cəmiyyətin kriminallaşmasında qadınların müqəddəs ailə ocağından idarəetmə sferasına transferinin də rolu az deyil. Fikrimcə, bəşəriyyət öz inkişaf konsepsiyasına yenidən baxmalıdır.

    Şahlar Əsgərov,
    professor, əməkdar elm xadimi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 5805
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30